Dodaq boyası çəkərkən edilən 6 səhv

Dodaq boyası çəkərkən edilən 6 səhvMakiyajın tamamlayıcısı olan dodaq boyası doğru şəkildə çəkilmədiyi zaman xoş olmayan bir görünüş yaradır.
Bəzi günlərdə dəri və göz makiyajı etməsək də, dodaq boyası qadınların tamamlayıcısı kimidir. Dodaq boyası çəkmək digər makiyaj vasitələrinə nəzərən daha az vaxt tələb edir.
Amma dodaq boyası çəkərkən edilən bəzi səhvlər pis görünməyinizə səbəb olur.
Dodaq boyası çəkərkən edilən səhvlər və diqqət etməli olduğunuz məqamlar:
Dodaqlarınızı nəmləndirin!
Dərinizi nəmləndirdikdən sonra dodaqlarınızı da nəmləndirməyi unutmamalısınız. Qurumuş və çatlamış dodaqda dodaq boyası xoşa gəlməz bir görünüş yaradır. Dodaq nəmləndiricisi və ya təbii yağlarla dodaqlarınızı nizamlı şəkildə nəmləndirməlisiniz. Bundan başqa arada bir peeling etmək də ölü dərilərdən azad edərək dodaqlarınızı hamarlaşdıracaq. Beləliklə çəkdiyiniz dodaq boyası ilə dodaqlarınız daha gözəl bir görünüşə sahib olacaq.
Dodaq qələminizi doğru seçin!
Dodaq boyasından əvvəl dodaq qələmi tətbiq etmək həm dodaq kənarlarını dolğunlaşdırır, həm də dodaq boyasının altından çəkildiyi zaman qalıcılığını artırır. Amma dodaq qələminizin rənginə doğru qərar vermək mütləqdir. Dodaq boyası ilə dodaq qələmi arasında 1-2 ton rəng fərqi olmalıdır. Əks halda qeyri-təbii bir görünüş yaranar.
Dodaq boyasından əvvəl dodaq bazası tətbiq edin!
Dodaq boyasının daha asan çəkilməsi və daha qalıcı olması üçün dodaqlarınıza baza tətbiq edin. Eyni zamanda nəmləndirici xüsusiyyəti olan bazalar dodaqlarınızı daha qüsursuz bir görünüşə qovuşduracaq.
Dodaq boyasını çəkərkən doğru yerdən başlayın!
Dodaq boyası çəkərkən dodağınızın ortasından başlayın. Daha sonra kənarlara doğru davam edin. Beləliklə boyanı daha asan və daha gözəl çəkə bilərsiniz.
Dodaq boyası çəkdikdən sonra diqqətli olun!
Dodaq boyası çəkdikdən sonra dodaqlarınızı olduğu kimi saxlamayın. Dodaqlarınızı bir-birinə toxunduraraq daha təbii və cəlbedici görünüş əldə edə bilərsiniz.
Dodaq boyanızın rəng seçimində səhvə yol verməyin!
Dodaq boyanızın dəri rənginizə uyğun olması çox vacibdir. Dodaqlarınız nəmli, baza və ya qələm tətbiq edilmiş olsa belə, dodaq boyanızı səhv seçdiyiniz zaman xoş olmayan bir görünüş qaçınılmaz olacaq. Bu səbəbdən dodaq boyası seçərkən dəri rənginizi nəzərə almalısınız. /leydi.az

Tarix: 3 may 2020

Xəbərlər

Tonal kreminizin rəngi niyə gün ərzində dəyişir?

Makiyajdan bir neçə saat sonra tonal kremin oksidləşib narıncı rəngə çevrilməsinin qarşısını almaq üçün məsləhətlərimizi oxuyun. Rəngini xüsusi diqqətlə seçdiyiniz, dərinizlə bütünləşən sevimli tonal kreminizin bir neçə saa

Göz formasına uyğun makiyaj etmək üsulları

Gözlərə makiyaj edərkən gözün forması əsas tutulmalı və gözlərdə olan qüsurları örtəcək şəkildə bir makiyaj edilməlidir. Gözlərə vurulan göz kölgələri çox açıq və canlı rənglərdə olmamalıdır. Yüngül tonlarda olan göz kölgələr

Dəri tipinizə uyğun tonal krem necə seçmək

Dəri tipinizə uyğun tonal krem necə seçməli . Tonal krem seçimi gözəl makiyaj üçün olduqca vacibdir. Seçim zamanı dəri tipinizi nəzərə almağınız daha yaxşı nəticə əldə etməyinizə səbəb olacağından bunu mümkün qədər gözard

Tonal krem seçərkən nələrə diqqət etməliyik?

Kosmetika əsas hissəsini təşkil edən tonal kremlər, hər nə qədər dərinin nəfəs almasını çətinləşdirsə də dəri rəngində bərabərlik təmin edən və qüsurları bağlayan yeganə məhsuldur. Tonal Krem alarkən diqqət etməyiniz lazı

Zoeva fırçaları , zoeva məhsulları

Bugün sizə Zoeva fırçaları haqqında məlumat vermək istəyirəm. Ümumiyyətlə makiyaj barədə maraqlanan hər bir kəs bu fırçalar haqqında xəbərdardılar. Bloggerlər tərəfindən çox təriflənirdi, görünüşləri, saytları çox səliqəl

Quru dərilər üçün tonal krem

Məni əgər çoxdan izləyirsinizsə bilirsiniz ki, dərim qurudur və parlaq, nəm dəri görüntüsünü çox sevirəm, odur ki, istifadə etdiyim bütün tonal kremləri quru dərilər üçün olanın alıram. Xüsusən əgər mənə ekstra parıltı sö

Ideal qaşlar üçün 3 vasitə

Bu postda sınadığım və razı qaldığım qaş üçün olan 3 məhsuldan danışmaq istəyirəm. Hansı ki, bu məhsullarla seyrək qaşlarınız olsa belə, onlara istədiyiniz forma verib, ideal göstərə bilərsiniz. İlk öncə Sleekdən qaş qələmi

Düzgün rəng tonal kremi seçmək

Bildiyiniz kimi, tonal kremi düzgün seçmək makiyajda ən vacib məsələlərdən biridir. Üzünüzdəki qüsuların örtülməsi, ideal tonun yaranmadı əhz tonal kremin rəngindən və dəri tipinizə uyğunluğundan asılıdır. Dərinin tonu fəsillərl

Skrab nədir? Skrabın dəriyə faydaları

Sevdiyim skrabları təqdim etməmişdən öncə gəlin aydınlaşdıraq ki, skrab nədir. Dəri baxımında önəmli rolu olan skrab dərini ölü dəri hüceyrələrindən təmizləyən, dərinin nahamarlıqlarını aradan qaldıran vasitədir. Skrabda