Ideal qaşlar üçün 3 vasitə
Bu postda sınadığım və razı qaldığım qaş üçün olan 3 məhsuldan danışmaq istəyirəm. Hansı ki, bu məhsullarla seyrək qaşlarınız olsa belə, onlara istədiyiniz forma verib, ideal göstərə bilərsiniz.
İlk öncə Sleekdən qaş qələmi.
1. Sleek Eyebrow Stylist.
Rəngini yaxşı verir, yüngüldür, pratikdir. Bir tərəfində qələm, bir tərəfində firçası var. Qaşları bu qələmlə düzəltdikdən sonra, firça ilə qaşları firçalayaraq süni görüntünü itirmək olur.
Məndə olan rəngi Medium 717.
2. Barry M. Brow Kit
Qaşlarınız seyrəkdirsə, qələm və ya gel istifadə etdikdə süni görünüm yaranırsa mütləq qaşlarınız üçün toz məhsul istifadı etməlisiniz. Bu məhsul 3 hissədən ibarətdir.
Birinci hissə krem, qaşları formaya almaq üçün, ikinci hissə toz qaşların içini maksimum tıbii görüntü ilə doldurmaq üçün, üçüncü hissə də toz qaşın alt hissəsinə çəkmək üçün.
İçində güzgüsü və fırçası var, lakin o qədər də istifadəyə yararlı bir fırça deyil. Mən bunu fırçası əyri eyeliner fırçası ilə tətbiq edirəm.
3. Anastasia Beverly Hills Dipbrow Pomade.
Bu qaş gelini çox bəyənirəm, çünki gün ərzində qalıcılığını qoruyur. Suya da davamlıdır, yay aylarında tərə, baseynə qarşı əla məhsuldur. Fırçası əyri olan eyeliner fırçası ilə tətbiq edilir.
Məndə olan rəngi – Dark Brown
/ ayselhuseynova.com
Tonal krem seçərkən nələrə diqqət etməliyik?
Kosmetika əsas hissəsini təşkil edən tonal kremlər, hər nə qədər dərinin nəfəs almasını çətinləşdirsə də dəri rəngində bərabərlik təmin edən və qüsurları bağlayan yeganə məhsuldur. Tonal Krem alarkən diqqət etməyiniz lazı
Düzgün rəng tonal kremi seçmək
Bildiyiniz kimi, tonal kremi düzgün seçmək makiyajda ən vacib məsələlərdən biridir. Üzünüzdəki qüsuların örtülməsi, ideal tonun yaranmadı əhz tonal kremin rəngindən və dəri tipinizə uyğunluğundan asılıdır. Dərinin tonu fəsillərl
Skrab nədir? Skrabın dəriyə faydaları
Sevdiyim skrabları təqdim etməmişdən öncə gəlin aydınlaşdıraq ki, skrab nədir. Dəri baxımında önəmli rolu olan skrab dərini ölü dəri hüceyrələrindən təmizləyən, dərinin nahamarlıqlarını aradan qaldıran vasitədir. Skrabda
Tonal krem seçimi - 8 məhsul
Bu postda siz həm quru, həm yağlı dərilər üçün məsləhət görəcəyim tonal kremləri göstərmək istəyirəm. Bəzilərini şəxsən istifadə etsəm də, bəzilərini internetdə fikirləri oxuyaraq bir nəticəyə gəlmişəm. Sizə də məsləhəti
Qadın saçları və saçlara qulluq
Ən gözəl üzə və fiziki quruluşa malik olan qadın belə saçsız çirkin görsənir. Qədimdə isə saç həm də təmizlik, paklıq nümunəsi kimi əhəmiyyət kəsb edirdi. Çağdaş dövr qadınlarımıza istənilən şəkildə saça malik olmaq imkan
Manikür
Manikürü 7-10 gün ərzində 1 dəfə etmək məsləhətdir. Evdə və ya kosmetik salonda manikür etməyinizdən asılı olmayaraq dırnaqlarınızın sağlamlığına nəyin zərər yetirdiyini mütləq bilmək lazımdr. — Dırnaqları vanna etdikdə
Dırnaqlara qulluq
Dırnaqlar ölmüş hüceyrələrdən — keratindən təşkil olunmuşdur. Buna görə də onları zədələdikdə qan gəlmir və ağrı hiss olunmur. Dırnağın görünən hissəsi onun gövdəsi, dəri altında gizlənən görünməyən hissəsi isə onun kök
Möhkəm və uzun dırnaqlar
Dırnaqların qırılmaması üçün ən asan üsullardan biri də dırnaqlara yod çəkməkdir. Belə ki, yod dırnaqları həm möhkəmləndirir, həm də tez uzanmasına səbəb olur. Yodu dırnaqlara axşam yatmazdan əvvəl çəkmək lazımdır. Pambığı