Dırnaqların ev şəraitində bərkidilməsi üçün effektli məsləhətlər

Dırnaqların ev şəraitində bərkidilməsi üçün effektli məsləhətlərDırnaqlara ev şəraitində,salon prosedurları olmadan lazımı qulluq göstərmək mümkündür yoxsa yox kimi suala cavab vermədən öncə, dırnağın struktur və tərkibinin nədən ibarət olduğunu öyrənək.

Dırnaq plastinası — arasında nazik yağ və su qatı olan keratin təbəqələrindən ibarətdir. Bu qatların balansı, sağlam və gözəl dırnaqlara cavabdehdir. Əgər dırnaqlar qurudulub və yağ qatı azalıbsa, o zaman onlar tez sınan olacaqlar. Su ilə kontakt çox olduqda isə, dırnaq plastinası suyu özünə hopur,dırnaq qatı şişir və qatlanır. Əlbəttə endokrin sistemin pozğunluqları da dırnağın vəziyyətinə təsir edir, lakin kimyəvi və mexaniki zədələnmə birinici yerdədir.

Dırnaqları necə möhkəmləndirmək olar?
— İlk öncə çalışın su, kimyəvi vasitələrlə kontaktda az olun. Qabları yalnız əlcəkdə yumaq məsləhət görülür. Qədim zamanlardan işlənnən sodalı vanna məsləhətlərinin də bir o qədər effektiv olmadığını bilin.

— Ev manikuru üçün yüksək abrazivliyi olan şüşə pilkalardan istifadə edin.(220 qrit) Dırnaqların qıraqlarını pilkalamayın, o zaman dırnaq plastinası zədələnir və dırnaq tez sınır.

— Daim nəmləndirici kremlərdən istifadə edirn.Dırnaqlar daim qidaya ehtiyac duyduğundan, çalışın yüksək tərkibli A, E vitamini və lanolin olan kremlərə üstünlük verin.

— Şelak və dırnaqların süni yolla uzadılmasından uzaq olun. Süni materiallar və daimi korreksiya dırnaqların strukturuna çox mənfi təsir edir.

— Boya seçiminə gəldikdə isə, qidalandırıcı, qoruyucu və tərkibində vitamin olan rəngsiz laklardan istifadə etmək məsləhət görülür. Rəngli boylardan isə tərkibində toluen, formaldeqid və dibutilftalat maddəsi olmayan boyaları istifadə etməniz məsləhət görülür.

Dırnaqlar qatlanırsa(laylanırsa) nə etməli?
Buna səbəb əvəz olunmaz yağ turşularının çatışmazlığı ola bilər. Bu hallarda əsasən qida rasionuna fikir vermək( bitki yağlarında daha çox istifadə etmək) və dırnaqlar üçün yağ vannaları etmək məsləhət görülür.

Dırnaqlar tez sınır?
Buna səbəb hipotirioz(qalxanvari vəz funksiyasının aşağı olmas) və ya qanda hemoqlobininn səviyyəsinin aşağı olması ilə bağlı ola bilər. Bu hallarda isə, göyərti(xüsusən ispanaq), turp və kələm kimi məhsulları rasiona daxil etmək və endokrionoloqla məsləhətləşmək lazımdır.

Dırnaqlar gec uzanır?
Güclü stress, xroniki iltihabi xəstəliklər və protein çatışmazlığı buna bir başa səbəbdir. Bu hallarda da qida rasionunuzu gözdən keçirtməniz məsləhət görülür.Çünki, əsasən zülal çatışmazlığı bu kimi problemin başlıca səsəbidir. Bundan əlavə əllər üçün gimnastik hərəkətlər etmək məsləhətdir, belə ki, bu halda yerli qan dövranı yaxşılaşaraq, dırnaqların inkişafını stimullaşdırır.

Tarix: 30 sentyabr 2019

Xəbərlər

Tonal krem seçərkən nələrə diqqət etməliyik?

Kosmetika əsas hissəsini təşkil edən tonal kremlər, hər nə qədər dərinin nəfəs almasını çətinləşdirsə də dəri rəngində bərabərlik təmin edən və qüsurları bağlayan yeganə məhsuldur. Tonal Krem alarkən diqqət etməyiniz lazı

Dırnaqların "şellakdan" sonra bərpası olunması

Artıq uzun zamandır bir çoxlarının üstünlük verdiyi gel- lakların, dırnaqlara mənfi təsir etdiyini demək olar ki, hamı bilir. Lakin buna baxmayaraq bu prosedur çox populyardır. Bir çox insanlar, prosedurun həqiqətən ziyanl

Mükəmməl manikür qaydaları

Gözəl dırnaqlara sahib olmaq hər qadının istəyidir. Ancaq bəzən vaxt azlığı, bəzən də maddi imkansızlıq üzündən istənilən zaman gözəllik salonuna gedə bilmirsiniz. Çarə qalır ev şəraitində dırnaqlarınızı manikür etməyə. Bə

Güclü dırnaqlar

Uzun və sağlam dırnaqlara sahib olmaq istəyənlər mütləq müəyyən aralıqlarla fərqli baxım formullarından yararlanırlar. Bu yağ baxımını gündə iki dəfə təkrarlasanız, daha sağlam dırnaqlara sahib ola bilərsiniz. 3 xörək qaşığ

Saralmış dırnaqlar

Dırnaq saralması görünüş baxımından heç xoş olmayan bir haldır. Dırnaqlarınız səliqəli, makiyajınız yerində və geyimləriniz şık olsa da, sarı rəngli dırnaqlarla istədiyiniz görünüşə sahib olmanız mümkün deyil. Ya məcburə

Qalıcı dırnaq boyası

Günün hər saatı baxımlı görünmək üçün pul xərcləməyə çəkinməyən qadınlar dırnaqlarına da eyni diqqəti göstərir. Gün ərzində davamlı zərbələrə məruz qalan əllər və dırnaqlar bəzən istədiyiniz kimi görünməyə bilər. Əllərimizi

Dırnaqların sınmaması üçün bunları edin

Dırnaqların sağlamlığı bədən sağlamlığının aynasıdır. Əgər zəif, kövrək və ya solğun dırnaqlara sahibsinizsə, bədəninizdə bəzi problemlər mövcud ola bilər. Zəif dırnaqlar asanlıqla qopur və qırılır. Əgər manikür etdirməy

Dırnaq qaynağı etdirməyin zərərləri

Qadınlar hər zaman gözəl görünmək istəyirlər. Bunun üçün də ataların deyimində olduğu kimi "Gözəllik ondur, doqquzu dondur", – deyib dəbin bütün yeniliklərindən istifadə etməyə çalışırlar. Son zamanların isə ə

Əllərə və dırnaqlara qulluq

Hər bir qadın manikürünün uzun müddət qalmasını istəyir. Mütəxəssislər isə manikür edərkən dırnaqların suda çox saxlanmasının daha çox çatlamasına səbəb olduğunu deyir. Məşhur gözəllik mütəxəssisi Çelsa Kinq dırnaqları sud