Dırnaq qaynağı etdirməyin zərərləri

Dırnaq qaynağı etdirməyin zərərləriQadınlar hər zaman gözəl görünmək istəyirlər. Bunun üçün də ataların deyimində olduğu kimi "Gözəllik ondur, doqquzu dondur", – deyib dəbin bütün yeniliklərindən istifadə etməyə çalışırlar. Son zamanların isə ən geniş yayılmış trendlərindən biri qaynaq edilən dırnaqlardır. Demək olar ki, küçədə, metroda, evdə, işdə uzun və müxtəlif rəngli, naxışlı taxma dırnaqlı xanımlarla rastlaşırıq. Amma dəblə ayaqlaşma, dəbdən də geri qalma deyən xanımlardan bəziləri ilə söhbət etdikdən sonra məlum oldu ki, onlar bu cür dırnaqlardan istifadə etdiklərinə peşman olublar.

Həmsöhbət olduğumuz Sevinc Quliyeva danışdı ki, dırnaq qaynağı etdirdikdən bir saat sonra barmaqları qaşınmağa başlayıb: "Dəhşətli qaşınma idi. Səhər oyanıb tanış həkimə zəng vurdum. Dedi geldən allergiya verib. Antihistamin tablet və krem təyin etdi. Bir-iki gün sonra qaşıntı keçdi. Amma iki həftə sonra bir barmağımda yara əmələ gəldi. Həkimə getdim. Məlum oldu ki, dırnağın mayasına infeksiya keçib. Qısası, həmin dırnağımı çıxardılar"

Aynur Mustafayeva isə söylədi ki, qaynaq etdirdikdən sonra dırnaqları heç cür uzanmır və qırılıb tökülür: "Dırnaqlarımın əvvəlki vəziyyətini bərpa etmək üçün müxtəlif müalicəvi maskalar, vannalar hazırlayıram. Bundan sonra nə qaynaq, nə də şellak elətdirəcəm".

Dırnaq qaynağının dəriyə və dırnaqlara hansı zərərləri var? Belə dırnaqlardan hər kəs istifadə edə bilərmi və hansı hallarda bu cür dırnaqların qoyulması məsləhət görülmür? Mövzu ilə əlaqədar Ailem.az-a danışan dermatoveneroloq Yaqut İsmayılova bildirdi ki, bununla bağlı ona müraciət edən xanımların sayı çoxdur: "Bir neçə gün öncə yanıma qız gəlmişdi. Vəziyyəti ağır idi. Barmaqları yaman gündəydi, dərisi tökülürdü. Gözlərinin içinə qədər qıp-qırmızı, hər yeri şişmiş, əlləri çat-çat idi və qan axırdı. Hətta həmin qaynaqları dişləri ilə qopararaq çıxarmışdı. Aseton ilə də təmizləməmişdi ki, birdən o da allergiya verər. Ona hormonal iynə təyin etdim vurduqdan sonra nisbətən yaxşılaşdı. Amma hazırda da onun müalicəsi davam etdirilir".

Y. İsmayılova deyir ki, qaynaqlardan istifadə dırnaqlarda sink, dəmir azalmasına, tez-tez sınmalara səbəb olur və ən pis halda dırnaqlarda infeksion göbələk xəstəliyi yaradır: "Qaynaq edilən yerlərdə müraciət edən xanımın allergiyalı olub-olmamasını yoxlamırlar. Alətlərdən necə gəldi istifadə edirlər. Pasientlərin müraciətlərin çoxluğundan da bəlli olur ki, dırnaq qaynağı edənlərin əksəriyyəti sadəcə pul qazanmaq məqsədi ilə qeyri-professional şəkildə bu işlə məşğul olurlar. Keyfiyyətsiz, ucuz vasitələrdən istifadə edirlər. Dırnaq qaynağı zamanı istifadə edilən gel və boyalar dəri vasitəsilə qana sovrulur və orqanizmə zərər verir.

Kimin immuniteti güclüdürsə, qaraciyəri onu zərərsizləşdirir. Amma orqanizmi zəif, hansısa pəhriz saxlayan və allergik reaksiyalara həssas olanlarda bu hallar böyük fəsada çevrilir. Uzun dırnaq saxlayan xanımların əksəriyyətində göbələk xəstəliyi olur. Bir çox hallarda onun üstündən qaynaq edirlər. Həmin göbələk dırnağın yatağına qədər dırnağı çürüdür. Belə halda müalicə də uzun zaman tələb edir. Bu xəstələrdə dərinin müqavimətini artırmaq üçün müxtəlif kremlərdən, dərmanlardan istifadə edilir".

Həkim vurğuladı ki, bu işi mütəxəssis olan kosmetoloqlar həyata keçirməli, müəyyən gigiyenik şərtlərə əməl edilməlidir: "Bəzən xanımlar ucuz olsun deyə peşəkarlığından əmin olmadıqları, tanımadıqları şəxslərə qaynaq etdirirlər. Alətlərin sterilizə olunduğunu belə bilmirlər. Yaxşısı budur, hər xanımın şəxsi manikür alətləri olsun. Əgər yoxdursa, salondakı alətlərin sterilizə olunduğuna tam əmin olmadan istifadə etməsinlər. Ucuzluğa yox, peşəkarlığa və keyfiyyətə üstünlük versinlər. Belə olduqda hər hansı problemlə də rastlaşmazlar".

Tarix: 30 sentyabr 2019

Xəbərlər

Tonal krem seçərkən nələrə diqqət etməliyik?

Kosmetika əsas hissəsini təşkil edən tonal kremlər, hər nə qədər dərinin nəfəs almasını çətinləşdirsə də dəri rəngində bərabərlik təmin edən və qüsurları bağlayan yeganə məhsuldur. Tonal Krem alarkən diqqət etməyiniz lazı

Əllərə və dırnaqlara qulluq

Hər bir qadın manikürünün uzun müddət qalmasını istəyir. Mütəxəssislər isə manikür edərkən dırnaqların suda çox saxlanmasının daha çox çatlamasına səbəb olduğunu deyir. Məşhur gözəllik mütəxəssisi Çelsa Kinq dırnaqları sud

Qısa Boylu Xanımlar Necə Geyinməli?

Bir sıra qaynaqlardan əldə etdiyimiz bilgilər və araşdırma nəticəsində qısa boylu (minyon) xanımlar üçün ideal geyim tərzinin seçilməsində onlara köməkçi olacaq məluamtlar topladıq. Məlumatlara keçməmiçdən öncə -qısa boyl

Pul xərcləmədən qarderobu necə yeniləmək olar? - VİDEO

Pul xərcləmədən qarderobu necə yeniləmək olar? - VİDEO. Dəbli geyinmək bütün xanımların arzusu olsa da, bəzən istəklər qiymətlərlə üst-üstə düşmür. Ancaq yeni paltarlar almadan da qarderobu təzələmək mümkündür. Modelyer Şəlal

Dodaq makyajı edərkən bunlara diqqət etmıliyik...

Gözəl və cazibədar dodaqlara sahib olmaq gözəl bir göz makiyajının ardından ən əhəmiyyətli gözəllik bölgələrindən biri də dodaqlardır. Gözəl dodaqlara sahib olmaq üçün dodağınıza uyğun makiyaj etməyiiz vacibdir. Budur, seksua

300 illik gəlinlik

65 yaşındakı Julide Saden, 5 nəsildir saxlanan 300 il əvvələ aid gəlinliyi sandığından çıxardı. Gəlinliyin üstündəki naxışları görənləri heyran etdi. 1 qızı və 1 nəvə sahibi Julide Saden, analarından övladlarına keçən gəlinliyin

2019 Yaz Gəlinlik Trendləri

Bu yaz evlənməyi planlaşdıranlar üçün sezonun bir-birindən gözəl gəlinlik trendlərini sizə təqdim edirik. Krallıq təsiri. Meghan Marklenin gəlinliyi bir çox gəlin üçün ilham mənbəyi olmuşdur. Klassik görünüşü ilə göz oxşayır

2019-un yeni hörük modelləri

1. Fransız hörüyü topuzu. İlk əvvəl hörüyü hörüb, sonra saçınızı yığın. Axşam yeməyi və konsert üçün ideal saç modelidir. 2. Cüt hörüklü topuz. Saçınız qısa olsun, uzun olsun fərqi yoxdur, iki yan tərəfdə topuzla yığın. 

Qara rəngi sevənlər üçün yay kombin tövsiyələri

Şəffaf materiallara üstünlük verin. İlk əvvəl nə geyinirsinizsə geyinin,  geyinərkən şəffaf parçaların dəbdə olduğunu unutmayın. Həm gözəl, həm də rahat görünün. 70-ci illərin rahat və gözəl dəbinin təsiri günümüzdə də dava