Dırnaqlara qulluq

Dırnaqlara qulluqDırnaqlar ölmüş hüceyrələrdən — keratindən təşkil olunmuşdur. Buna görə də onları zədələdikdə qan gəlmir və ağrı hiss olunmur.

Dırnağın görünən hissəsi onun gövdəsi, dəri altında gizlənən görünməyən hissəsi isə onun kökü adlanır. Dırnağın kökünü kutikula adlanan nazik dəri qatı örtür. Dırnaq hüceyrələri onun alt qatında - matrisada formalaşır. Əgər matrisa ciddi zədələnərsə, dırnaq ölür.

Sağlam dırnaq elastik, kifayət qədər möhkəmdir, normal yağlılığa, hamarlığa, parıltıya malikdir, qırılmır və parçalanmır. O, rəngsiz və şəffafdır. Ona çəhrayı rəngi dırnaq yatağında yerləşən kapilyarlar verir. Adətən, 3 aya dırnaq 1 sm uzanır. 3-6 ay ərzində dırnaq tamamilə yenilənir. Dırnaqların vəziyyətinə insanın sağlamlığı, həmçinin spirtli içkilərin qəbul edilməsi, siqaret çəkmək kimi pis adətlər də təsir göstərir. Əgər hiss etsəniz ki, dırnaqlarınız çox pis uzanır, ovulur və s., o zaman həkimə müraciət edin, belə ki, bu hər hansı bir ciddi xəstəliyin (endokrin sistemı, böyrək və s.) əlaməti də ola bilər.

Sağlamlıqla bağlı problemlərdən başqa, dırnaqları onlara düzgün qulluq edilməməsi də korlaya bilər (keyfiyyətsiz dırnaq boyası və onu silmək üçün kosmetik vasitələrdən istifadə edilməsi, dırnaqların tez-tez uzadılması və s.). Dırnaqların parçalanması və qırılmasının digər səbəbləri irsi faktor, vitamin və mineral çatışmazlığı, mexaniki zədələr, bəzi dırnaq xəstəlikləri (məsələn, göbələk) ola bilər.

Dırnaqların möhkəm böyüməsi üçün düzgün qidalanmaq, həmçinin vaxtaşırı olaraq vitamin və mikroelementlər kompleksləri qəbul etmək lazımdır. Hal-hazırda satışda qadınlar üçün dırnaq və saçların vəziyyətini yaxşılaşdıran xüsusi vitamin kompleksləri vardır. Tərkibində keramidlər, vitaminlər və s. olan xüsusi yağlardan istifadə etməklə dırnaqlara yaxşı qulluq etmək olar.

Evdə dırnaqlara vannalar etmək də çox xeyirlidir. Az miqdarda zeytun yağını qızdırın, üzərinə bir neçə damcı yağlı vitamin A məhlulu əlavə edin, barmaqların ucunu bu qarışığın içərisinə salıb 10 dəqiqə saxlayın. Digər vanna — 1 çay qaşığı xörək duzunu ilıq suda qarışdırın, az miqdarda limon şirəsi əlavə edin.

Mənbə: saglamolun.az

Tarix: 30 sentyabr 2019

Xəbərlər

Tonal krem seçərkən nələrə diqqət etməliyik?

Kosmetika əsas hissəsini təşkil edən tonal kremlər, hər nə qədər dərinin nəfəs almasını çətinləşdirsə də dəri rəngində bərabərlik təmin edən və qüsurları bağlayan yeganə məhsuldur. Tonal Krem alarkən diqqət etməyiniz lazı

Möhkəm və uzun dırnaqlar

Dırnaqların qırılmaması üçün ən asan üsullardan biri də dırnaqlara yod çəkməkdir. Belə ki, yod dırnaqları həm möhkəmləndirir, həm də tez uzanmasına səbəb olur. Yodu dırnaqlara axşam yatmazdan əvvəl çəkmək lazımdır. Pambığı

Dırnaqların ev şəraitində bərkidilməsi üçün effektli məsləhətlər

Dırnaqlara ev şəraitində,salon prosedurları olmadan lazımı qulluq göstərmək mümkündür yoxsa yox kimi suala cavab vermədən öncə, dırnağın struktur və tərkibinin nədən ibarət olduğunu öyrənək. Dırnaq plastinası — arasında nazi

Dırnaqların "şellakdan" sonra bərpası olunması

Artıq uzun zamandır bir çoxlarının üstünlük verdiyi gel- lakların, dırnaqlara mənfi təsir etdiyini demək olar ki, hamı bilir. Lakin buna baxmayaraq bu prosedur çox populyardır. Bir çox insanlar, prosedurun həqiqətən ziyanl

Mükəmməl manikür qaydaları

Gözəl dırnaqlara sahib olmaq hər qadının istəyidir. Ancaq bəzən vaxt azlığı, bəzən də maddi imkansızlıq üzündən istənilən zaman gözəllik salonuna gedə bilmirsiniz. Çarə qalır ev şəraitində dırnaqlarınızı manikür etməyə. Bə

Güclü dırnaqlar

Uzun və sağlam dırnaqlara sahib olmaq istəyənlər mütləq müəyyən aralıqlarla fərqli baxım formullarından yararlanırlar. Bu yağ baxımını gündə iki dəfə təkrarlasanız, daha sağlam dırnaqlara sahib ola bilərsiniz. 3 xörək qaşığ

Saralmış dırnaqlar

Dırnaq saralması görünüş baxımından heç xoş olmayan bir haldır. Dırnaqlarınız səliqəli, makiyajınız yerində və geyimləriniz şık olsa da, sarı rəngli dırnaqlarla istədiyiniz görünüşə sahib olmanız mümkün deyil. Ya məcburə

Qalıcı dırnaq boyası

Günün hər saatı baxımlı görünmək üçün pul xərcləməyə çəkinməyən qadınlar dırnaqlarına da eyni diqqəti göstərir. Gün ərzində davamlı zərbələrə məruz qalan əllər və dırnaqlar bəzən istədiyiniz kimi görünməyə bilər. Əllərimizi

Dırnaqların sınmaması üçün bunları edin

Dırnaqların sağlamlığı bədən sağlamlığının aynasıdır. Əgər zəif, kövrək və ya solğun dırnaqlara sahibsinizsə, bədəninizdə bəzi problemlər mövcud ola bilər. Zəif dırnaqlar asanlıqla qopur və qırılır. Əgər manikür etdirməy