Düzgün rəng tonal kremi seçmək
Bildiyiniz kimi, tonal kremi düzgün seçmək makiyajda ən vacib məsələlərdən biridir. Üzünüzdəki qüsuların örtülməsi, ideal tonun yaranmadı əhz tonal kremin rəngindən və dəri tipinizə uyğunluğundan asılıdır.
Dərinin tonu fəsillərlə əlaqəli dəyişə bilər, lakin alt ton həmişə eyni qalır.
Alt tonlar 3 cür olur və özünüzdə hansının olduğunu təyin etmək üçün bir neçə üsulu yoxlaya bilərsiniz.
Soyuq alt tonu.
Əgər sizin biləyinizdə damarlar bənövşəyi və ya mavi rəngə çalırsa, gümüş rəngli bəzək əşyaları sizə qızıldan daha çox yaraşırsa, günəş işığında dəriniz yünül mavi rəngə çalırsa – sizin alt tonunuz soyuqdur. Bu cür dərilərə çəhrayı tonlarında tonal kremlər uyğun gəlir.
Neytral
Biləyinizdə damarlar yaşıl-mavi rəngin qarışımı rəngindədirsə, həm gümüş, həm qızıl əşyalar sizə yaraşırsa, günəş işığında dəriniz yüngül yaşıl rəng tonuna çalırsa – sizin alt tonunuz neytraldır. Belə dərilərə bütün tonlarda tonal kremlər uyğun gəlir, xüsusən natural rənglərdə (bej, açıq bej).
İsti
Biləyinizdəki damarlar yaşıl və ya zeytun yaşılı rəngindədirsə, qızılı rəng sizə gümüşdən daha çox yaraşırsa, günəş işığında dərinizin rəngi sarıya çalırsa – sizin alt tonunuz istidir. Dərinizə uyğun bej, şaftalı, qızılı tonlarında tonal kremləridir.
Tonal kremi necə düzgün seçək?
İlk öncə mağazada işıqlanmaya diqqət edin. İmkan varsa rəngə hava işığında baxın.
Rəngi biləyinizdə yox (çünki bilək və üz dərisi eyni deyil), boğazınızda, üz nahiyyənizdə, alnınızda və ya dekolte hissəsində yoxlayın.
Əgər dərinizə tam uyğun rəng tonal krem tapa bilməsəniz, unutmayın ki, iki fərqli rəng tonal kremi qarışdırıb sizə uyğun tonal krem ala bilərsiniz.
Səhvən dərinizə açıq rəngli tonal krem almısinizsa, bunu bronzerlə korrektə edə bilərsiniz.
Əgər əksinə, səhvən tünd tonal krem almısınızsa onu da gündüz kreminizlə qarışdırıb rəngini daha da yüngüllədə bilərsiniz.
Bu qədər, ümid edirəm faydalı məlumatlar idi, hər hansı sualınız olsa yaza bilərsiniz.
Növbəti mövzu Dəri tipimizə uyğun düzgün tonal kremi necə seçməliyik? olacaq. /ayselhuseynova.com