Manikür

ManikürManikürü 7-10 gün ərzində 1 dəfə etmək məsləhətdir. Evdə və ya kosmetik salonda manikür etməyinizdən asılı olmayaraq dırnaqlarınızın sağlamlığına nəyin zərər yetirdiyini mütləq bilmək lazımdr.

— Dırnaqları vanna etdikdən dərhal sonra yonmaq olmaz, belə ki, bu prosedura onları yumşaq və kövrək edir.

— Təbii dırnaqlar üçün sərt metal dırnaq "pilkalardan" istifadə etmək olmaz. Mütəxəssislər almaz tozlu dırnaq "pilkalardan" istifadə etməyi məsləhət görürlər.

— Quru dırnaqları dırnaqtutanla kəsmək olmaz.

— Kutikulanı kobud şəkildə kəsmək olmaz. O, dırnağın sağlamlığına cavabdehdir.

Manikürün bir neçə növü vardır. Klassik manikür hamıya yaxşı məlumdur. Bu zaman isti vannadan sonra kutikula çıxarılır. Avropasayağı manikür dırnaqları daha çox qoruyur. Kutikula xüsusi tərkibli məhlulla yumşaldılır və xaric edilməyərək taxta çubuq və ya rezin (plastik) başlığı olan alətlə arxaya çəkilir.

Kutikula işləndikdən sonra dırnağa lazımi forma verilir və onun səthinə dırnaq lakı vurulur. Əvvəlcə mütləq "baza lakı" vurulmalıdır. Bu lak dırnaqlarda rəngsiz və şəffaf görünür (hətta qabında bir az rəngli olsa da). Baza lakı dırnaqları qoruyur, tərkibinə vitamin və mikroelementlər daxil olduğu üçün onları sağlamlaşdırır, əsas lak tonunun yaxşı vurulmasına kömək edir, onun davamlılığını artırır.

Baza-lakından sonra əsas ton, sonra isə rəngsiz möhkəmləndirici lak vurulur. Mütəxəssislər baza lakını, hətta dırnaqları boyamadıqda belə, onları qorumaq üçün vurmağı məsləhət görürlər. Belə ki, müntəzəm olaraq müxtəlif məişət kimyası ilə kontaktda olmaq dırnaqları xeyli dərəcədə korlayır.

Əgər siz dırnaqlarınızın sağlam olmasını istəyirsinizsə, onda heç bir halda istehsalçısı məlum olmayan ucuz dırnaq boyalarından istifadə etməyin.

Lakı silmək üçün istifadə edilən aseton əsaslı vasitələr dırnaqlara ziyan vurur. Bu məqsədlə, bitki ekstraktları əlavə olunmuş, asetonsuz, yumşaq, qoruyucu məhlullardan istifadə edilməsi daha çox arzu olunandır.

Hal-hazırda dəbdə olan dırnaqların uzadılması prosedurası onları korlaya bilər. Məsələ ondadır ki, süni dırnaqların altında təbii dırnaqlar zəifləyir, nazik və yumşaq olur. Ona görə də əgər siz dırnaqlarınızı uzatmısınızsa, bu dövrdə təbii dırnaqlarınızı möhkəmləndirmək üçün vitaminlər və kalsium qəbul etmək məsləhətdir. Süni dırnaqları çıxardiqdan dərhal sonra onları yenidən uzatmaq məsləhət deyil. Əvvəlcə onlara xüsusi kosmetik qulluqedici vasitələrin köməyi ilə müalicə etmək lazımdır.

Tarix: 30 sentyabr 2019

Xəbərlər

Tonal krem seçərkən nələrə diqqət etməliyik?

Kosmetika əsas hissəsini təşkil edən tonal kremlər, hər nə qədər dərinin nəfəs almasını çətinləşdirsə də dəri rəngində bərabərlik təmin edən və qüsurları bağlayan yeganə məhsuldur. Tonal Krem alarkən diqqət etməyiniz lazı

Dırnaqlara qulluq

Dırnaqlar ölmüş hüceyrələrdən — keratindən təşkil olunmuşdur. Buna görə də onları zədələdikdə qan gəlmir və ağrı hiss olunmur. Dırnağın görünən hissəsi onun gövdəsi, dəri altında gizlənən görünməyən hissəsi isə onun kök

Möhkəm və uzun dırnaqlar

Dırnaqların qırılmaması üçün ən asan üsullardan biri də dırnaqlara yod çəkməkdir. Belə ki, yod dırnaqları həm möhkəmləndirir, həm də tez uzanmasına səbəb olur. Yodu dırnaqlara axşam yatmazdan əvvəl çəkmək lazımdır. Pambığı

Dırnaqların ev şəraitində bərkidilməsi üçün effektli məsləhətlər

Dırnaqlara ev şəraitində,salon prosedurları olmadan lazımı qulluq göstərmək mümkündür yoxsa yox kimi suala cavab vermədən öncə, dırnağın struktur və tərkibinin nədən ibarət olduğunu öyrənək. Dırnaq plastinası — arasında nazi

Dırnaqların "şellakdan" sonra bərpası olunması

Artıq uzun zamandır bir çoxlarının üstünlük verdiyi gel- lakların, dırnaqlara mənfi təsir etdiyini demək olar ki, hamı bilir. Lakin buna baxmayaraq bu prosedur çox populyardır. Bir çox insanlar, prosedurun həqiqətən ziyanl

Mükəmməl manikür qaydaları

Gözəl dırnaqlara sahib olmaq hər qadının istəyidir. Ancaq bəzən vaxt azlığı, bəzən də maddi imkansızlıq üzündən istənilən zaman gözəllik salonuna gedə bilmirsiniz. Çarə qalır ev şəraitində dırnaqlarınızı manikür etməyə. Bə

Güclü dırnaqlar

Uzun və sağlam dırnaqlara sahib olmaq istəyənlər mütləq müəyyən aralıqlarla fərqli baxım formullarından yararlanırlar. Bu yağ baxımını gündə iki dəfə təkrarlasanız, daha sağlam dırnaqlara sahib ola bilərsiniz. 3 xörək qaşığ

Saralmış dırnaqlar

Dırnaq saralması görünüş baxımından heç xoş olmayan bir haldır. Dırnaqlarınız səliqəli, makiyajınız yerində və geyimləriniz şık olsa da, sarı rəngli dırnaqlarla istədiyiniz görünüşə sahib olmanız mümkün deyil. Ya məcburə

Qalıcı dırnaq boyası

Günün hər saatı baxımlı görünmək üçün pul xərcləməyə çəkinməyən qadınlar dırnaqlarına da eyni diqqəti göstərir. Gün ərzində davamlı zərbələrə məruz qalan əllər və dırnaqlar bəzən istədiyiniz kimi görünməyə bilər. Əllərimizi