Zoeva fırçaları , zoeva məhsulları

Zoeva fırçaları , zoeva məhsullarıBugün sizə Zoeva fırçaları haqqında məlumat vermək istəyirəm.
Ümumiyyətlə makiyaj barədə maraqlanan hər bir kəs bu fırçalar haqqında xəbərdardılar.
Bloggerlər tərəfindən çox təriflənirdi, görünüşləri, saytları çox səliqəli olduğundan, üstəlik sərfəli də qiymət əlavə edəndə alıb yoxlamaq istədim.
Mən aldığım dəstdə 15 fırça var. 5 ədəd üz üçün, 10 ədəd göz üçün.
Böyük,  üz üçün fırçalardan başlayım və nə üçün istifadə etdiyimi yazım.
Zoeva fırçaları , zoeva məhsulları1. Pudra üçün, üzdəki makiyajı pudra ilə sabitləmək üçün istifadə edirəm. N 101
2. Bu fırça isə tonal krem tətbiq etmək üçün sadəcə i-de-al-dır. N 102.
3. Aydınlatıcı tətbiq etmək üçün nəzərdə tutulub, elə aydınlatıcı da tətbiq edirəm. N 105
4. Yanaqlara ənlik tətbiq etmək üçün istifadə edirəm, bronzer üçün də istifadə etmək olar. N 126
5. Concealer tətbiq etmək üçün, göz altına istifadə edirəm. N142
Keçək göz fırçalarına.
Zoeva fırçaları , zoeva məhsulları1.2.3.4. qarışdırma fırçalarıdır, göz kölgələrinin sərtfliyini itirmək və rəngləri bir-birinə qarışdırmaq üçün nəzərdə tutulub. Soldan sağa nömrələri N 221, N 224, N 227, N 228.
N 227 asanlıqla, Mac 217 qarışdırma fırçasını əvəz edə bilər.
5. Qələm fırçası, qələmı qarışdırmaq üçün nəzərdə tutulub. N 230
Zoeva fırçaları , zoeva məhsulları6. Kiçik qarışdırma fırçasıdır, daha səliqəli cizgiləri qarışdırmaq üçün nəzərdə tutulub. N 231
7. Göz qapağına göz kölgəsini tətbiq etmək üçün nəzərdə tutulub, toz şəklində olan göz kölgələri də tətbiq etmək olar. Səliqəli oturdur. Mac 239-un eynisidir. N 234
8. Layner fırçası, eyri başlıqlı olan bu fırça layner tətbiq etmək üçün doğrudan çox asandır. Ucu nazikdir. N 315
9. Layner üçün 2-ci fırça, Bu fırçadan layner üçün istifadə etmirəm, qaş rəngləməyə istifadə edirəm əsasən. N 317
10. Son fırça qaş xətti üçün nəzərdə tutulsa da, mən alt kirpik sırası ilə göz kölgəsi tətbiq etmək üçün istifadə edirəm. N 322
Artıq 1 aya yaxındır ki, istifadə edirəm və çox razıyam. Tükləri yumşaqdır, tökülmür, qarışdırma fırçaları öz işini əla görür, layner fırçasını necə sevdiyimi instagramda qeyd etmişdim.
Dəstlə bərabər fırça çantası da gəlir.
Zoeva fırçaları , zoeva məhsullarıDizaynları da məncə çox uğurludur.
/ ayselhuseynova.com

Tarix: 3 may 2020

Xəbərlər

Tonal krem seçərkən nələrə diqqət etməliyik?

Kosmetika əsas hissəsini təşkil edən tonal kremlər, hər nə qədər dərinin nəfəs almasını çətinləşdirsə də dəri rəngində bərabərlik təmin edən və qüsurları bağlayan yeganə məhsuldur. Tonal Krem alarkən diqqət etməyiniz lazı

Quru dərilər üçün tonal krem

Məni əgər çoxdan izləyirsinizsə bilirsiniz ki, dərim qurudur və parlaq, nəm dəri görüntüsünü çox sevirəm, odur ki, istifadə etdiyim bütün tonal kremləri quru dərilər üçün olanın alıram. Xüsusən əgər mənə ekstra parıltı sö

Ideal qaşlar üçün 3 vasitə

Bu postda sınadığım və razı qaldığım qaş üçün olan 3 məhsuldan danışmaq istəyirəm. Hansı ki, bu məhsullarla seyrək qaşlarınız olsa belə, onlara istədiyiniz forma verib, ideal göstərə bilərsiniz. İlk öncə Sleekdən qaş qələmi

Düzgün rəng tonal kremi seçmək

Bildiyiniz kimi, tonal kremi düzgün seçmək makiyajda ən vacib məsələlərdən biridir. Üzünüzdəki qüsuların örtülməsi, ideal tonun yaranmadı əhz tonal kremin rəngindən və dəri tipinizə uyğunluğundan asılıdır. Dərinin tonu fəsillərl

Skrab nədir? Skrabın dəriyə faydaları

Sevdiyim skrabları təqdim etməmişdən öncə gəlin aydınlaşdıraq ki, skrab nədir. Dəri baxımında önəmli rolu olan skrab dərini ölü dəri hüceyrələrindən təmizləyən, dərinin nahamarlıqlarını aradan qaldıran vasitədir. Skrabda

Tonal krem seçimi - 8 məhsul

Bu postda siz həm quru, həm yağlı dərilər üçün məsləhət görəcəyim tonal kremləri göstərmək istəyirəm. Bəzilərini şəxsən istifadə etsəm də, bəzilərini internetdə fikirləri oxuyaraq bir nəticəyə gəlmişəm. Sizə də məsləhəti

Qadın saçları və saçlara qulluq

Ən gözəl üzə və fiziki quruluşa malik olan qadın belə saçsız çirkin görsənir. Qədimdə isə saç həm də təmizlik, paklıq nümunəsi kimi əhəmiyyət kəsb edirdi. Çağdaş dövr qadınlarımıza istənilən şəkildə saça malik olmaq imkan

Manikür

Manikürü 7-10 gün ərzində 1 dəfə etmək məsləhətdir. Evdə və ya kosmetik salonda manikür etməyinizdən asılı olmayaraq dırnaqlarınızın sağlamlığına nəyin zərər yetirdiyini mütləq bilmək lazımdr. — Dırnaqları vanna etdikdə

Dırnaqlara qulluq

Dırnaqlar ölmüş hüceyrələrdən — keratindən təşkil olunmuşdur. Buna görə də onları zədələdikdə qan gəlmir və ağrı hiss olunmur. Dırnağın görünən hissəsi onun gövdəsi, dəri altında gizlənən görünməyən hissəsi isə onun kök