Quru dərilər üçün tonal krem
Məni əgər çoxdan izləyirsinizsə bilirsiniz ki, dərim qurudur və parlaq, nəm dəri görüntüsünü çox sevirəm, odur ki, istifadə etdiyim bütün tonal kremləri quru dərilər üçün olanın alıram. Xüsusən əgər mənə ekstra parıltı söz verirsə daha çox bəyənərək alıram.
Bugün sizə, ekstra parlaqlıq verən, quru dərilər üçün nəzərdə tutulmuş bir tonanl kremdən danışmaq istəyirəm.
Loreal Lumi Magique.
Tonal kremin istehsalçıları bizə nə söz verir?
dərinin rənginin tonunun eyniləşməsi ✓
Tonal krem orta örtücülüyə malikdir, doğrudan da, rəng tonunu eyniləşdirir və üzdəki çox böyük olmayan qüsurları örtür.
dəridə parlaqlıq✓
Dəriyə gözəl parlaqlıq da verdiyi doğrudur, dərid quruluq, narahatlıq yaratmır.
24 saat dərinin nəmlənməsi ✓
Razıyam ki, üzü yaxşı nəmləndirir, lakin, bunun 24 saat çəkdiyi barədə dəqiq deyə bilmərəm.
14 saat qalıcılıq –
Bu barədə də dəqiq deyə bilməyəcəm, çünki, 14 saat qalıcılığını yoxlamamışam. Lakin, o qədər qala biləcəyinə inanmıram.
və üzdə yağlılıq parıltısının olmaması ✗
Bu punktla razı deyiləm ümumiyyətlə, çünki, dəriyə parlaqlıq verir və məncə yağlı dərilərdə bu daha çox bəlli olur, üzü matlaşdırmır qəti, onunçün bu tonal kremi yağlı dərilərə məsləhət görməzdim.
Tonal kremdən razıyam, yüngüldür, gündəlik istfadə edə bilirəm, örtücülüyü qane edir, parlaqlığından, nəmləndirməyindən çox razıyam.
Məndəki nömrəsi 31-dir.
Onu da əlavə edim ki, Lumi Magique seriyasının highlighteri, kirşanı, üz bazası da mövcuddur.
Ümid edirəm, bu yazı sizə yararlı və maraqlı oldu, hər hansı sualınız olsa müraciət edin.
/ ayselhuseynova.com
Tonal krem seçərkən nələrə diqqət etməliyik?
Kosmetika əsas hissəsini təşkil edən tonal kremlər, hər nə qədər dərinin nəfəs almasını çətinləşdirsə də dəri rəngində bərabərlik təmin edən və qüsurları bağlayan yeganə məhsuldur. Tonal Krem alarkən diqqət etməyiniz lazı
Ideal qaşlar üçün 3 vasitə
Bu postda sınadığım və razı qaldığım qaş üçün olan 3 məhsuldan danışmaq istəyirəm. Hansı ki, bu məhsullarla seyrək qaşlarınız olsa belə, onlara istədiyiniz forma verib, ideal göstərə bilərsiniz. İlk öncə Sleekdən qaş qələmi
Düzgün rəng tonal kremi seçmək
Bildiyiniz kimi, tonal kremi düzgün seçmək makiyajda ən vacib məsələlərdən biridir. Üzünüzdəki qüsuların örtülməsi, ideal tonun yaranmadı əhz tonal kremin rəngindən və dəri tipinizə uyğunluğundan asılıdır. Dərinin tonu fəsillərl
Skrab nədir? Skrabın dəriyə faydaları
Sevdiyim skrabları təqdim etməmişdən öncə gəlin aydınlaşdıraq ki, skrab nədir. Dəri baxımında önəmli rolu olan skrab dərini ölü dəri hüceyrələrindən təmizləyən, dərinin nahamarlıqlarını aradan qaldıran vasitədir. Skrabda
Tonal krem seçimi - 8 məhsul
Bu postda siz həm quru, həm yağlı dərilər üçün məsləhət görəcəyim tonal kremləri göstərmək istəyirəm. Bəzilərini şəxsən istifadə etsəm də, bəzilərini internetdə fikirləri oxuyaraq bir nəticəyə gəlmişəm. Sizə də məsləhəti
Qadın saçları və saçlara qulluq
Ən gözəl üzə və fiziki quruluşa malik olan qadın belə saçsız çirkin görsənir. Qədimdə isə saç həm də təmizlik, paklıq nümunəsi kimi əhəmiyyət kəsb edirdi. Çağdaş dövr qadınlarımıza istənilən şəkildə saça malik olmaq imkan
Manikür
Manikürü 7-10 gün ərzində 1 dəfə etmək məsləhətdir. Evdə və ya kosmetik salonda manikür etməyinizdən asılı olmayaraq dırnaqlarınızın sağlamlığına nəyin zərər yetirdiyini mütləq bilmək lazımdr. — Dırnaqları vanna etdikdə
Dırnaqlara qulluq
Dırnaqlar ölmüş hüceyrələrdən — keratindən təşkil olunmuşdur. Buna görə də onları zədələdikdə qan gəlmir və ağrı hiss olunmur. Dırnağın görünən hissəsi onun gövdəsi, dəri altında gizlənən görünməyən hissəsi isə onun kök
Möhkəm və uzun dırnaqlar
Dırnaqların qırılmaması üçün ən asan üsullardan biri də dırnaqlara yod çəkməkdir. Belə ki, yod dırnaqları həm möhkəmləndirir, həm də tez uzanmasına səbəb olur. Yodu dırnaqlara axşam yatmazdan əvvəl çəkmək lazımdır. Pambığı