Dəri tipinizə uyğun tonal krem necə seçmək

Dəri tipinizə uyğun tonal krem necə seçməkDəri tipinizə uyğun tonal krem necə seçməli
Tonal krem seçimi gözəl makiyaj üçün olduqca vacibdir. Seçim zamanı dəri tipinizi nəzərə almağınız daha yaxşı nəticə əldə etməyinizə səbəb olacağından bunu mümkün qədər gözardı etməməyə çalışın. Dəri tipi dedikdə üz dərinizin yağlı, quru, normal və ya karma (qarışıq) dəri olması başa düşülür. Bu, tonal krem seçərkən diqqət etməli olduğunuz əhəmiyyətli məqamlardan biridir. Yanlış tonal krem seçimi üzdə qeyri-təbii görüntü yaratmaqla yanaşı, üz dərinizin sağlamlığına da mənfi təsir göstərə bilər. Buna görə də seçim edərkən yaxşı olar ki, öz dəri tipinizə uyğun gələn tonal kremlərə üstünlük verəsiniz.

Karma (qarışıq) dərilər:
Əgər üz dəriniz qarışıq dəri tipinə aiddirsə, yaxşı olar ki, yağsız nəmləndiricilərə üstünlük verəsiniz. Bunun üçün məxsusi olaraq karma dərilər üçün nəzərdə tutulmuş tonal kremlər var. Hansı ki, bu tonal kremlərin tərkibində yağsız nəmləndiricilər olduğu üçün həm üz dərinizin quru bölgələrini nəmləndirərək quruluq və qabıqlanmadan qoruyacaq, həm də yağlı bölgələrin daha da yağlanmasına səbəb olmayacaq.

Yağlı dərilər:
Bu dəri tipinə sahib olan xanımlar mütləq yağlı dərilər üçün nəzərdə tutulmuş tonal kremlərə üstünlük verməlidirlər. Çünki yağlı dərilər sızanaqlara, qara nöqtələrə qarşı olduqca həssasdırlar. Belə dərilərdə tonal kremin dəri məsamələrini tutması qısa müddətdə üzdə çoxlu sayda sızanaq və əsasən də qara nöqtələrin yaranmasına səbəb olur. Yağlı dərilər üçün nəzərdə tutulmuş bəzi tonal kremlərin tərkibində olan müəyyən maddələr isə sızanaq və civzələrlə mübarizə apardığından bu cür problemlərin də qarşısı alınmış olur. Həmçinin, bir çox xanımlar dərilərinin yağlı olması səbəbindən tonal kremin üzlərində qalıcı olmamasından və ya üzlərində yağlı görüntü yaratmasından şikayətlənir. Əgər siz də bu cür problemlərlə qarşılaşırsınızsa, o zaman yağlı dərilər üçün nəzərdə tutulmuş "matlaşdırıcı" tonal kremlərdən istifadə etməklə bu problemin də öhdəsindən asanlıqla gələ bilərsiniz. Pudralı tonal kremlər də seçimləriniz arasında ola bilər.

Quru dərilər:
Quru dərili xanımlarda yağlı dərilərdən fərqli olaraq dəridəki məsamələr kiçik olur. Bu səbəbdən də quru dərilərdə sızanaq və qara nöqtələrə çox az rast gəlinir. Belə sızanaqsız dərilərdə örtücülük çox da gərəkli olmadığından yaxşı olar ki, BB kremlərə və ya vitamin tərkibli nəmləndirici tonal kremlərə üstünlük verəsiniz. Belə kremlər həm üzünüzün bütün hissələrinin tonunu bərabərləşdirəcək, həm də nəmləndirərək quruluğun qarşısını ala biləcək. Sözsüz ki, quru dərilər üçün xüsusi nəzərdə tutulmuş tonal kremlərdən də rahatlıqla istifadə edə bilərsiniz. Ancaq yağlı dərilər üçün nəzərdə tutulmuş quruducu xüsusiyyətə malik kremlərdən uzaq olmağa çalışın. Maye halında tonal kremlərdən istifadə etməyiniz məqsədə uyğundur.

Normal dəri:
Normal dərini ideal dəri tipi hesab etmək olar. Belə dəri üçün tonal krem seçimi olduqca genişdir. Belə dərilərdə də problemlərə çox az rast gəlindiyi üçün maye halında tonal kremlərlə yanaşı, krem qatılığındakı tonal kremlərdən də istifadə etmək olar. Nəmləndirici xüsusiyyətə malik tonal kremlər də dərinizin sağlamlığını qorumaq üçün faydalı ola bilər. Həmçinin BB kremlərdən də istifadə edə bilərsiniz.

Tarix: 3 may 2020

Xəbərlər

Tonal krem seçərkən nələrə diqqət etməliyik?

Kosmetika əsas hissəsini təşkil edən tonal kremlər, hər nə qədər dərinin nəfəs almasını çətinləşdirsə də dəri rəngində bərabərlik təmin edən və qüsurları bağlayan yeganə məhsuldur. Tonal Krem alarkən diqqət etməyiniz lazı

Zoeva fırçaları , zoeva məhsulları

Bugün sizə Zoeva fırçaları haqqında məlumat vermək istəyirəm. Ümumiyyətlə makiyaj barədə maraqlanan hər bir kəs bu fırçalar haqqında xəbərdardılar. Bloggerlər tərəfindən çox təriflənirdi, görünüşləri, saytları çox səliqəl

Quru dərilər üçün tonal krem

Məni əgər çoxdan izləyirsinizsə bilirsiniz ki, dərim qurudur və parlaq, nəm dəri görüntüsünü çox sevirəm, odur ki, istifadə etdiyim bütün tonal kremləri quru dərilər üçün olanın alıram. Xüsusən əgər mənə ekstra parıltı sö

Ideal qaşlar üçün 3 vasitə

Bu postda sınadığım və razı qaldığım qaş üçün olan 3 məhsuldan danışmaq istəyirəm. Hansı ki, bu məhsullarla seyrək qaşlarınız olsa belə, onlara istədiyiniz forma verib, ideal göstərə bilərsiniz. İlk öncə Sleekdən qaş qələmi

Düzgün rəng tonal kremi seçmək

Bildiyiniz kimi, tonal kremi düzgün seçmək makiyajda ən vacib məsələlərdən biridir. Üzünüzdəki qüsuların örtülməsi, ideal tonun yaranmadı əhz tonal kremin rəngindən və dəri tipinizə uyğunluğundan asılıdır. Dərinin tonu fəsillərl

Skrab nədir? Skrabın dəriyə faydaları

Sevdiyim skrabları təqdim etməmişdən öncə gəlin aydınlaşdıraq ki, skrab nədir. Dəri baxımında önəmli rolu olan skrab dərini ölü dəri hüceyrələrindən təmizləyən, dərinin nahamarlıqlarını aradan qaldıran vasitədir. Skrabda

Tonal krem seçimi - 8 məhsul

Bu postda siz həm quru, həm yağlı dərilər üçün məsləhət görəcəyim tonal kremləri göstərmək istəyirəm. Bəzilərini şəxsən istifadə etsəm də, bəzilərini internetdə fikirləri oxuyaraq bir nəticəyə gəlmişəm. Sizə də məsləhəti

Qadın saçları və saçlara qulluq

Ən gözəl üzə və fiziki quruluşa malik olan qadın belə saçsız çirkin görsənir. Qədimdə isə saç həm də təmizlik, paklıq nümunəsi kimi əhəmiyyət kəsb edirdi. Çağdaş dövr qadınlarımıza istənilən şəkildə saça malik olmaq imkan

Manikür

Manikürü 7-10 gün ərzində 1 dəfə etmək məsləhətdir. Evdə və ya kosmetik salonda manikür etməyinizdən asılı olmayaraq dırnaqlarınızın sağlamlığına nəyin zərər yetirdiyini mütləq bilmək lazımdr. — Dırnaqları vanna etdikdə