Tonal kreminizin rəngi niyə gün ərzində dəyişir?
Makiyajdan bir neçə saat sonra tonal kremin oksidləşib narıncı rəngə çevrilməsinin qarşısını almaq üçün məsləhətlərimizi oxuyun.
Rəngini xüsusi diqqətlə seçdiyiniz, dərinizlə bütünləşən sevimli tonal kreminizin bir neçə saat içində üzünüzdə narıncı rəngə çevrildiyini hiss edirsiniz? Narahat olmayın, problem sizin tonal kreminizdə deyil. Sadə bir kimyəvi reaksiya səbəbilə yaranan bu halın qarşısını almaq mümkünsüz deyil.
Tonal kreminizin tərkibində olan rəng piqmentləri havadakı oksigen və ya dərinizin ifraz etdiyi təbii yağlarla kimyəvi reaksiyaya girdikdə oksidlənmə baş verir. Bu da tonal kreminizi çəkdikdən bir neçə saat sonra 1-2 ton tündləşməsinə səbəb olur. Bunun qarşısını almaq üçün aşağıdakı addımları ata bilərsiniz.
Üz bazasından istifadə edin.
Dərinizin ifraz etdiyi təbii yağların tonal kremlə reaksiyaya girməsinin qarşısını almaq üçün tonal krem çəkməzdən qabaq bir üz bazasından istifadə edin. Bu addım tonal krem və dəriniz arasında bir maneə yaradaraq oksidlənmə ehtimalını azaldır. Makiyaj bazasını dərinizin tipinə uyğun şəkildə seçməyinizi məsləhət görürük. Yağlı dəriniz varsa, matlaşdırıcı, quru bir dəriniz varsa, nəmləndirici bir baza ehtiyacınızı ödəyəcək. Silikon bazalı üz bazaları oksidlənmənin qarşısını almaq üçün ən yaxşı seçimdir.
Dərinizdəki artıq yağı götürün.
Makiyaj bazası istifadə etdikdən sonra yağ sorucu kağızlarla dərinizdəki artıq yağı götürün. Bu addımı tonal krem istifadə etdikdən sonra və gün ərzində təkrarlamaq oksidlənmənin qarşısının alınmasında böyük əhəmiyyətə malikdir.
Makiyajınızı sabitləşdirin.
Tonal krem istifadəsindən sonra sabitləmə pudrası ilə üzünüzdə olan artıq yağlardan xilas olun. Lazım görsəniz, gün ərzində bunu bir neçə dəfə təkrarlayın. /leydi.az
Göz formasına uyğun makiyaj etmək üsulları
Gözlərə makiyaj edərkən gözün forması əsas tutulmalı və gözlərdə olan qüsurları örtəcək şəkildə bir makiyaj edilməlidir. Gözlərə vurulan göz kölgələri çox açıq və canlı rənglərdə olmamalıdır. Yüngül tonlarda olan göz kölgələr
Dəri tipinizə uyğun tonal krem necə seçmək
Dəri tipinizə uyğun tonal krem necə seçməli . Tonal krem seçimi gözəl makiyaj üçün olduqca vacibdir. Seçim zamanı dəri tipinizi nəzərə almağınız daha yaxşı nəticə əldə etməyinizə səbəb olacağından bunu mümkün qədər gözard
Tonal krem seçərkən nələrə diqqət etməliyik?
Kosmetika əsas hissəsini təşkil edən tonal kremlər, hər nə qədər dərinin nəfəs almasını çətinləşdirsə də dəri rəngində bərabərlik təmin edən və qüsurları bağlayan yeganə məhsuldur. Tonal Krem alarkən diqqət etməyiniz lazı
Zoeva fırçaları , zoeva məhsulları
Bugün sizə Zoeva fırçaları haqqında məlumat vermək istəyirəm. Ümumiyyətlə makiyaj barədə maraqlanan hər bir kəs bu fırçalar haqqında xəbərdardılar. Bloggerlər tərəfindən çox təriflənirdi, görünüşləri, saytları çox səliqəl
Quru dərilər üçün tonal krem
Məni əgər çoxdan izləyirsinizsə bilirsiniz ki, dərim qurudur və parlaq, nəm dəri görüntüsünü çox sevirəm, odur ki, istifadə etdiyim bütün tonal kremləri quru dərilər üçün olanın alıram. Xüsusən əgər mənə ekstra parıltı sö
Ideal qaşlar üçün 3 vasitə
Bu postda sınadığım və razı qaldığım qaş üçün olan 3 məhsuldan danışmaq istəyirəm. Hansı ki, bu məhsullarla seyrək qaşlarınız olsa belə, onlara istədiyiniz forma verib, ideal göstərə bilərsiniz. İlk öncə Sleekdən qaş qələmi
Düzgün rəng tonal kremi seçmək
Bildiyiniz kimi, tonal kremi düzgün seçmək makiyajda ən vacib məsələlərdən biridir. Üzünüzdəki qüsuların örtülməsi, ideal tonun yaranmadı əhz tonal kremin rəngindən və dəri tipinizə uyğunluğundan asılıdır. Dərinin tonu fəsillərl
Skrab nədir? Skrabın dəriyə faydaları
Sevdiyim skrabları təqdim etməmişdən öncə gəlin aydınlaşdıraq ki, skrab nədir. Dəri baxımında önəmli rolu olan skrab dərini ölü dəri hüceyrələrindən təmizləyən, dərinin nahamarlıqlarını aradan qaldıran vasitədir. Skrabda
Tonal krem seçimi - 8 məhsul
Bu postda siz həm quru, həm yağlı dərilər üçün məsləhət görəcəyim tonal kremləri göstərmək istəyirəm. Bəzilərini şəxsən istifadə etsəm də, bəzilərini internetdə fikirləri oxuyaraq bir nəticəyə gəlmişəm. Sizə də məsləhəti