Üzü düzgün yumaq qaydası
Üz yumaq da əslində cild baxımının ilk mərhələrindəndir. Üzdə meydana gələn bəzən problemlərin səbəbi məhz düzgün olmayan üz yumaq ola bilər.
Dəri baxımının birinci addımı üz yumaqdır. Üstəlik dəri baxımına erkən yaşlardan etibarən deyil, uşaqlıqdan etibarən başlamaq lazımdır. Üz yumaq hər nə qədər sadə bir əməliyyat kimi görünsə də, vəziyyət əslində o qədər sadə deyil. Yanlış üz yuma səbəbi ilə o qədər əmək verdiyiniz və körpə kimi baxdığınız dərinizdə problemlər meydana gəlir və bütün dəri baxımınız da hədər gedər. Üz yumanın ilk məqsədi, dəri məsamələrini tıxayan çirklərdən dərini təmizləməkdir. Üz yuma əməliyyatı ilə dərinizi çirklərdən təmizlədiyiniz kimi, dərinizi də ölü hüceyrələrin bir qisimindən təmizləmiş olarsınız. Bunun nəticəsində, təmiz bir dəridə istifadə etdiyiniz bütün baxım məhsulları daha yaxşı nüfuz edər və dəriniz olmasını istədiyiniz kimi olur.
Sağlam və parıltılı bir dərinin ilk addımı doğru üz yumaqdır. Üzü düzgün necə yumaq lazımdır? Doğru üz yuma ilıq su ilə həyata keçirilir. İsti su ilə üzünüzü yusanız dəriniz quruyar. Soyuq su isə dəridəki çirkləri təmizləməz və məsamələr tıxanmış qalar. Üzünüzü yumadan əvvəl əllərinizi sabunla yuyun. İstifadə etdiyiniz sabunun dəri tipinizə uyğun bir sabun olmasına diqqət edin.
Doğru üz yumaq prosesi necə olmalıdır?
Əvvəlcə üzünüzü ilıq su ilə isladın. Əlinizdə köpük etdiyiniz sabunu dərinizə yaxşıca yayın. Çox sərt hərəkətlərlə deyil, yumşaq hərəkətlərlə dərinizə masaj edin. Alın, dodaq kənarları və burun kənarlarınızı həssas bölgələr olduğunu unutmayın. Dərinizə bir iki dəqiqə dairəvi hərəkətlərlə masaj etdikdən sonra bol ilıq su ilə yaxalayın. Təmiz bir üz dəsmalı ilə yavaş bir şəkildə dərinizi qurulayın.
Üzü yuyarkən yol verilən yanlışlar
Çox tez-tez üz yumaq təhlükəlidir. Cild öz yağını bərpa etmədən yenidən üzünüzü yumaq dərinin qurumasına səbəb olur.
Davamlı isti-havasız mühitdə olmaq da dərini qurudur. Bunun üçün, gün içində bir neçə dəfə nəmləndirici krem istifadə etmək lazımdır.
Sabun seçimi mövzusunda həssas davranmaq lazımdır. Dərinizə uyğun bir sabun seçmək çox önəmlidir. Xlorsuz bir su da dəri üçün ən gözəl tonik kimidir.
Dəri rənginə görə dodaq boyası seçimi
Dodaq boyası seçərkən dəri rəngi nəzərə alınmalıdır. Qırmızı pomada bir çox qadının vazkeçilməzi olsa da, hər zaman güclü təəssürat doğurmur. Qırmızı pomada ilə makiyajın incəlikləri arasında cəsarət ön planda gəlir. Anca
Saç tökülməsinin iki əsas səbəbi
Saç tökülməsinin iki əsas səbəbi stress və insan bədənində dəmir çatışmazlığıdır. Bunu "İzvestiya"ya həkim-dermatoloq Tatyana Yeqorova bildirib. Onun sözlərinə görə, güclü stress keçirdikdən sonra saçların tökülməs
Evdə şampunu əvəz edən vasitələr
Şampun XX əsrə qədər hamam rəflərində olan bir məhsul deyildi. O zamanlar insanlar özlərinin təbii üsullarla hazırladığı köhnə sabunlardan istifadə edirdilər. Amma sabun mineral tərkibli sularda çox da işimizə yaramır. Araşdırmalar
Üz dərinizdə sızanaq və ya qara nöqtələr varsa...
Üz dərisində yaranan problemlər ətraf mühitin mənfi təsiri ilə yanaşı orqanizmdə yaranan problemlər səbəbi ilə də baş verir. Sağlam qida qəbulu, səhhətimiz və çəkimizin normada qalması üçün çox vacibdir. Lakin dəri sağlamlığ
Evdə edə biləcəyiniz möcüzəvi pilinq resepti
Dəriyə qulluq üçün bir çox fərqli maskalar eşidirik. Düzgün seçilmiş prosedurların dərimizə fərqli faydaları var. Daha gözəl bir dəriyə sahib olmaq üçün ona qulluq etmək bizim üçün çox vacibdir. Sizə tövsiyə edəcəyimiz b
Qalın qaşlar və sıx kirpiklər üçün təbii üsul
Ev şəraitində hazırlanan məhlullar ilə qalın qaşlara və sıx kirpiklərə sahib olmaq mümkündür. Badam və hind yağından hazırlanan məhlulu təqdim edirik:. İki çay qaşığı badam yağı ilə 2 çay qaşığı hind yağını qarışdırın. Təmi
Yağlı dərinin mənfi tərəfləri və üstünlükləri
Yağlı dəri problemli dərinin bir növü olub, yüksək yağlılıq və parıltılı görünüşlə səciyyələnir. Piy vəzilərinin sekretor aktivliyinə görə kosmetologiya və dertmatologiyada 4 növ dəri tipi ayırd edilir: normal, quru, yağlı
Qara nöqtələr və sızanaqlar
Qara nöqtələr və ya komedonlar - bunlar ölü hüceyrələr və sebum toplusudur. Bu problemin ən yaxşı çarəsi bir kosmetoloq tərəfindən üz təmizlənməsi və meyvə turşuları ilə peşəkar pilinqdir. Evdə bu problemi aradan qaldırmağ
Ev şəraitində pedikür
Yay vaxtı ayaqlarımız diqqətdə olur. Ev şəraitində ayaq barmaqlarını necə səliqəyə salmaq və pedikür etmək olar?. Pediküru ayaq üçün vanna düzəltməkdən başlamaq lazımdır - bu, tək pedikürə hazırlıq deyil, həm də stresdə