Ev şəraitində pedikür

Ev şəraitində pedikürYay vaxtı ayaqlarımız diqqətdə olur. Ev şəraitində ayaq barmaqlarını necə səliqəyə salmaq və pedikür etmək olar?
Pediküru ayaq üçün vanna düzəltməkdən başlamaq lazımdır - bu, tək pedikürə hazırlıq deyil, həm də stresdən çıxmaq üçün əla vasitədir. Sonra ayaqları dəsmalla qurudub kutikul yumuşaldan və aradan götürən vasitəndən istifadə etmək lazımdır. Burada vasitənin tərkibinə diqqət yetirmək lazımdır; meyvə turşulu vasitələrini seçmək lazımdır. Qələvi vasitələrdən uzaq durun, çünkü onlan dərinı kobudlaşdırır.
Pedikür üçün yaxşı polipropilendən hazırlanmış pilka lazımdır. Dabanları çox sürtmək lazım deyil. Çox sürtəndə gəzərkən inciyəcək və dəridə ağrı daha tez və çox artacaq. Pilkanı dabandakı naxışın xətləri üzrə sürtmək lazımdır. Bu naxış əllərdə kimi hamıda unikaldır. Süngər daşından istifadə etməyin. O, yumşaq olduğuna görə dəridə qaraquşun (dırnaq mayası) əmələ gəlməsinə səbəb olur, çünkü dərini qopardır.
Dırnaqları kəsəndə dırnağa dördbucaq forma verərək mütləq düz xətt ilə kəsin. Yan xətlərlə ehtiyatlı olun, olar bir birinə paralel olmalıdır. Əyri kəsmək və pilkalamaq dırnaqların dəriyə batmağına səbəb olar.
Sistematik olaraq, ayaq üçün maska və skrablardan istifadə edin. Şəkər kristallı və ya dəniz duzlu skrabları seçin.
Gündəlik istifadə üçün dərinin xüsusiyyətindən asılı olaraq, ayaq kremlərdən istifadə edin: dərinin qabarmasına, dərinin qurumasına və xoşagəlməz qoxuya qarşı. Təbii yağlara üstünlük verirsinizsə, onda vaxtaşırı yağ növünü dəyişmək lazımdır, çünki bədən həmin yağa vərdiş edir və yağın müalicəvi effekti itir. Yeri gəlmişkən, gecə ayaqlara yağ sürtəndə mütləq isti corab geyinmək lazımdır – effekt daha güclü olur.
Yayda dənizə gedəndə dəri kobudlaşmasın deyə nəmləndirici və ya dərinin artmasına qarşı krem etmək lazımdır.
Yaz fəslində rəngli yox, müalicəvi lak vurmaq lazımdır.
Nə etmək olmaz?
Heç vaxt dırnağı dibindən və künclərini kəsməyin (buna görə dırnaqlar əyri olur).
Ayaq dırnaqları çox uzun etmək lazım deyil. Ayaqqabı geyən zaman dırnaq təziq altında qalır və əyriləşir. Dırnaqları çalışın həmişə eyni uzunluqda saxlayasınız.
Dırnaqları uzun müddətə laklı qoymayın. Lakı hər 3 həftədən yeniləşdirmək tövsiyyə olunur.
Kobudlaşmış dərini bir dəfəyə aradan götürməyin, çalışın tədricən bir neçə dəfəyə bunu edəsiniz.

Tarix: 19 iyun 2021

Xəbərlər

Gənc dəriyə qulluğun 3 qaydası

16 yaşından bəri dəriyə qulluq etmək məsləhətlidir. Yuxusuz gecələr və əyləncələr heç bir iz buraxmırsa, üzünüzdə bircə dənə də qırış yoxdursa və hər zaman belə qalacağınızı düşünürsünüzsə, yanılırsınız. Bu 25 ilə qədər bel

Yağlı dərinin səbəbləri

Yağlı dəri piy vəzilərinin həddindən artıq aktivləşməsi nəticəsində kobud quruluş, parlaq görünüş, sarı-boz rəngə malik dəri tipidir. Yağlı dəriyə malik olan insanlarda genişlənmiş məsamələr, komedon, piy vəzilərinin kistaları

Göz makiyajı necə edilməlidir?

Gözlərinizin bir-birindən daha uzaq görünməsi üçün edəcəyiniz makiyaj göz ucunda deyil, gözün quyruq hissəsində daha qabarıq olmalıdır. Bunun üçün tuşu yalnız gözünüzün ucundakı kirpiklərinizə çəkin. Göz qapağınızın ortasın

Yay mövsümündə dəriyə düzgün qulluq

Günün dəriyə mənfi təsir etməməsi üçün ona düzgün qulluq etmək lazımdır. Yay günlərində dərinin sağlamlığını qorumaq üçün nə etmək lazımdır?. Hətta buludlu günlərdə belə mütləq olaraq günəşdən müdafiə vasitələrindən istifad

Arqan yağının saça faydaları

Arqan meyvəsinin tumları əzilərək əldə edilən arqan yağı tərkibindəki A, C, E, F vitaminləri, omega 9 yağ asidləri və antioksidan xüsusiyyətləri ilə saç üçün ən faydalı yağlardan biridir. Arqan yağının saça faydaları is

Qısa müddətdə saçları uzatmaq üçün vasitə

Yeməklərə ləzzət verən soğan, eyni zamanda şəxsi baxımda da olduqca təsirlidir. Soğan suyu son zamanlarda ən çox sızanaqların keçməsi və saç uzatmaq üçün istifadə olunur. Soğan suyu ilə saçlar necə uzanır? Aparılan araşdırmalar

Göz formasına uyğun makiyaj

Gözlərə makiyaj edərkən gözün forması əsas tutulmalı və gözlərdə olan qüsurları örtəcək şəkildə bir makiyaj edilməlidir. Gözlərə vurulan göz kölgələri çox açıq və canlı rənglərdə olmamalıdır. Yüngül tonlarda olan göz kölgələr

Üzünüzdə sızanaq ləkələri var?

Üzdə sızanaq olması qadınları ən çox narahat edən amillərdən biridir. Bunun qarşısını almaq üçün sadə üsulları sizə təqdim edirik:. Xiyar. Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir. Ona gözəlliyi

Kiprik tipinə görə tuş seçimi

Məlum olduğu kimi, tuşlar göz, makiyajın tamamlayıcı elementləridir. Bir kosmetik dükanına girəndə, ya da bir kataloq araşdırarkən qarşınıza müxtəlif tuşlar çıxır. Bu qədər çeşid arasından hansını seçim etməkdə çətinlik çək