Yağlı dərinin səbəbləri

Yağlı dərinin səbəbləriYağlı dəri piy vəzilərinin həddindən artıq aktivləşməsi nəticəsində kobud quruluş, parlaq görünüş, sarı-boz rəngə malik dəri tipidir. Yağlı dəriyə malik olan insanlarda genişlənmiş məsamələr, komedon, piy vəzilərinin kistaları, akne, seboreya əlamətlərinə rast gəlinir. Yağlı dəri yüksək diqqət, xüsusi qidalanma rejimi, ev şəraitində və peşəkar qulluq (təmizlənmə, maska, pilinq, mezoterapiya), kosmetik vasitələrin düzgün seçimini tələb edir. Yağlı dərinin yaranma səbəbini aydınlaşdırmaq üçün kosmetoloq, dermatoloq və endokrinoloqun konsultasiyası lazımdır.
Əksər hallarda yağlı dəri yeniyetmə və cavanlarda müşahidə olunur və 25-30 yaşlarda digər dəri tipi ilə (əsasən kombinəolunmuş) əvəz olunur. Yalnız 5-8% insanlarda yağlı dəri transformasiya etmir. Dərinin yüksək yağlılığının birbaşa səbəbi piy vəzilərinin hiperfunksiyası hesab olunur, bu da irsi amil, hormonal disbalans, MBT pozulmaları, qeyri-rasional qidalanma ilə bağlıdır.
İrsi amillərlə əlaqədar yaranan yağlı dəri yaş artdıqca digər dəri tipinə keçmədiyindən düzgün gündəlik qulluq və kosmetik vasitələrin rasional seçimini tələb edir. Cinsi yetişkənlik dövründə piy vəzilərinin ölçüsünün və piy ifrazının artmasına səbəb olan testosteronun yüksəlməsi endokrin mənşəli yağlı dərinin formalaşmasına gətirib çıxarır. Digər hormonların, məsələn stress zamanı qanda miqdarının artması piy vəzilərinin funksiyasına təsir edir. Qadınlarda dərinin yağlılığı yumurtalıqların polikistozu, hormonal kontraseptivlərin uzunmüddətli qəbulu, az hallarda hamiləlik və menopauza dövründə müşahidə olunur. Üz nahiyəsindəki yağlı dərinin bədənin digər hissələrinin quru dəri örtüyü ilə müştərəkliyi hipotireoz üçün xarakterikdir.
Yağlı dərinin yaranmasında iştirak edən alimentar səbəblərə yağlı və ya kəskin qidalardan, eləcə də un məmulatları, şirniyyat, qazlı içkilər və alkoqoldan izafi istifadə aiddir. Yağlı dəriyə sahib olan insanlar adətən mədə-bağırsaq traktının xəstəliklərindən (xolesistit, kolit, qəbizlik və s.) əziyyət çəkirlər. Natəmiz iş şəraitində çalışmaq dərinin vəziyyətinə mənfi təsir göstərir.
Bu tip insanlar yanlış olaraq, dərini tərkibində spirt olan kosmetik vasitələr və skrablarla aktiv və aqressiv təmizləməklə problemin daha da dərinləşməsinə gətirib çıxarırlar: səthi lipid qatının soyulması epidermisin daha artıq piy ifraz etməsinə səbəb olur. Üzün mexaniki təmizlənməsi və pilinqin tez-tez aparılması nəticəsində epidermisin mikrozədələnməsi və dəri piyinin hipersekresiyası baş verir. Həmçinin düzgün seçilməyəm krem və qulluq vasitələri də dəri örtüyünün yağlılıq problemini artırır.

Tarix: 19 iyun 2021

Xəbərlər

Göz makiyajı necə edilməlidir?

Gözlərinizin bir-birindən daha uzaq görünməsi üçün edəcəyiniz makiyaj göz ucunda deyil, gözün quyruq hissəsində daha qabarıq olmalıdır. Bunun üçün tuşu yalnız gözünüzün ucundakı kirpiklərinizə çəkin. Göz qapağınızın ortasın

Yay mövsümündə dəriyə düzgün qulluq

Günün dəriyə mənfi təsir etməməsi üçün ona düzgün qulluq etmək lazımdır. Yay günlərində dərinin sağlamlığını qorumaq üçün nə etmək lazımdır?. Hətta buludlu günlərdə belə mütləq olaraq günəşdən müdafiə vasitələrindən istifad

Arqan yağının saça faydaları

Arqan meyvəsinin tumları əzilərək əldə edilən arqan yağı tərkibindəki A, C, E, F vitaminləri, omega 9 yağ asidləri və antioksidan xüsusiyyətləri ilə saç üçün ən faydalı yağlardan biridir. Arqan yağının saça faydaları is

Qısa müddətdə saçları uzatmaq üçün vasitə

Yeməklərə ləzzət verən soğan, eyni zamanda şəxsi baxımda da olduqca təsirlidir. Soğan suyu son zamanlarda ən çox sızanaqların keçməsi və saç uzatmaq üçün istifadə olunur. Soğan suyu ilə saçlar necə uzanır? Aparılan araşdırmalar

Göz formasına uyğun makiyaj

Gözlərə makiyaj edərkən gözün forması əsas tutulmalı və gözlərdə olan qüsurları örtəcək şəkildə bir makiyaj edilməlidir. Gözlərə vurulan göz kölgələri çox açıq və canlı rənglərdə olmamalıdır. Yüngül tonlarda olan göz kölgələr

Üzünüzdə sızanaq ləkələri var?

Üzdə sızanaq olması qadınları ən çox narahat edən amillərdən biridir. Bunun qarşısını almaq üçün sadə üsulları sizə təqdim edirik:. Xiyar. Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir. Ona gözəlliyi

Kiprik tipinə görə tuş seçimi

Məlum olduğu kimi, tuşlar göz, makiyajın tamamlayıcı elementləridir. Bir kosmetik dükanına girəndə, ya da bir kataloq araşdırarkən qarşınıza müxtəlif tuşlar çıxır. Bu qədər çeşid arasından hansını seçim etməkdə çətinlik çək

Xanımlar gözəl görünmək üçün nə etməli?

Qadınlar hər zaman gözəl görünmək istəyirlər. Bu istək çox vaxt böyük maliyyə və zövq nəticəsində gerçəkləşir. Beləliklə, gözəl görünmək istəyən qadınlar üçün bəzi məsləhətləri təqdim edirik:. Yaraşan rənglər. Geyim seçərkə

Həssas dəri üçün gözətrafı krem - NİVEA

NIVEA MAKE-UP-EXPERT - makiyajın istifadəsi zamanı dəriyə sadə və effektiv qulluq üçün hazırlanmış ilk vasitə xəttini yaradır. Həssas gözətrafı dəri üçün olan MAKE-UP EXPERT kremi şanagüllə cövhəri və üzüm tumu yağı ilə zənginləşdirilib