Gənc dəriyə qulluğun 3 qaydası
16 yaşından bəri dəriyə qulluq etmək məsləhətlidir. Yuxusuz gecələr və əyləncələr heç bir iz buraxmırsa, üzünüzdə bircə dənə də qırış yoxdursa və hər zaman belə qalacağınızı düşünürsünüzsə, yanılırsınız. Bu 25 ilə qədər belə qala bilər. Hesab olunur ki, 25-li yaşlarda bioloji yaşlanma prosesi başlayır. 25 yaşdan etibarən dəri hüceyrələrinin tənəffüsü yavaşlayır, bunun nəticəsində ilk dəyişikliklər görünür: darıxdırlı bir dəri, ton itkisi, dərinin bərpası yavaşlayır. Beləliklə, 25 yaşından sonra da dəri parıldayır və cavan görünürsə, ona hər gün diqqətlə qayğı göstərməlisiniz, uyğun kosmetik vasitələr seçməlisiniz və heç bir halda sızanaqları sıxmamalısınız!
Gənc dərinin epidermisi, saat kimi, lazım olan sayda yeni hüceyrə istehsal edir, buna görə də gənc dəri tez yenilənir, xüsusi qayğıya və kosmetoloqa tez-tez baş çəkməyə ehtiyac duymur. Gənc dəri üçün 3 əsas amil bunlardır: təmizləmə, nəmləndirmə və qorumadır.
Təmizləmə
Bütün günü çöldə makiyajlı gəzmək və ya evdə sevdiyiniz seriallara baxmağın fərqi yoxdur, təmizləməni hər gün etmək lazımdır. Səhər tezdən dərini təmizləmək üçün yumşaq köpüklə, yatdıqdan sonra dəridə qalan toz, tər, sebum və digər çirk izlərini yuyun və təmizlənməni tonik və ya losyonla tamamlayın. Axşam isə, əvvəlcə kosmetik vasitələrin makiyaj təmizləyicisi ilə yuyulduğundan əmin olun, daha sonra dərini məsələn, gel ilə təmizləyin təmizlənməni və tonik və ya losyonla tamamlayın. Amma üzünüzü sabunla yumayın! Təmizləyicilər yapışqan və ya narahat olmamalıdır. Yuyunduqdan sonra təzə hiss etməlisiniz. Əgər xoşagəlməz nəsə hiss edirsinizsə, kosmetik vasitələrinizi dəyişdirin.
Nəmləndirmə
Dəridə kifayət qədər nəmlənmə olmursa, göz ətrafındakı qırışlar və sönük bir dəri sizi vaxtından əvvəl narahat edə bilər. Rütubətin olmaması dəriyə təsir edir: xarici mühitin mənfi təsirlərini həll edə bilmir və yaşlanma prosesini sürətləndirir. Gündə iki dəfə, səhər və axşam nəmləndiricilərdən istifadə edin. Göz kremini unutmayın – yaşla bağlı dəyişikliklərə daha çox həssas olan bu sahədir.
Qoruma
Dəri özünü ultrabənövşəyi şüalardan tam qoruya bilmir. UB şüaları onu nəmdən məhrum edir və hüceyrə səviyyəsində ziyana səbəb olur: kollagen məhv edilir və müxtəlif dəri xəstəliklərinə səbəb olan proseslər başlayır. Buna görə mövsümdən asılı olmayaraq, hər gün tərkibində qoruyucu olan məhsullardan istifadə etmək çox vacibdir. Şəhər daxilində vaxt keçirirsinizsə tərkibi 8-15 SPF olan bir məhsul, çimərlikdə isə tərkibi ən azı 20 SPF məhsullardan istifadə edin. Soyuq havalarda da dəri qorunmalıdır. Bunu etmək üçün nəmi saxlayan və vitaminlərlə dolu bir krem seçin. Qidalandırma da qırılmanın qarşısını almağa kömək edəcəkdir.