Üz dərinizdə sızanaq və ya qara nöqtələr varsa...

Üz dərinizdə sızanaq və ya qara nöqtələr varsa...Üz dərisində yaranan problemlər ətraf mühitin mənfi təsiri ilə yanaşı orqanizmdə yaranan problemlər səbəbi ilə də baş verir. Sağlam qida qəbulu, səhhətimiz və çəkimizin normada qalması üçün çox vacibdir. Lakin dəri sağlamlığı və gözəlliyi üçün qida qəbulunda bəzi məqamlara xüsusi diqqət yetirməliyik. Əgər dəridə təkrarlanan problemlərlə qarşılaşırıqsa, qida rasionunuza mütləq dəyişiklik etməliniz.
Dəriyə zərərli olan qida və yeməklər:
1. Süd və süd məhsulları
Süd, pendir və qatıq bədəndəki hormon səviyyələrinə təsir edərək, onların balansını pozur. Nəticədə ciddi dəri problemləri yaradır. Əgər üz dərinizdə sızanaq, ya da qara nöqtələr varsa, süd məhsullarından imtina etməlisiniz.
2. Tərkibində karbohidrat olan qidalar
Rafinə olunan karbohidratlar insanın artıq çəki almasına, piylənmə, şəkər xəstəliyi ilə yanaşı, üz dərisi problemləri də yaradır. Belə qidalar adətən vitaminsiz olur. Onları qəbul etdikdə "boş kalori" yaranır. Bu səbəblə də qan şəkəri və insulin normadan artıq ifraz olunur. Nəticədə isə istehlak etdiyimiz qida birbaşa qlükozaya çevrilir və yağ vəzilərinin fəaliyyətini sürətləndirir. Bu da dəridə sızanaq və başqa ciddi problemlərə səbəb olur.
3. Enerji içkiləri
Maddələr mübadiləsini pozur, nəticədə üz dərisində qıcıqlanma və qaşınma kimi müxtəlif simptomlar yaradır. Bu qidalar bir başa bağırsağa təsir edir. Orada dəri üçün faydalı bakteriyaları azaldır.
4. Spirt və kofein tərkibli qidalar
Spirtli içkilər bədəndə ciddi su itkisinə səbəb olur. Bu da dərinin sağlam olmasına mənfi təsir edir. Tərkibində kofein olan qidalar sidikqovuculuq xüsusiyyətinə malikdir. Böyrəyin tez-tez işləməsinə səbəb olur. Bu da insanda susuzluq yaradır. Dərinin normal su balansını qorumaq üçün bol su qəbul etməliyik.
Üz dərisi üçün faydalı qidalar sırasında isə badam, göy-göyərti, meyvə, tərəvəzlər və dəniz məhsulları yer alır.

Tarix: 20 iyun 2021

Xəbərlər

Evdə edə biləcəyiniz möcüzəvi pilinq resepti

Dəriyə qulluq üçün bir çox fərqli maskalar eşidirik. Düzgün seçilmiş prosedurların dərimizə fərqli faydaları var. Daha gözəl bir dəriyə sahib olmaq üçün ona qulluq etmək bizim üçün çox vacibdir. Sizə tövsiyə edəcəyimiz b

Qalın qaşlar və sıx kirpiklər üçün təbii üsul

Ev şəraitində hazırlanan məhlullar ilə qalın qaşlara və sıx kirpiklərə sahib olmaq mümkündür. Badam və hind yağından hazırlanan məhlulu təqdim edirik:. İki çay qaşığı badam yağı ilə 2 çay qaşığı hind yağını qarışdırın. Təmi

Yağlı dərinin mənfi tərəfləri və üstünlükləri

Yağlı dəri problemli dərinin bir növü olub, yüksək yağlılıq və parıltılı görünüşlə səciyyələnir. Piy vəzilərinin sekretor aktivliyinə görə kosmetologiya və dertmatologiyada 4 növ dəri tipi ayırd edilir: normal, quru, yağlı

Qara nöqtələr və sızanaqlar

Qara nöqtələr və ya komedonlar - bunlar ölü hüceyrələr və sebum toplusudur. Bu problemin ən yaxşı çarəsi bir kosmetoloq tərəfindən üz təmizlənməsi və meyvə turşuları ilə peşəkar pilinqdir. Evdə bu problemi aradan qaldırmağ

Ev şəraitində pedikür

Yay vaxtı ayaqlarımız diqqətdə olur. Ev şəraitində ayaq barmaqlarını necə səliqəyə salmaq və pedikür etmək olar?. Pediküru ayaq üçün vanna düzəltməkdən başlamaq lazımdır - bu, tək pedikürə hazırlıq deyil, həm də stresdə

Gənc dəriyə qulluğun 3 qaydası

16 yaşından bəri dəriyə qulluq etmək məsləhətlidir. Yuxusuz gecələr və əyləncələr heç bir iz buraxmırsa, üzünüzdə bircə dənə də qırış yoxdursa və hər zaman belə qalacağınızı düşünürsünüzsə, yanılırsınız. Bu 25 ilə qədər bel

Yağlı dərinin səbəbləri

Yağlı dəri piy vəzilərinin həddindən artıq aktivləşməsi nəticəsində kobud quruluş, parlaq görünüş, sarı-boz rəngə malik dəri tipidir. Yağlı dəriyə malik olan insanlarda genişlənmiş məsamələr, komedon, piy vəzilərinin kistaları

Göz makiyajı necə edilməlidir?

Gözlərinizin bir-birindən daha uzaq görünməsi üçün edəcəyiniz makiyaj göz ucunda deyil, gözün quyruq hissəsində daha qabarıq olmalıdır. Bunun üçün tuşu yalnız gözünüzün ucundakı kirpiklərinizə çəkin. Göz qapağınızın ortasın

Yay mövsümündə dəriyə düzgün qulluq

Günün dəriyə mənfi təsir etməməsi üçün ona düzgün qulluq etmək lazımdır. Yay günlərində dərinin sağlamlığını qorumaq üçün nə etmək lazımdır?. Hətta buludlu günlərdə belə mütləq olaraq günəşdən müdafiə vasitələrindən istifad