Dəri rənginə görə dodaq boyası seçimi

Dəri rənginə görə dodaq boyası seçimiDodaq boyası seçərkən dəri rəngi nəzərə alınmalıdır. Qırmızı pomada bir çox qadının vazkeçilməzi olsa da, hər zaman güclü təəssürat doğurmur.
Qırmızı pomada ilə makiyajın incəlikləri arasında cəsarət ön planda gəlir. Ancaq burada digər vacib detal saç və dəri rəngidir. Çünki qırmızı pomadanın bir çox çaları var və onlar hər kəs üçün deyil. Bəs kimlər qırmızının hansı çalarlarından istifadə edə bilər, ümumiyyətlə, qırmızı pomada kimə daha çox yaraşır?
Əsmər və qarabuğdayı
Qırmızının dolğun və mərcan çalarları tam sizlikdir. Tünd dəri imkan verir ki, tünd pomada istifadə edəsiniz. Əsmər xanımlar canlı tonları seçməlidir. Ənlik və dodaq arasında ahəng olmalıdır.
Ağ dəri
Ağ dərili qadınlar qarabuğdayı və qızıl dərili xanımlardan fərqli olaraq çox şanslıdır. Bu dəri rənginə sahib olan qadınlara tünd qırmızı tonları inanılmaz yaraşır. Soyuq və tünd qan qırmızısı məhz sizlikdir.
Sarışın
Narıncıya yaxın qırmızı pomadalara üstünlük verin. Üstəlik, şəffaf parladıcı da sarışın xanımların dodaqlarında daha xoş dayanır. Qırmızı ilə yanaşı mərcan rənglərinin də çox yaraşdığını deyə bilərik.

Tarix: 20 iyun 2021

Xəbərlər

Saç tökülməsinin iki əsas səbəbi

Saç tökülməsinin iki əsas səbəbi stress və insan bədənində dəmir çatışmazlığıdır. Bunu "İzvestiya"ya həkim-dermatoloq Tatyana Yeqorova bildirib. Onun sözlərinə görə, güclü stress keçirdikdən sonra saçların tökülməs

Evdə şampunu əvəz edən vasitələr

Şampun XX əsrə qədər hamam rəflərində olan bir məhsul deyildi. O zamanlar insanlar özlərinin təbii üsullarla hazırladığı köhnə sabunlardan istifadə edirdilər. Amma sabun mineral tərkibli sularda çox da işimizə yaramır. Araşdırmalar

Üz dərinizdə sızanaq və ya qara nöqtələr varsa...

Üz dərisində yaranan problemlər ətraf mühitin mənfi təsiri ilə yanaşı orqanizmdə yaranan problemlər səbəbi ilə də baş verir. Sağlam qida qəbulu, səhhətimiz və çəkimizin normada qalması üçün çox vacibdir. Lakin dəri sağlamlığ

Evdə edə biləcəyiniz möcüzəvi pilinq resepti

Dəriyə qulluq üçün bir çox fərqli maskalar eşidirik. Düzgün seçilmiş prosedurların dərimizə fərqli faydaları var. Daha gözəl bir dəriyə sahib olmaq üçün ona qulluq etmək bizim üçün çox vacibdir. Sizə tövsiyə edəcəyimiz b

Qalın qaşlar və sıx kirpiklər üçün təbii üsul

Ev şəraitində hazırlanan məhlullar ilə qalın qaşlara və sıx kirpiklərə sahib olmaq mümkündür. Badam və hind yağından hazırlanan məhlulu təqdim edirik:. İki çay qaşığı badam yağı ilə 2 çay qaşığı hind yağını qarışdırın. Təmi

Yağlı dərinin mənfi tərəfləri və üstünlükləri

Yağlı dəri problemli dərinin bir növü olub, yüksək yağlılıq və parıltılı görünüşlə səciyyələnir. Piy vəzilərinin sekretor aktivliyinə görə kosmetologiya və dertmatologiyada 4 növ dəri tipi ayırd edilir: normal, quru, yağlı

Qara nöqtələr və sızanaqlar

Qara nöqtələr və ya komedonlar - bunlar ölü hüceyrələr və sebum toplusudur. Bu problemin ən yaxşı çarəsi bir kosmetoloq tərəfindən üz təmizlənməsi və meyvə turşuları ilə peşəkar pilinqdir. Evdə bu problemi aradan qaldırmağ

Ev şəraitində pedikür

Yay vaxtı ayaqlarımız diqqətdə olur. Ev şəraitində ayaq barmaqlarını necə səliqəyə salmaq və pedikür etmək olar?. Pediküru ayaq üçün vanna düzəltməkdən başlamaq lazımdır - bu, tək pedikürə hazırlıq deyil, həm də stresdə

Gənc dəriyə qulluğun 3 qaydası

16 yaşından bəri dəriyə qulluq etmək məsləhətlidir. Yuxusuz gecələr və əyləncələr heç bir iz buraxmırsa, üzünüzdə bircə dənə də qırış yoxdursa və hər zaman belə qalacağınızı düşünürsünüzsə, yanılırsınız. Bu 25 ilə qədər bel