Yay aylarında üzün dərisinə qulluq
Yayda qızmar günəş şüaları üz dərisindən də təsirsiz ötüşmür. İsti havanın, quru küləyin təsirindən dəridə quruluq meydana çıxır. Üz dərisinin quru olduğu zaman qırışlara qarşı həssas olduğunu nəzərə alsaq, yay aylarında dəriyə xüsusi qulluq lazım olduğunu deyə bilərik. Yay aylarında orqanizmdə olan su dəri vasitəsilə buxarlandığına görə dəridəki quruluğun miqdarını azaltmaq üçün gün ərzində ən azı 2 litr su içilməlidir. Bundan əlavə gözlərin altında qırışlar meydana gəlməsin deyə gün eynəklərindən istifadə etmək lazımdır.
Yay aylarında dəriyə həddidən artıq kosmetik vasitələrdən istifadə etmək məsləhət görülmür. Yanlız gün kremlərindən hər gün istifadə etmək lazımdır.
Meyvə-tərəvəz maskaları yayda üzün dərisinə təbii vasitələrlə qulluq etmək üçün bir fürsətdir. Kartofun, xiyarın, pomidorin şirəsi dəriyə ağardıcı təsir göstərməklə bərabər, nəmləndirici təsir göstərəcəkdir. Bunun üçün hər səhər üzə meyvə şirəsi çəkdikdən 10 dəqiqə sonra üzü soyuq su ilə yumaq və zəif bitki yağı sürtmək lazımdır.
Yox əgər dəriniz yağlıdırsa, dəniz suyu və gün şüaları dərinizə çox da zərər verməyəcək.
Yay aylarında üzün tərləməməsi üçün üz dərisinə xama və ya qatıq sürtmək lazımdır. Adaçayı dəmləməsi də üzün tərləməsini azaldan vasitələrdən biridir. Yay aylarında üzün tərini dəsmalla silib, dərini qıcıqlandırmaq olmaz. Yaxşı olar ki, üzü silmək üçün kağız salfetlərdən istifadə edəsiniz.
Dəniz suyunun faydaları
Dəniz canlıların həyatında mühüm rol oynayan bir aləmdir. Gözəlliyi, maviliyi, sonsuz cazibədarlığı yay aylarında insanlrı özünə cəlb etməklə yanaşı, dəniz müalicəvi təsiri ilə insanlara xoş bir duyğu bəxş edir. Bəs dəni
Dəri üçün çay maskaları
Çay gündəlik həyatda ən çox istifadə olunan içkilərdən biridir. O, soyuq günlərdə qəlbə hərarət, isti havalarda isə sərinlik gətirir. Əslində isə onun keyfiyyəti təkcə bununla məhdudlaşmır. Çay təbii və effektli kosmetoloj
Dırnaqlardakı ləkələrin səbəbləri
Mineralların orqanizmdə böyük rolu vardır. Hər bir mineralın insan orqanizmində özünəməxsus rolu vardır. Onlardan hansısa birinin çatmazlığı insan bədənində bu və ya digər şəkildə özünü göstərir. Məsələn, dəmirin az olmas
Dərini gözəlləşdirən qidalar
Bəzi qidaları davamlı olaraq qəbul etmək insan dərisinin gözəlləşməsinə səbəb olur. sizə həmin qidaları təqdim edir:. 1. Kətan toxumu. Kətan toxumunun tərkibi omeqa-3 yağı ilə zəngindir. Hər gün kətan toxumu yemək dərin
Yay aylarında saçların zədələnməsi
Yay aylarında qızmar günəşin şüaları, quru və isti külək, dənizin duzlu suyu saçların strukturunu zədələyir. Belə təsirlərə məruz qalan saçlar cod, cansız və quru olurlar. Buna görə də saçlara yay aylarında xüsusi diqqə
Yaşlanmanın qarşısını alan üz masajı
1. Yağ və ya nəmləndirici. Üz masajının ziyan vurmamalı olduğunu unutmayın. Başlanğıcda ağrılı ola bilir, əgər elədirsə, sərt basmayın. Ən sevdiyiniz ucucu yağı və ya nəmləndiricini üzünüzə və boynunuza çəkin. Beləliklə
Burun və qulaqlara qulluq
Burnun selikli qişasının qıcıqlanması da istehsalat amillərinin mənfi təsiri nəticəsində əmələ gəlir. Burnun selikli qişasının toz və ya onun tərkibində olan maddələrlə, qazlarla və buxarlarla qıcıqlanması, həmçinin uzu
Alma ilə göz ətrafınıza qulluq edin
Qaralan və şişən göz ətrafınıza evdə alma ilə baxım edə bilərsiniz. xəbər verir ki, amma bu zaman diqqətli olmaqda fayda var. Çünki bu, bəzən böyrək xəstəliklərinin göstəricisi ola bilər. Əgər belə bir probleminiz yoxdursa
Meyvə və tərəvəzlə gözəlləşin
Üz dərisinin təravətli olması hər bir xanımın arzusudur. Yay mövsümündə meyvə və tərəvəzlərin bol olması sizin baxım işinizi daha da asanlaşdıra bilər. tərəvəz və meyvələrdən hazırlanan maskalar təqdim edir. Bu meyvələr