Yay aylarında saçların zədələnməsi

Yay aylarında saçların zədələnməsiYay aylarında qızmar günəşin şüaları, quru və isti külək, dənizin duzlu suyu saçların strukturunu zədələyir. Belə təsirlərə məruz qalan saçlar cod, cansız və quru olurlar. Buna görə də saçlara yay aylarında xüsusi diqqət vermək lazımdır.
Əgər bir neçə gün dənizdə və ya hovuzda çimmisinizsə saçlarınıza mütləq bərpaedici maskalar qoymaq lazımdır. Maska qoymağa vaxtınız olmasa, gicirtkən dəmləməsi ilə saçlarınızı yaxalaya bilərsiniz.
Düz düşən günəş şüalarının altında başıaçıq dayanmaq olmaz. Saçlar günəşin altında duran zaman parlaqlığını itirdiyinə görə mütləq başa örtük örtmək lazımdır. Günəş şüaları saçların quruluğunu artırır, bu səbəbdən də saçların ucu haçalanır. Quruluğun qarşısını almaq üçün saçların uclarına E vitamini sürtmək lazımdır. E vitamini həftədə 1 dəfə yumazdan əvvəl saçların uclarına vurulur, 20 dəqiqə qaldıqdan sonra isə saçlara çiy yumurta sarısı çəkilir və 15 dəqiqə saxlanlb yuyulur. Günəşdən qorunmaq və saçları qorumaq üçün kosmetik prosedurlardan istifadə etmək lazımdır.
Normal saçlar üçün aşağıdakı qarışımı 20 dəqiqə saçda saxlamaq lazımdır:
-1 ədəd yumurta sarısı
-1 xörək qaşığı zeytun yağı
-1 çay qaşığı albalı şirəsi.
Quru saçlar üçün aşağıdakı qarışımı saçda 20 dəqiqə saxlamaq lazımdır:
-2 xörək qaşığı sürtkəcdən keçirilmiş gavalı.
-0,5 çay qaşığı zeytun və ya bitki yağı.
-1 çay qaşığı limon şirəsi.
Yağlı saçlar üçün:
-yağsız kəsmik
-süd.
-limon şirəsi eyni ölçüdə götürülür, qarışdırılıb saçlara çəkilir və 20 dəqiqə sonra yuyulur.

Tarix: 16 iyul 2021

Xəbərlər

Yaşlanmanın qarşısını alan üz masajı

1. Yağ və ya nəmləndirici. Üz masajının ziyan vurmamalı olduğunu unutmayın. Başlanğıcda ağrılı ola bilir, əgər elədirsə, sərt basmayın. Ən sevdiyiniz ucucu yağı və ya nəmləndiricini üzünüzə və boynunuza çəkin. Beləliklə

Burun və qulaqlara qulluq

Burnun selikli qişasının qıcıqlanması da istehsalat amillərinin mənfi təsiri nəticəsində əmələ gəlir. Burnun selikli qişasının toz və ya onun tərkibində olan maddələrlə, qazlarla və buxarlarla qıcıqlanması, həmçinin uzu

Alma ilə göz ətrafınıza qulluq edin

Qaralan və şişən göz ətrafınıza evdə alma ilə baxım edə bilərsiniz. xəbər verir ki, amma bu zaman diqqətli olmaqda fayda var. Çünki bu, bəzən böyrək xəstəliklərinin göstəricisi ola bilər. Əgər belə bir probleminiz yoxdursa

Meyvə və tərəvəzlə gözəlləşin

Üz dərisinin təravətli olması hər bir xanımın arzusudur. Yay mövsümündə meyvə və tərəvəzlərin bol olması sizin baxım işinizi daha da asanlaşdıra bilər. tərəvəz və meyvələrdən hazırlanan maskalar təqdim edir. Bu meyvələr

Üzü nəmləndirən maska

Gözəl dəriyə sahib olmaq üçün ev şəraitində hazırladığınız maskalardan istifadə edə bilərsiniz. səpkiləri və ləkələri təmizləyən və üzünüzü nəmləndirən məhlulu təqdim edir. 1 yemək qaşığı sarıkök, 1 ədəd yumurta sarısı,

Dərinin erkən yaşlanmasının səbəbləri

Gəncliyimizin və gözəlliyinizin ömrün necə uzada bilərik?Dərimizin vaxtından tez qocalmasına bir neçə səbəb var:. 1. Fotoyaşlanma. NİYƏ? UB radiasiyası (həm günəş şüaları, həm də solaryum) dəri qocalmasını dəfələrlə sürətləndiri

Sağlam və parlaq saçlar üçün bunu edin

Sağlam və baxımlı saçlara sahib olmaq hər bir qadının arzusudur. daha canlı və gözəl saçlara sahib olmaq üçün üsulu təqdim edir. Əncir tumunun yağından 1-2 damcı əlinizə sıxdığınız şampuna əlavə edin. Daha sonra sac

Qalın qaşlar və sıx kirpiklər üçün təbii üsul

Ev şəraitində hazırlanan məhlullar ilə qalın qaşlara və sıx kirpiklərə sahib olmaq mümkündür. badam və hind yağından hazırlanan məhlulu təqdim edir:. İki çay qaşığı badam yağı ilə 2 çay qaşığı hind yağını qarışdırın. Təmi

Saçlarımız niyə vaxtından tez ağarır?

Trixologiya nöqteyi-nəzərindən ilk ağ saçlar 25-30 yaşdan əvvəl meydana çıxdıqda erkən saç ağarması və ya saçların vaxtından əvvəl ağarması haqda danışmaq olar. Belə ki, 40 yaşa qədər saçların çox hissəsinin rənginin dəyişməs