Saçlarımız niyə vaxtından tez ağarır?

Saçlarımız niyə vaxtından tez ağarır?Trixologiya nöqteyi-nəzərindən ilk ağ saçlar 25-30 yaşdan əvvəl meydana çıxdıqda erkən saç ağarması və ya saçların vaxtından əvvəl ağarması haqda danışmaq olar. Belə ki, 40 yaşa qədər saçların çox hissəsinin rənginin dəyişməsi baş verir. Başda tək-tük ağ saçlar 30-35 yaşdan sonra meydana çıxdıqda bu norma hesab olunur. Onlar, adətən, piqmentli saçların fonunda az nəzərə çarpan olurlar. İlk olaraq gicgah və başın ön hissəsi ağarır; 50-55 yaşlarda, bir qayda olaraq, bütün saçlar ağarır və bütün nahiyələrdə bərabər paylanır. Ağ saçlar əsmər insanlarda təbii sarışınlarla müqayisədə daha tez nəzərə çarpır, lakin tünd saçlar açıq saçlara nisbətən ləng ağarır.
Yaşla əlaqəli və erkən saç ağarmasının əmələgəlmə mexanizmi Demək olar eynidir. Bu, hər iki halda saçlarda melanin piqmentinin itirilməsi nəticəsində baş verir.
Təəssüf ki, artıq başlanmış saç ağarması mexanizmini geriyə qaytarmaq mümkün deyil. Bununla bərabər, aktiv profilaktik tədbirlər erkən saç ağarması prosesini ləngidə bilər. Bu məqsədlə stressdən qaçmaq, zərərli vərdişlərdən imtina etmək, baş dərisinin və saçların ultrabənövşəyi şüalanma və temperatur dəyişkənliyinin təsirindən qorunmasını təmin etmək, tam faydalı, zəngin qidalanmaq mühümdür.

Tarix: 15 iyul 2021

Xəbərlər

Dırnaqların soyulma problemi

Dırnaqların soyulması distrofik dəyişiklik olub, dırnaq lövhəciyinin nazilməsi və qabıqlanması ilə səciyyələnir. Dırnaqların kövrəkliyi və deformasiyası ilə bərabər soyulan dırnaqlar da onixodistrofiyalara aid edilir. Dırnaqları

Quruyan tuşları zibil qutusuna atmayın

Gül suyu damladın. Tuş fırçasına bir neçə damla gül suyu damlatdıqdan sonra qabın içinə salıb çıxarın. Həm yumşaldığını, həm də daha maye halına düşdüyünü asanlıqla görəcəksiniz. Zeytun yağından istifadə edin. Digər həl

Saç düzümü insanın ruh halı haqqında məlumat verir

Xüsusilə qadınların saç modeli seçərkən tərəddüd etdiyini söyləyirlər. Saç şəklinə görə insanları analiz etmək olar. Dağınıq Saç: Qadınlarda dağınıq saç modeli özündən əmin, azadlığına düşkün bir qadını əks etdirir. Qıs

Saç tökülməsinin əsas səbəbləri

Hər kəs qalın və sıx saçlara sahib olmaq istəyir. Amma bəzi gündəlik səbəblər "sayəsində" saçlar tökülür. Qidalanma. Kifayət qədər kalori qəbul edə bilməyəndə saç və saç dərisi vitaminlərdən məhrum olur. Çox vax

Maye dodaq boyasından istifadə qaydası

Maye dodaq boyası heyrətə səbəb ola bilər: ondan necə istifadə etmək olar, axı o mayedir? Panikaya düşməyin! Biz bu barədə bir neçə faydalı məsləhətlər verəcəyik. 1. SKRAB. İdeal görünən dodaqlar üçün vacib üstünlük hama

Parıltılı makiyaj üçün tövsiyələr

1. Dərinizi nəmləndirin. Makiyaj etmədən əvvəl dərinin təmizlənmiş olması çox vacibdir. Makiyajın qalıcılığını artırmaq və dərinin daha sağlam görüntü qazanması üçün nəmləndirici kremlərdən faydalana bilərsiniz. 2. Dəri tonunuz

Qaş makiyajında yol verilən 3 səhv

Qaşlarının içini doldurmaq. Qaşlar daha sıx görünsün deyə qaş doldurmaq vacibdir. Qaşları tamamilə doldurmaq yerinə seyrək hissələrə xəfif toxunuşlar edin. Beləliklə, daha təbii görüntü əldə edə bilərsiniz. Üz formasına baxmada

Xəfif makiyajda pudra istifadəsi

Xəfif makiyajınız üçün bütün üzünüzü pudra ilə örtməyə ehtiyac yoxdur. Nəmli görüntüsü olan dəri üçün, almacıq sümüklərində və burunda pudra istifadə edə bilərsiniz. Xəfif istifadə üçün böyük pudra fırçasını qırağa qoyun

5 dəqiqəyə cazibədar görünməyin yolları

İri dodaqlar. Dodaqlarınız dolğundursa, yumşaq tonlarda mat (parıltısız) pomadalardan istifadə etmək məsləhət görülür. Dodaqlarınız nazikdirsə, tünd rəngli pomadaya üstünlük verin. Dodaqların şişkin görünməsinin ən asan yolu