Dırnaqların soyulma problemi
Dırnaqların soyulması distrofik dəyişiklik olub, dırnaq lövhəciyinin nazilməsi və qabıqlanması ilə səciyyələnir. Dırnaqların kövrəkliyi və deformasiyası ilə bərabər soyulan dırnaqlar da onixodistrofiyalara aid edilir. Dırnaqların soyulma səbəbini aydınlaşdırmaq üçün mikoloqun konsultasiyası, dırnaq lövhəciyinin patogen göbələklərə görə müayinəsi, spektral analizin köməyilə mikroorqanizmlərin konsentrasiyasının təyini tələb oluna bilər.
Dırnaq soyulmasından şikayət edən qadınlar ilk növbədə düzgün qidalanmağa diqqət etməlidirlər. Bu problem bəzən ekzogen və endogen amillərlə bağlı olur. Əllərin məişət kimyası, qələvi məhlullar, qaynar su ilə tez-tez təması dırnaqların soyulması ilə nəticələnir. Dırnaqların soyulmasının ən geniş yayılmış endogen səbəbi zülal, maqnezium, kalsium, kükürd, kremnium, sink, fosfor, selen çatışmazlığı ilə müşayiət olunan qeyri-düzgün, balanslaşdırılmamış qidalanmadır. Stress və ruhi vəziyyətlə bağlı problemlər də dırnaq soyulmasına səbəb olan əsas amillərdəndir. Əgər həll edə bilmədiyiniz problemlər və narahatçılıqlarınız vardırsa, bir psixoloq dəstəyi almağa çalışın. Bu problemləri həll etdiyiniz zaman dırnaq soyulmasının da hiss ediləcək dərəcədə azaldığını görəcəksiniz.
Soyulan dırnaqların müalicəsi kompleks şəklində olub, tibbi və salon prosedurlarından ibarətdir. Orqanizmdə qida maddələri çatışmazlığını aradan qaldırmaq üçün vitamin-mineral kompleksləri, bioloji aktiv əlavələr, optimal pəhriz məsləhət görülür. Barmaqların distal falanqalarına isidilmiş təbii mum, parafin, ozokerit, müalicəvi palçıq applikasiyaları; fizioterapevtik prosedurlar (diatermiya, A və E vitaminləri ilə ultrafonofarez), masaj qənaətbəxş müalicəvi effektə malikdir. Dəniz duzu və efir yağları ilə əl üçün vannalar dırnaq matriksinin qan təhcizatı və trofikasını yaxşılaşdırır. Dırnaq lövhəciyinin quruluğunu aradan qaldırmaq üçün kutikula nahiyəsinə kosmetik yağlar və qidalandırıcı kremlərin çəkilməsi tövsiyə olunur.
Quruyan tuşları zibil qutusuna atmayın
Gül suyu damladın. Tuş fırçasına bir neçə damla gül suyu damlatdıqdan sonra qabın içinə salıb çıxarın. Həm yumşaldığını, həm də daha maye halına düşdüyünü asanlıqla görəcəksiniz. Zeytun yağından istifadə edin. Digər həl
Saç düzümü insanın ruh halı haqqında məlumat verir
Xüsusilə qadınların saç modeli seçərkən tərəddüd etdiyini söyləyirlər. Saç şəklinə görə insanları analiz etmək olar. Dağınıq Saç: Qadınlarda dağınıq saç modeli özündən əmin, azadlığına düşkün bir qadını əks etdirir. Qıs
Saç tökülməsinin əsas səbəbləri
Hər kəs qalın və sıx saçlara sahib olmaq istəyir. Amma bəzi gündəlik səbəblər "sayəsində" saçlar tökülür. Qidalanma. Kifayət qədər kalori qəbul edə bilməyəndə saç və saç dərisi vitaminlərdən məhrum olur. Çox vax
Maye dodaq boyasından istifadə qaydası
Maye dodaq boyası heyrətə səbəb ola bilər: ondan necə istifadə etmək olar, axı o mayedir? Panikaya düşməyin! Biz bu barədə bir neçə faydalı məsləhətlər verəcəyik. 1. SKRAB. İdeal görünən dodaqlar üçün vacib üstünlük hama
Parıltılı makiyaj üçün tövsiyələr
1. Dərinizi nəmləndirin. Makiyaj etmədən əvvəl dərinin təmizlənmiş olması çox vacibdir. Makiyajın qalıcılığını artırmaq və dərinin daha sağlam görüntü qazanması üçün nəmləndirici kremlərdən faydalana bilərsiniz. 2. Dəri tonunuz
Qaş makiyajında yol verilən 3 səhv
Qaşlarının içini doldurmaq. Qaşlar daha sıx görünsün deyə qaş doldurmaq vacibdir. Qaşları tamamilə doldurmaq yerinə seyrək hissələrə xəfif toxunuşlar edin. Beləliklə, daha təbii görüntü əldə edə bilərsiniz. Üz formasına baxmada
Xəfif makiyajda pudra istifadəsi
Xəfif makiyajınız üçün bütün üzünüzü pudra ilə örtməyə ehtiyac yoxdur. Nəmli görüntüsü olan dəri üçün, almacıq sümüklərində və burunda pudra istifadə edə bilərsiniz. Xəfif istifadə üçün böyük pudra fırçasını qırağa qoyun
5 dəqiqəyə cazibədar görünməyin yolları
İri dodaqlar. Dodaqlarınız dolğundursa, yumşaq tonlarda mat (parıltısız) pomadalardan istifadə etmək məsləhət görülür. Dodaqlarınız nazikdirsə, tünd rəngli pomadaya üstünlük verin. Dodaqların şişkin görünməsinin ən asan yolu
Daha gənc görünmək üçün 4 makiyaj hiyləsi
Addım 1: Hamar dəridən başlayırıq. Makiyaj etməyə başladıqda, nazik baza həmişə daha yaxşıdır. Bu şəkildə qırışları bağlamaq və dəridə hamar bir görünüş təmin etmək mümkündür. Addım 2: Dərinin rəngi. Əslində bu addım bütü