Burun və qulaqlara qulluq

Burun və qulaqlara qulluqBurnun selikli qişasının qıcıqlanması da istehsalat amillərinin mənfi təsiri nəticəsində əmələ gəlir. Burnun selikli qişasının toz və ya onun tərkibində olan maddələrlə, qazlarla və buxarlarla qıcıqlanması, həmçinin uzun müddət yüksək temperaturlarda olması onun qurumasına səbəb ola bilər.
Belə hallarda burnu çobanyastığı və gülümbahar çiçəklərinin dəmlənməsi ( 1 st suya 1 çay qaşığı ot qarışığı ) ilə yumaq yaxşı təsir edir.Burun dərman otlarının dəmləməsində isladılmış pambıq tamponu ilə təmizlənir.
Əgər burnun selikli qişası çox quruyursa, burnu cökə çiçəyi ya da bəlğəmotu dəmləməsi ilə yuyurlar. Çox quruyan yerlərə gülümbahar məlhəmi çəkilir.
Əgər bu sadə tədbirlər kömək eləmirsə, həkim-otolarinqoloqa müraciət etmək lazımdır.
Sifətin ən xoşagəlməz xüsusiyyəti burnun qızarmasıdır. Bunun səbəbi müxtəlifdir, məsələn, qan dövranının kəsirliyi, qanazlığı, hormonal pozğunluqlar, nevroz, donma, mədə-bağırsaq yolunun xəstəlikləri və həmçinin kimyəvi maddələrin, ətraf mühitin zərərli təsiri ya da çəhrayı civzə xəstəliyidir.
Burnun qırmızılığı uzun müddət keçməzsə, əsas səbəbini müəyyən etmək və müalicəyə başlamaq üçün həkimə müraciət etmək lazımdır, ancaq bundan sonra ev şəraitində ya da kosmetik şəraitdə müalicəni davam etdirmək olar. Profilaktika məqsədilə kəskin temperatur dəyişkənliklərindən, çox isti xörəklərdən və içkidən, tünd çay və qəhvədən çəkinmək lazımdır. Yüngül pəhriz saxlamaq, heyvani yağları və tünd ədviyyatları azaltmaq tövsiyə olunur.
Burnun donmasının qarşısını almaq üçün şaxtalı havada nazik təbəqə ilə yağlı krem və kirşan çəkmək, sonra da arabir ovuşdurmaq lazımdır ki,dərinin qan dövranı yaxşılaşsın. Donma təhlükəsi yaranarsa (məsələn şaxtalı havada burun ağarır), əvvəlcə onu çəhrayı rəng alınca soyuq su ilə ovuşdurun, ancaq bundan sonra bir neçə dəfə gah soyuq, gah da isti su ilə kompres qoyub buruna ya balıq yağı ya da krem çəkirlər.
Yayda gündə qaralarkən günəş şüalarından qorunmaq üçün buruna krem çəkib kirşanlayırlar.
Qulaqlara qulluq hər gün qulaq seyvanının sabun və su ilə yuyulmasından ibarətdir. Bu ələlxüsus uzun müddət tozlu-torpaqlı binalarda olduqda vacibdir. Qulaqları yuyarkən diqqət yetirmək lazımdır ki, sabun qulağın içinə keçməsin, belə ki qulağa çox sabun girərsə, eşitmə yolunda bərk tıxac yarana bilər, bunu da ancaq həkimin yardımı ilə çıxarmaq olar.
Qulaqları yuyarkən onları iki barmaqla (böyük və şəhadət) yüngül massaj edin, sonra isə şəhadət və orta barmağı aralayıb qulağın ətrafındakıdərini massaj edin.
Soyuq olanda qulaqları örtmək lazımdır, əgər hər halda onlar açıq qalırsa, nazik layla krem çəkib qızaranacan ovuşdurmaq, sonra azca kirşanlamaq olar.
Qulaqlarda ağrı olmasına yüngül yanaşmaq (xüsusilə iltihabi xəstəliklərdə və qrip zamanı) və evdə türkəçarə ilə müalicə olunmaq olmaz.
Belə hallarda həkimə müraciət etmək lazımdır. Qulaq xəstəliklərinə məhəl qoyulmaması yarıkarlıqdan tutmuş tam kar olmağa qədər xoşagəlməz halların əmələ gəlmə təhlükəsini törədir.
Küyün səviyyəsi 80 desibeldən yüksək olan çox səs-küylü otaqlarda işləmək nəticəsində də eşitmə qabiliyyəti pozula bilər. Müqayisə üçün deyə bilərik: maşının işləyən motorunun səsi 70-85 desibeldir.
Odur ki 80 desibelə yaxın küy səviyyəsində səsdən qorunmaq üçün qulaqcıqlar taxmaq lazımdır.

Tarix: 15 iyul 2021

Xəbərlər

Alma ilə göz ətrafınıza qulluq edin

Qaralan və şişən göz ətrafınıza evdə alma ilə baxım edə bilərsiniz. xəbər verir ki, amma bu zaman diqqətli olmaqda fayda var. Çünki bu, bəzən böyrək xəstəliklərinin göstəricisi ola bilər. Əgər belə bir probleminiz yoxdursa

Meyvə və tərəvəzlə gözəlləşin

Üz dərisinin təravətli olması hər bir xanımın arzusudur. Yay mövsümündə meyvə və tərəvəzlərin bol olması sizin baxım işinizi daha da asanlaşdıra bilər. tərəvəz və meyvələrdən hazırlanan maskalar təqdim edir. Bu meyvələr

Üzü nəmləndirən maska

Gözəl dəriyə sahib olmaq üçün ev şəraitində hazırladığınız maskalardan istifadə edə bilərsiniz. səpkiləri və ləkələri təmizləyən və üzünüzü nəmləndirən məhlulu təqdim edir. 1 yemək qaşığı sarıkök, 1 ədəd yumurta sarısı,

Dərinin erkən yaşlanmasının səbəbləri

Gəncliyimizin və gözəlliyinizin ömrün necə uzada bilərik?Dərimizin vaxtından tez qocalmasına bir neçə səbəb var:. 1. Fotoyaşlanma. NİYƏ? UB radiasiyası (həm günəş şüaları, həm də solaryum) dəri qocalmasını dəfələrlə sürətləndiri

Sağlam və parlaq saçlar üçün bunu edin

Sağlam və baxımlı saçlara sahib olmaq hər bir qadının arzusudur. daha canlı və gözəl saçlara sahib olmaq üçün üsulu təqdim edir. Əncir tumunun yağından 1-2 damcı əlinizə sıxdığınız şampuna əlavə edin. Daha sonra sac

Qalın qaşlar və sıx kirpiklər üçün təbii üsul

Ev şəraitində hazırlanan məhlullar ilə qalın qaşlara və sıx kirpiklərə sahib olmaq mümkündür. badam və hind yağından hazırlanan məhlulu təqdim edir:. İki çay qaşığı badam yağı ilə 2 çay qaşığı hind yağını qarışdırın. Təmi

Saçlarımız niyə vaxtından tez ağarır?

Trixologiya nöqteyi-nəzərindən ilk ağ saçlar 25-30 yaşdan əvvəl meydana çıxdıqda erkən saç ağarması və ya saçların vaxtından əvvəl ağarması haqda danışmaq olar. Belə ki, 40 yaşa qədər saçların çox hissəsinin rənginin dəyişməs

Dırnaqların soyulma problemi

Dırnaqların soyulması distrofik dəyişiklik olub, dırnaq lövhəciyinin nazilməsi və qabıqlanması ilə səciyyələnir. Dırnaqların kövrəkliyi və deformasiyası ilə bərabər soyulan dırnaqlar da onixodistrofiyalara aid edilir. Dırnaqları

Quruyan tuşları zibil qutusuna atmayın

Gül suyu damladın. Tuş fırçasına bir neçə damla gül suyu damlatdıqdan sonra qabın içinə salıb çıxarın. Həm yumşaldığını, həm də daha maye halına düşdüyünü asanlıqla görəcəksiniz. Zeytun yağından istifadə edin. Digər həl