Üzümüzü necə qoruyaq?
Mövsüm dəyişikliyi zamanı dəridə bir sıra dəyişikliklər baş verir. Ona görə də yayda üz dərisinə qulluq xüsusilə vacibdir, çünki həmin dövrdə dəri daha həssas, zəifləmiş və allergiyaya meyilli olur. Dəri gündə iki dəfə - səhər və axşam yuyub təmizləmək lazımdır.
Üz dərisinin sağlamlığı üçün vacib olan məsələlərdən biri də sudur. Yazda içilən bol su dərini qurumağa qoymur. Yuxu rejimi də dəri üçün çox əhəmiyyətlidir, çünki yuxusuzluq dəriyə solğunluq və şişkinlik verir. Mövsümə uyğun meyvə-tərəvəz yeyilməsi də orqanizmi təmizləyir.
Kosmetoloqların dediyinə görə, günəş vannası qəbul ediləndə onun mənfi təsirləri nəzərə alınmalı, dəri yandırıcı şüalar və zərərli təsirlərdən qorunmalıdır.Bu səbəbdən yay fəslində edilən makiyajın bir sıra qaydalarına riayət etmək mütləqdir.
Bildirilib ki, isti aylarda dəri ilə əlaqədar şikayətlərin əksəriyyətini günəşdən yanma halları təşkil edir. Əgər dəridə yanıq hiss olunarsa, dərhal qabaqlayıcı tədbirlər görülməlidir. Bunun üçün, ilk növbədə, əl-üzü yumaq, soyuducudan buz götürüb üz dərisini soyutmaq tələb olunur. Bunların heç biri olmadıqda zərər görmüş nahiyəyə qatıq çəkilir və 20 dəqiqə saxlanıldıqdan sonra yuyulur.
Günəşdən yanma hallarında bitki yağları, xüsusilə gicitkən, itburnu və zeytun yağı da yaxşı təsir göstərir. Dəridə yaranan çillər, ləkələr də günəşin ultrabənövşəyi şüalarının təsirindən əmələ gəlir. Ona görə də yay aylarında dəriyə intensiv qaydada qulluq göstərilməlidir.
Faydalı maskaların ev şəraitində hazırlanması da mümkündür.Belə ki, iki qaşıq kəpək və bir qaşıq bal və ya bir qaşıq qaymaq qarışdırmaqla da sadə maska hazırlamaq olar.
Onu da qeyd etmək lazımdır ki, ümumiyyətlə mütəxəssislər isti havada makiyajdan daha az istifadə edilməsini məsləhət görürlər. Xüsusilə ağır tonlaşdırıcı kremlərin daha yüngülləri ilə əvəz olunması məqsədəuyğun hesab edilir.
Saçın yağlanmaması üçün nə etməliyik?
Yağlı saçlar mədəniyyətdə fərdi təmizliyinə diqqət göstərməyən mənasını verməkdədir. Dəri növü yağlı olan insanlarda daha çox görünməklə birlikdə, çox tez yuyulan və yaxud çox tez yuyulmayan saçlarda da görülməkdədir. Bəli
Problemli dəriniz varsa, bunları edin
Qüsursuz dəri hər bir xanımın arzusudur. Bəzi xanımların problemli dəri ucbatından gözəl üzə sahib olmaları xülyaya çevrilir. Problemli dəriyə qulluq etmək, istənilən cövhəri çəkmək heç də asan deyil. Buna görə də probleml
Səpkilərdən xilas olmağın ən asan yolu
Dəridəki problemlər bir çox qadınları narahat edən məqamlardandır. Yaş maya (quru maya da ola bilər) və süd vasitəsi ilə üzünüzdəki sızanaqlardan qısa zamanda xilas ola bilərsiniz. Hazırlanma qaydası:. 1 yemək qaşığı sü
Dəri xəstəliklərindən qorunmaq üçün...
Dəri xəstəliklərinə daha çox yay aylarında rast gəlinir. İnsanların təbiətlə daha çox təmasda olması onların çoxlu virus qapmalarına gətirib çıxarır. Günəş şüası isə dəri xəstəliklərinin daha da ağırlaşmasına gətirib çıxarır
Düyülü pilinqlə dəriniz daha cavan görünəcək
Tərkibində çoxlu miqdarda B vitamini olan düyü dəri üçün ən yaxşı qoruyucu vasitələrdən biridir. Yapon qadınlarının təmiz və hamar dərilərinin sirri də elə düyü maskası və kirşanıdır. Tərkibindəki RR vitamini streslə mübariz
Həm saçınızın, həm də üzünüzün qayğısına qalacaq
Aloe bitkisindən (əzvay və ya "aloe vera" da adlandırırlar) müxtəlif xəstəliklər zamanı istifadə olunur. Bu bitkinin əsasında müxtəlif dərman preparatları, yağlar, kremlər və s. vasitələr hazırlanır. Bitkidən hazırlana
Quru dəri üçün avokado maskası
Xanımlar adətən quru dəridən şikayət edirlər. Quruluq daha çox yanaq və burun ətrafı hissələrdə nəzərə çarpır. Bu cür dəriləri yalnız sərin və yaxud otaq temperaturunda olan su ilə yumaq məsləhətdir. Soyuq və ya isti su damarlar
Dərinizin cavan qalması üçün...
Nəmləndirmə dərinin cavan qalmasında böyük rol oynayır. Məhz nəmlilik dəriyə elastiklik, hamarlıq və təravət bəxş edir. Quru dəri həmişə qoca görünür. Buna görə də nəmləndirmə üçün nəzərdə tutulan bu prosedurlardan istifad
Üzə necə qulluq edilir?
Mövsüm dəyişikliyi zamanı dəridə bir sıra dəyişikliklər baş verir. Ona görə də yayda üz dərisinə qulluq xüsusilə vacibdir, çünki həmin dövrdə dəri daha həssas, zəifləmiş və allergiyaya meyilli olur. Dəri gündə iki dəfə