Problemli dəriniz varsa, bunları edin

Problemli dəriniz varsa, bunları edinQüsursuz dəri hər bir xanımın arzusudur. Bəzi xanımların problemli dəri ucbatından gözəl üzə sahib olmaları xülyaya çevrilir. Problemli dəriyə qulluq etmək, istənilən cövhəri çəkmək heç də asan deyil. Buna görə də problemli dərisi olanlar istifadə edəcəkləri vasitələrə diqqətlə yanaşmalıdırlar.
Bu cür dərilərə çəkə biləcəyiniz cövhər və lasyon təqdim edirik:
Həssas dərini bununla yuyun
Hərəsindən 1 çay qaşığı olmaqla nanə, çobanyastığı, dazıotu və cökə götürün, üzərinə 2 stəkan qaynar su töküb, 1 saat saxlayın. 1 çay qaşığı qliserin də əlavə edərək vaxtaşırı bu maye ilə üzünüzü yusanız dəriniz təravətli və gözəl görünəcək.
Yaxud 2 ovuc buğda dənini 1 litr suda 20 dəqiqə qaynadın. Həlimi süzüb, soyudun. Bu maye ilə hər gün üzünüzü yuyun. Bu həlim quru və həssas dəriyə müalicəvi təsir göstərməklə iltihabı aradan qaldırır.
Təmizləyici lasyon
Bərabər miqdarda nanə, çobanyastığı çiçəyi, üvəz (quşarmudu) yarpağı və meyvələri, eyni zamanda yarım limon qabığını qarışdırıb, 3 stəkan qaynar suda dəmləyin, 30 dəqiqə zəif od üzərində saxladıqdan sonra soyumağa qoyun. 8-12 saat sonra həmin qarışığa 2 xörək qaşığı araq və eyni miqdarda qliserin əlavə edin. Hazır olmuş məhlulla üzünüzü təmizləyin. Bu losyonu yağlı, məsaməli, quru və solmuş üz dərisi üçün istifadə etmək məsləhətdir.

Tarix: 25 iyun 2021

Xəbərlər

Səpkilərdən xilas olmağın ən asan yolu

Dəridəki problemlər bir çox qadınları narahat edən məqamlardandır. Yaş maya (quru maya da ola bilər) və süd vasitəsi ilə üzünüzdəki sızanaqlardan qısa zamanda xilas ola bilərsiniz. Hazırlanma qaydası:. 1 yemək qaşığı sü

Dəri xəstəliklərindən qorunmaq üçün...

Dəri xəstəliklərinə daha çox yay aylarında rast gəlinir. İnsanların təbiətlə daha çox təmasda olması onların çoxlu virus qapmalarına gətirib çıxarır. Günəş şüası isə dəri xəstəliklərinin daha da ağırlaşmasına gətirib çıxarır

Düyülü pilinqlə dəriniz daha cavan görünəcək

Tərkibində çoxlu miqdarda B vitamini olan düyü dəri üçün ən yaxşı qoruyucu vasitələrdən biridir. Yapon qadınlarının təmiz və hamar dərilərinin sirri də elə düyü maskası və kirşanıdır. Tərkibindəki RR vitamini streslə mübariz

Həm saçınızın, həm də üzünüzün qayğısına qalacaq

Aloe bitkisindən (əzvay və ya "aloe vera" da adlandırırlar) müxtəlif xəstəliklər zamanı istifadə olunur. Bu bitkinin əsasında müxtəlif dərman preparatları, yağlar, kremlər və s. vasitələr hazırlanır. Bitkidən hazırlana

Quru dəri üçün avokado maskası

Xanımlar adətən quru dəridən şikayət edirlər. Quruluq daha çox yanaq və burun ətrafı hissələrdə nəzərə çarpır. Bu cür dəriləri yalnız sərin və yaxud otaq temperaturunda olan su ilə yumaq məsləhətdir. Soyuq və ya isti su damarlar

Dərinizin cavan qalması üçün...

Nəmləndirmə dərinin cavan qalmasında böyük rol oynayır. Məhz nəmlilik dəriyə elastiklik, hamarlıq və təravət bəxş edir. Quru dəri həmişə qoca görünür. Buna görə də nəmləndirmə üçün nəzərdə tutulan bu prosedurlardan istifad

Üzə necə qulluq edilir?

Mövsüm dəyişikliyi zamanı dəridə bir sıra dəyişikliklər baş verir. Ona görə də yayda üz dərisinə qulluq xüsusilə vacibdir, çünki həmin dövrdə dəri daha həssas, zəifləmiş və allergiyaya meyilli olur. Dəri gündə iki dəfə

40 yaşınız varsa, üzünüzə bunları edin

40 yaşdan sonra dərinin 35 yaşındakı kimi qalması üçün ona ən azı 38 yaşından başlayaraq, xüsusi qulluq etmək lazımdır. Amma yenə də gec deyil. Bacardıqca gündən uzaq durun, günəş altında gəzərkən başınıza, üzünüzə kölg

Qırışları hamarlaşdıran soda maskası

Üzdəki qırışların çoxalması insanın yaşlı görünməyinə səbəb olur. Qırışlarla mübarizədə təsirli vasitələrdən biri də sodadır. Soda üzdəki bakteriyaları yox edərək məsamələri açır və dərinin nəfəs almasına kömək edir. 2 xörə