Üzə necə qulluq edilir?

Üzə necə qulluq edilir?Mövsüm dəyişikliyi zamanı dəridə bir sıra dəyişikliklər baş verir. Ona görə də yayda üz dərisinə qulluq xüsusilə vacibdir, çünki həmin dövrdə dəri daha həssas, zəifləmiş və allergiyaya meyilli olur.
Dəri gündə iki dəfə - səhər və axşam yuyub təmizləmək lazımdır.
Üz dərisinin sağlamlığı üçün vacib olan məsələlərdən biri də sudur. Yazda içilən bol su dərini qurumağa qoymur. Yuxu rejimi də dəri üçün çox əhəmiyyətlidir, çünki yuxusuzluq dəriyə solğunluq və şişkinlik verir. Mövsümə uyğun meyvə-tərəvəz yeyilməsi də orqanizmi təmizləyir.
Kosmetoloqların dediyinə görə, günəş vannası qəbul ediləndə onun mənfi təsirləri nəzərə alınmalı, dəri yandırıcı şüalar və zərərli təsirlərdən qorunmalıdır. Bu səbəbdən yay fəslində edilən makiyajın bir sıra qaydalarına riayət etmək mütləqdir.
Bildirilib ki, isti aylarda dəri ilə əlaqədar şikayətlərin əksəriyyətini günəşdən yanma halları təşkil edir. Əgər dəridə yanıq hiss olunarsa, dərhal qabaqlayıcı tədbirlər görülməlidir. Bunun üçün, ilk növbədə, əl-üzü yumaq, soyuducudan buz götürüb üz dərisini soyutmaq tələb olunur. Bunların heç biri olmadıqda zərər görmüş nahiyəyə qatıq çəkilir və 20 dəqiqə saxlanıldıqdan sonra yuyulur.
Günəşdən yanma hallarında bitki yağları, xüsusilə gicitkən, itburnu və zeytun yağı da yaxşı təsir göstərir. Dəridə yaranan çillər, ləkələr də günəşin ultrabənövşəyi şüalarının təsirindən əmələ gəlir. Ona görə də yay aylarında dəriyə intensiv qaydada qulluq göstərilməlidir.
Faydalı maskaların ev şəraitində hazırlanması da mümkündür.Belə ki, iki qaşıq kəpək və bir qaşıq bal və ya bir qaşıq qaymaq qarışdırmaqla da sadə maska hazırlamaq olar.
Onu da qeyd etmək lazımdır ki, ümumiyyətlə mütəxəssislər isti havada makiyajdan daha az istifadə edilməsini məsləhət görürlər. Xüsusilə ağır tonlaşdırıcı kremlərin daha yüngülləri ilə əvəz olunması məqsədəuyğun hesab edilir.

Tarix: 25 iyun 2021

Xəbərlər

40 yaşınız varsa, üzünüzə bunları edin

40 yaşdan sonra dərinin 35 yaşındakı kimi qalması üçün ona ən azı 38 yaşından başlayaraq, xüsusi qulluq etmək lazımdır. Amma yenə də gec deyil. Bacardıqca gündən uzaq durun, günəş altında gəzərkən başınıza, üzünüzə kölg

Qırışları hamarlaşdıran soda maskası

Üzdəki qırışların çoxalması insanın yaşlı görünməyinə səbəb olur. Qırışlarla mübarizədə təsirli vasitələrdən biri də sodadır. Soda üzdəki bakteriyaları yox edərək məsamələri açır və dərinin nəfəs almasına kömək edir. 2 xörə

Öz dəri tipinizi bilirsinizmi?

Müəyyən makiyaj və qulluq vasitələrindən istifadə etmək üçün mütləq hansı dəri tipinə malik olduğunuzu bilməlisiniz. Hər bir insanda fərqli dəri növü mövcuddur. Dəri növünün dəyişməsinin səbəbi üzdəki yağ vəzlər

Qara nöqtələrdən bu yolla qurtulun

Qara nöqtələr həm qadınların, həm də kişilərin problemidir. Onlardan qurtulmaq üçün müxtəlif üsullar var. Qara nöqtələrdən qurtulmaq üçün ən sadə və ucuz vasitəni təqdim edirik:. Bir çay qaşığı sodanı bir neçə damcı su il

Günəşdən qorunmaq üçün təbii krem

Yay fəslində günəşdən qorunmaq üçün müxtəlif kremlərdən istifadə olunur. Sizə ev şəraitində hazırlaya biləcəyiniz təbii günəş kremini təqdim edirik. Lazım olanlar:. 25 qram karite yağı, 5 ml pambıq yağı, 5 ml kokos yağı

Sızanaq ləkələrindən qurtulmaq üçün üsullar

Üzdə sızanaq olması qadınları ən çox narahat edən amillərdən biridir. Sızanaqdan sonra isə onun ləkəsi üzdən uzun müddət getmir. Sizə bunun qarşısını almaq üçün sadə üsulları təqdim edirik:. Xiyar. Xiyar hamar dəriyə sahi

Dodaqlar üçün evdə hazırlaya biləcəyiniz maskalar

Havaların küləkli, soyuq və ya isti olması dodaqlara da təsir edir. Onlar çatlayır, quruyur. Bu isə xanımların sevmədiyi hallardan biridir. Sizə evdə hazırlaya biləcəyiniz bir neçə maska təqdim edirik:. Şəkər tozu və bal

Dəriniz bununla hər zaman cavan qalacaq

Nəmləndirmə dərinin cavan qalmasında böyük rol oynayır. Məhz nəmlilik dəriyə elastiklik, hamarlıq və təravət bəxş edir. Quru dəri həmişə qoca görünür. Buna görə də nəmləndirmə üçün nəzərdə tutulan bu prosedurlardan istifad

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind