Sızanaq ləkələrindən qurtulmaq üçün üsullar

Sızanaq ləkələrindən qurtulmaq üçün üsullarÜzdə sızanaq olması qadınları ən çox narahat edən amillərdən biridir. Sızanaqdan sonra isə onun ləkəsi üzdən uzun müddət getmir.
Sizə bunun qarşısını almaq üçün sadə üsulları təqdim edirik:
Xiyar
Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir. Ona gözəlliyin açarı da demək olar. Əksər üz və saç baxımı maskalarının hazırlanmasında xiyardan istifadə olunur.
Bal
Bal da sızanaq izlərindən xilas olmaq üçün effektli vasitələrdən biridir. Balı təmiz dəriyə tətbiq edib istədiyiniz qədər saxlayın, daha sonra su ilə yuyub qurulayın. Qısa müddətdə sızanaq izlərindən xilas olacaqsınız.
Yumurta ağı
Yumurtanın ağını bir qaba qoyun və incə qat şəklində üzə tətbiq edin. 30-45 dəqiqə gözlədikdən sonra yuyun. Qısa müddətdə izlərdən qurtulacağınızı görəcəksiniz.
Aleo Vera
Aleo Vera bitkisi keçmiş zamanlardan insanların güvənərək istifadə etdiyi bir vasitə olub. Bu bitki yaraları və yara izlərini yaxşılaşdırmaqda əla vasitədir. Tərkibində aloe olan sızanaq kremlərindən istifadə etmək köməyinizə çatacaq və dəriniz düzəlməyə başlayacaq.
Alma sirkəsi
Alma sirkəsi tək qarın əritmək üçün deyil, sızanaqlar üçün də effektli təsirə malikdir. Təmiz üzünüzə sızanaq izləri olan hissələrə alma sirkəsi sürtün və yarım saat gözləyin. Bu, həm qırışların qarşısını alacaq, həm də daha hamar dəriyə sahib olmağınıza şərait yaradacaq. Hər gün tətbiq etsəniz, tez bir zamanda təsirini görəcəksiniz.

Tarix: 24 iyun 2021

Xəbərlər

Dodaqlar üçün evdə hazırlaya biləcəyiniz maskalar

Havaların küləkli, soyuq və ya isti olması dodaqlara da təsir edir. Onlar çatlayır, quruyur. Bu isə xanımların sevmədiyi hallardan biridir. Sizə evdə hazırlaya biləcəyiniz bir neçə maska təqdim edirik:. Şəkər tozu və bal

Dəriniz bununla hər zaman cavan qalacaq

Nəmləndirmə dərinin cavan qalmasında böyük rol oynayır. Məhz nəmlilik dəriyə elastiklik, hamarlıq və təravət bəxş edir. Quru dəri həmişə qoca görünür. Buna görə də nəmləndirmə üçün nəzərdə tutulan bu prosedurlardan istifad

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

Əllər qulluq tələb edir

Əllərimizin dərisi soyuğa və küləyə qarşı çox həssasdır. Qış aylarında əllərimizin dərisi quruyur, codlaşır və çatlayıb qanayır. Bunun üçün üz dərimizə qulluq etdiyimiz qədər, əllərimizin də qayğısına qalmalıyıq. Xanımlar

Kirpiklər üçün tuş bələdçisi

Tanış situasiyadır - kirpiklər üçün tuş sənin bacına, rəfiqənə və ya kolleqana uyğun gələ bilər, yalnız sənə yox. Məyus olma! Bizim gözəllik redaktorlarımız bu əsas məhsulun seçilməsi üçün tam təlimat yaradıblar. Artıq səh

Saçları yağlı olanlar MÜTLƏQ OXUSUN

Saçları yağlı olanlar müəyyən pəhrizə əməl etməlidirlər. Yemək təzə hazırlanmış, zülal və minerallarla zəngin olmalıdır. Yağsızlaşdırılmış süd məhsulları (kefir, qatıq, asidofilin, kəsmik və s.) də xeyirli hesab olunur. Meyv

Yağlı saçları yuduqdan sonra...

Yağlı saçları yuduqdan sonra onları aşağıdakı ot dəmləmələri ilə yaxalamaq çox xeyirlidir:. - 1 xörək qaşığı pıtraq bitkisinin təzə köklərini doğrayın və 2 xorək qaşığı qurudulmuş kalendula çiçəklərilə qarışdırın. Sonra üzərin

Yağlı saçlardan xilas olmaq üçün TƏBİİ MASKA

Qadınları gözəl göstərən amillərdən biri də saçlarıdır. Xanımların əksəriyyəti demək olar ki, yağlı saçlardan əziyyət çəkir. Evdə təbii üsulla hazırlaya biləcəyiniz maskanı təqdim edirik:. Bir yemək qaşığı qarğıdalı nişastas

Dodaq boyasını çəkmək texnikası

Dodaqlarınızın gözəl görünməsini istəyirsinizsə, hər şeydən əvvəl onların qurumuş və çatlamış olmamalarını təmin etməlisiniz. Bunun üçün yanınızda daşıyacağınız bir çatlaq kremini (lipstick) lazım olduqda çəkməyiniz kifayə