Dodaqlar üçün evdə hazırlaya biləcəyiniz maskalar
Havaların küləkli, soyuq və ya isti olması dodaqlara da təsir edir. Onlar çatlayır, quruyur. Bu isə xanımların sevmədiyi hallardan biridir.
Sizə evdə hazırlaya biləcəyiniz bir neçə maska təqdim edirik:
Şəkər tozu və bal
Bir çay qaşığı şəkər tozu və balı qarışdırın. Dodaqlarınıza çəkin. 5 dəqiqə saxladıqdan sonra nəmli və canlı dodaqlara sahib olacaqsınız.
Hindistan qozu yağı
Hindistan qozu yağı dodaqların nəmlənməsində ən yaxşı vasitələrdəndir. Yağdan dodaqlarınıza çəkməyiniz kifayətdir.
Xiyar maskası
Xiyar üz dərisi ilə yanaşı dodaqların çatlamasının da qarşısını alır. Xiyarın iç hissəsini dodaqlarınıza vurub 15-20 dəqiqə saxlayın.
Su maskası
Dodaqlarınızın itirdiyi nəmi geri qaytarmaq üçün gün ərzində 8-10 stəkan su için. Beləcə həm bədən sağlamlığınızı qoruya biləcəksiniz, həm də dodaq quruluğundan qurtulacaqsınız.
Bal maskası
Balın tərkibində antibakterial maddələr olur. Dodağa qulluq zamanı təkcə baldan da istifadə edə bilərsiniz. Bütün dodağa çəkdiyiniz balı 15 dəqiqə saxlayın. Gündə 2-3 dəfə istifadə etmək daha məqsədəuyğundur.
Dəriniz bununla hər zaman cavan qalacaq
Nəmləndirmə dərinin cavan qalmasında böyük rol oynayır. Məhz nəmlilik dəriyə elastiklik, hamarlıq və təravət bəxş edir. Quru dəri həmişə qoca görünür. Buna görə də nəmləndirmə üçün nəzərdə tutulan bu prosedurlardan istifad
Kosmetoloqa gedə bilməyənlər bunları etsin
Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind
Əllər qulluq tələb edir
Əllərimizin dərisi soyuğa və küləyə qarşı çox həssasdır. Qış aylarında əllərimizin dərisi quruyur, codlaşır və çatlayıb qanayır. Bunun üçün üz dərimizə qulluq etdiyimiz qədər, əllərimizin də qayğısına qalmalıyıq. Xanımlar
Kirpiklər üçün tuş bələdçisi
Tanış situasiyadır - kirpiklər üçün tuş sənin bacına, rəfiqənə və ya kolleqana uyğun gələ bilər, yalnız sənə yox. Məyus olma! Bizim gözəllik redaktorlarımız bu əsas məhsulun seçilməsi üçün tam təlimat yaradıblar. Artıq səh
Saçları yağlı olanlar MÜTLƏQ OXUSUN
Saçları yağlı olanlar müəyyən pəhrizə əməl etməlidirlər. Yemək təzə hazırlanmış, zülal və minerallarla zəngin olmalıdır. Yağsızlaşdırılmış süd məhsulları (kefir, qatıq, asidofilin, kəsmik və s.) də xeyirli hesab olunur. Meyv
Yağlı saçları yuduqdan sonra...
Yağlı saçları yuduqdan sonra onları aşağıdakı ot dəmləmələri ilə yaxalamaq çox xeyirlidir:. - 1 xörək qaşığı pıtraq bitkisinin təzə köklərini doğrayın və 2 xorək qaşığı qurudulmuş kalendula çiçəklərilə qarışdırın. Sonra üzərin
Yağlı saçlardan xilas olmaq üçün TƏBİİ MASKA
Qadınları gözəl göstərən amillərdən biri də saçlarıdır. Xanımların əksəriyyəti demək olar ki, yağlı saçlardan əziyyət çəkir. Evdə təbii üsulla hazırlaya biləcəyiniz maskanı təqdim edirik:. Bir yemək qaşığı qarğıdalı nişastas
Dodaq boyasını çəkmək texnikası
Dodaqlarınızın gözəl görünməsini istəyirsinizsə, hər şeydən əvvəl onların qurumuş və çatlamış olmamalarını təmin etməlisiniz. Bunun üçün yanınızda daşıyacağınız bir çatlaq kremini (lipstick) lazım olduqda çəkməyiniz kifayə
Dodaq boyasının növləri
Pomadanın tərkibindən asılı olaraq nəmləndirici, qidalandırıcı gigiyenik, davamlı, super-davamlı və parıltılı növləri var. Nəmləndirici: Dodağı həm rəngləyir, həm də çatvermədən qoruyur. Onun tərkibinə avokado, kakao, günəbaxan