Dodaq boyasının növləri

Dodaq boyasının növləriPomadanın tərkibindən asılı olaraq nəmləndirici, qidalandırıcı gigiyenik, davamlı, super-davamlı və parıltılı növləri var.
Nəmləndirici: Dodağı həm rəngləyir, həm də çatvermədən qoruyur. Onun tərkibinə avokado, kakao, günəbaxan, kokos, gənəgərçək yağı və çobanyastığı cövhəri daxildir. Çatışmayan cəhəti isə dodaqdan tez silinməsidir.
Qidalandırıcı: Soyuq havada dodağı quruma və çatlamadan qoruyur, tərkibinə böyük miqdarda mum daxildir. Davamlı və super-davamlı: ləkə qoymur, dodaqda 24 saata qədər qalır. Onun tərkibinə efir yağları və rəngləyicilər daxildir. Davamlı pomadadan hər gün istifadə etmək məsləhət görülmür, belə ki, o, dodaqları qurudur.
Gigiyenik pomada: Quruluq və çatın yaranmasının qarşısını alır. Qışda dodaqlar üçün əvəzsizdir. Tərkibində vitaminlər, qidalandırıcı, nəmləndirici maddələr var. Təəsüflər olsun ki, dodaqlara rəng vermir. Parıltı: təbii makiyaj zamanı istifadə olunur. Tərkibində yağ və vitaminlər, az miqdarda bitki rəngləyiciləri var. Parıltını vurarkən ehtiyyatlı olmaq lazımdır, çünki o, tez yayılır. Kosmetoloqlar qeyd edirlər ki, dodaq qurumasına qarşı ən yaxşı müdafiə gigyenik pomadalardır. Hansı vasitəni – parlaq pomada, dodaq parıltısı və ya rəngsiz gigiyenik pomada seçməyinizdən asılı olmayaraq hər bir kosmetik vasitə özünəməxsus tərzdə dodaqlarınıza qulluq edir.
Qulaqlarımızı soyuqdan qorumaq üçün papaq taxır, əllərimizə əlcək geyinirik. Amma dodaqlarımızı qışın soyuğundan qorumağın yolu yoxdur. Bu da o deməkdir ki, onlara əlavə qulluq lazımdır.
Dodaqları yumşaltmaq üçün istənilən bitki yağından (ən yaxşısı zeytun yağı) istifadə etmək olar. Bunu pomadanın altından da sürtə bilərsiniz.
Çatlamış, quru və sərt dodaqları bal, xiyar suyu, çaytikanı yağı ilə sürtmək olar. Əgər dodaqları limon şirəsi ilə sürtsəniz, onlar uzun müddət təravətli və təbii görünüşünü saxlayacaq.
Dodaqlarınıza həmçinin üz kremi, tərkibində E vitamini olan yağ və ya aloye olan gel çəkə bilərsiniz. Nəticədə dodaqlar nəm və yumşaq olacaq.

Tarix: 23 iyun 2021

Xəbərlər

Qızılı vurğularla manikür

Qızılı vurğulu nyüd qammasında dırnaqlar - bu mövsümün əsas manikür trendidir. Texnikanı öyrən və müxtəlif rənglərlə təcrübə apar!. 1. ƏSAS. Manikür öncəsi dırnaqlarının hazırlanması və qorunması üçün rəngsiz dırnaq örtüy

Bütün gün ərzində təravəti necə saxlamaq olar?

Əslində, gün ərzində xoşagəlməz qoxunun səbəbi tər deyil, bədənin səthində yaşayan minlərlə bakteriyadır. Pis xəbər: tərləməyi dayandıra bilmərik, bu, sağlamlığımız üçün təhlükəli olar bilərdi. Yaxşı: bütün gün ərzində duşda

Yayda gözəl dəri üçün beş məsləhət

Yayda gözəl dəri üçün sizə beş faydalı məsləhət veririk:. 1. DƏRİ CİLALANMASI. Həftədə iki dəfə skrabdan istifadə etmək - hamar dəriyə nail olmaq üçün əla üsuldur. Dircəklər, dabanlar və dizlər üçün duş geli və skrabdan istifad

Manikürdə edilən 3 səhv

Professional manikür etmək üçün peşəkarlaşmış mütəxəssis olmağına ehtiyac yoxdur. Lakin əsas qaydaları bilsən, daha yaxşı olar. 1. DIRNAQLAR ÜÇÜN BAZADAN İSTİFADƏ ETMİRSƏN. Manikür üçün baza - tonal əsas üçün praymer prinsipin

Dərini pis ekologiyadan qorumaq

Quruluq, qıcıqlanma, allergiya, tutqun ton, erkən yaşlanma - bunlar meqapolisdəki həyatın nəticələridir. Ətraf mühit dəriyə göründüyündən daha çox zərər verə bilər. Amma bunu düzgün qulluqla azaltmaq olar. Ətraf mühitin çirklənmələrində

Buruq saçlara qulluq

Bəzən buruq və dalğalı saçları düz etmək olduqca çətin ola bilər. Bunun üçün istifadə edilən kimyəvi maddələr isə çatmaq istədiyimiz nəticənin tam əksini yarada bilər. Bildiyiniz kimi təbiət saçlarınızın ən yaxın dostudur

Hialuron turşusunun sevilməsinin 3 səbəbi

Dəri nəmləndirilməsi üçün ən effektiv inqrediyentlərdən biri barədə danışacağıq. SADƏCƏ PARILTI. Bir neçə həftəlik istirahətdən sonra olduğu kimi parlayan dəri əsil həsəd obyektidir. Lakin istirahət hələ ki, bir xəyaldırsa

Saçlar üçün təbii inqrediyentlər

Məhz sənin saçlarına sağlam və gözəl olmalarına hansı təbii inqrediyentlərin kömək edəcəyini öyrən - təbiətdən gələn!. Əsas qulluq. Hamar, itaətkar, bir neçə gündən bir yuyulmağı tələb edir və qırılmır - saçların səni sevindiri

Gözəllik sənayesinin ən dəbli komponenti - ALOE

Aloeni sevmək üçün 5 səbəb. Aloenin yarpaqları 99.5%-lik sudan ibarətdir, o ən hipoallergen komponentlərdən biri hesab olunur və bütün dəri növləri üçün uyğundur. Aloe ilə qulluğu sınamaq üçün daha çox səbəbləri öyrən!. Yəqi