Dərini pis ekologiyadan qorumaq
Quruluq, qıcıqlanma, allergiya, tutqun ton, erkən yaşlanma - bunlar meqapolisdəki həyatın nəticələridir. Ətraf mühit dəriyə göründüyündən daha çox zərər verə bilər. Amma bunu düzgün qulluqla azaltmaq olar.
Ətraf mühitin çirklənmələrindən yalnız planet əziyyət çəkmir, həm də bədənimiz, o cümlədən dərimiz. Əksəriyyət üçün bu qaçılmazdır, çünki biz gündən-günə müxtəlif mənfi amillərə məruz qalırıq: toz, tütün tüstüsü, işlənmiş qazlar, pestisidlər, zərərli istehsalat tullantıları. Onlar az-az dərinin qoruyucu maneəsini məhv edirlər, bu da onun vəziyyətinin tədricən pisləşməsinə gətirib çıxarır. Dəri quru solğun və həssas olur, üzün rəngi korlanır, hiperpiqmentasiya və erkən yaşlanmanın əlamətləri əmələ gəlir.
1) Pis ekologiyadanqorunma effekti ilə üz yuma vasitələri
Tərkibdə nə axtarmaq lazımdır? Məsamələrin təmizlənməsi, aydınlaşdırması və bərpası üçün komponentlər.
Meqapolisdəki həyat məsamələrin tutulmasına, dərinin solğun və kobud olmasına gətirib çıxarır. Təmizlənmə - dərinin sağlamlığına və onun qoruyucu funksiyalarının dəstəklənməsinə ilk addım. Axşam saatlarında üz yumaq toz və kir hissəciklərini aradan qaldırmağa kömək edir, səhərlər - gecə ərzində yığılmış ölü hüceyrələri təmizləməyə. Üz yumaq həmçinin dərini nəmləndirəcək, qidalanacaq və müdafiə edəcək növbəti qulluğa hazırlayır.
Aşındırıcı xüsusiyyətlərə malikdərini dərindən təmizləyici vasitə seç (məsələn Optimals Urban Guard 3D) multifunksional təmizləyici vasitə. Onun müntəzəm istifadəsi hüceyrələrin yenilənməsini sürətləndirir, bu da öz növbəsində dəriyə parlaqlığı və qüsursuz görünüşü qaytarır.
Salisil turşusu (BHA) - megapolis sakinləri üçün qara nöqtələri həll edən və ölü hüceyrələri aşındıran ideal inqrediyent.
2) Qoruyucu serum
Tərkibdə nə axtarmaq lazımdır? Nəmləndirici, sakitləşdirici və dəri maneəsini bərpa edən maddələr
Dərimiz günəşdən və çirkləndirmələrdən qoruyan qalxandır. Düzgün qulluq göstərilməsə, onun maneə funksiyası əziyyət çəkməyə başlayır. Bu, oksidləşdirici stress adlanır, bu proses zamanı sərbəst radikallar əmələ gəlir. Onlardan gələn ziyanı aradan qaldırmaq üçün qulluq sisteminə nəmləndirmə və qorunma üçün vasitələr əlavə et. Optimals Guard 3D qoruyucu serum hüceyrələri həyati enerjisi ilə dolduracaq, hidrolipid maneəsini gücləndirəcək və ən əsası, dərini bu vəziyyətdəsaxlayacaq. İçərisində olanlar:
C vitamini dərinin rəngini açır və qeyri-bərabər ton və solğunluqla mübarizə aparır. Üstəli, bu, sərbəst radikalları neytrallaşdıran güclü antioksidantdır.
Postbiotiklər "yorğun", stressə məruz qalmış dəriyə maliksənsə, mikrofloranın balansını bərpa edir.
Antioksidantlar dərinin immun sisteminin işini gücləndirir və oksidləşdirici stressin qarşısını almağa kömək edir (məsələn E vitamini, polifenollar, flavonoidlər).