Mükəmməl baxımlı saçlarla oyanmaq
Gecə aktiv inqrediyentlər dəriyə daha yaxşı hopur. Eyni şey saçlara da aiddir. Mükəmməl baxımlı saçlarla necə oyanmaq və ukladkaya vaxtı necə azaltmaq olar? Birlikdə araşdırırıq!
1. Pambıq yastıq üzlükləri ipək üzlüklərlə əvəz et
Yatağın səhərlər döyüş meydançasına bənzəyirsə, bu maddə sənin üçündür. Pambığa sürtünmə saçlara zərər verir: onlar quru və kövrək olur, elektrikləşir, dolaşır, parlaqlığını itirir. Ancaq ipək yalnız sağlam görünüşü deyil, həmçinin Hollivud tellərini də qorumağa kömək edəcəkdir: ukladka ilə yatağa uzanıb yatmısansa, səhər də ulduz olacaqsan!
2. Saçlarını dara
Saçların gün ərzində çox şey keçirtdi və yatmadan əvvəl onları yaxşıca daramaq vacibdir - biraz dolaşıq saçlar bir gecədə ağrılı dolaşıqlara çevrilə bilər. Çox dişli fırçanı götür və uclardan köklərə qədər ehtiyyatlı şəkildə hərəkət et. Baş dərisinin yüngül masajı ilə bitir: bu eyni fırça ilə və ya birbaşa barmaqlarla edilə bilər.
3. Maska et
Saçların çətin anlar yaşadıqda, üçün adi və ya yağlı maskanı çəkinmədən gecə boyunca saxla: səhər onları sadəcə yaxşıca yumaq lazım olacaq və yumşaq tellər alacaqsan. Düzdür, rahatlıq azdır - gecə baxımı üçün xüsusi vasitələrə diqqət yetirsən daha yaxşı olar. Onlar yastıqda yayılmayacaq, sənin bütün yataq və kişinin üstündə olmayacaq, səhər isə yumağa ehtiyac qalmayacaq - dərhal ukladkaya hazır saçlarla oyanacaqsan. Praktikdir! Eleo-dan dörd qiymətli yağdan: arqan, atpıtraq, qızılgül və kameliyadan ibarət gecə qulluğu bizim xoşumuza gəlir. Sən yatana kimi yüngül tekstura və tam bərpa!
4. Tam qurula
Bir az nəm saçlarla belə yatmaq olmaz - mütləq şir başı ilə oyanacaqsan. Sıx və sərt saçların sahibləri fərqi hiss edə bilməzlər, amma qalanlar şişmə və statikdən qaçına bilməzlər. Saçlarını sona kimi qurut və yuyulmayan qulluq tətbiq et - parlaq tellərlə oyanmaq üçün xüsusi, gecə üçün olanı istifadə etmək daha yaxşıdır.
5. Həcmi qoru
Gecə boyunca saçlar əzilir, axşam fenlə qurutduqdan sonra lüks həcmdən iz belə qalmır. Bəsdir buna dözdün! Başın təpəsində saçlarını yığ və səhər burax: həcm qalacaq. Əsas odur ki, dərinin qan dövranını pozmamaq üçün onu çox sıx etmə. Saç rezini əvəzinə uşaqlıqda olduğu kimi parça və ya balaca ipək yaylıq uyğun olacaq. İsti staylinqsiz möhtəşəm dalğalar istəyirsən? Gecə boş hörüklər toxu. Quru şampun istifadə etməyi planlaşdırırsansa, bunu da gecə etmək daha yaxşısıdır: o, artıq sebum və təri özünə çəkir və sən təravətli köklərlə oyanacaqsan.