Günəşdən qorunma haqqında faktlar

Günəşdən qorunma haqqında faktlarGeniş spektrdan qorunma nədir, sanskrini ofisdə istifadə etmək lazımdırmı və nə qədər məhsul tətbiq etmək lazımdır? Təhlükəsiz günəş haqqında ən çox verilən suallara cavab veririk!
SPF faktorundan asılı olaraq günəş altında nə qədər qalmaq olar?
SPF (Sun Protective Factor) - günəşdən qoruma amili. SPF nə qədər yüksəkdirsə, məhsul daha uzun müddət və etibarlı şəkildə qoruyur. Orta hesabla insan qorunmadan təxminən 10 dəqiqə günəşin altında qala bilər. SPF 10 ilə məhsulu tətbiq etsən, təhlükəsiz müddət 100 dəqiqəyə qədər artacaq, əgər SPF 30 - 300 dəqiqəyə qədər və s. Təcrübədə, hər iki saatdan bir, xüsusən də çimərlikdə sanskrini yeniləməyi məsləhət görürük: onun xüsusiyyətləri dəri ilə reaksiya, mexaniki təsir və su ilə təmasdan zəifləyir.
Öz SPF faktorunu necə seçmək olar?
Dərinin tonu nə qədər solğundursa, o qədər yüksək SPF faktoru tələb olunur. Birbaşa günəş şüaları altında aşıq dəri 5 dəqiqədən sonra qızarmağa başlayır, daha tünd isə - təxminən 15- dəqiqədən sonra. Məhsulu seçərkən bunu nəzərə al.
Tonal kremimdə SPF var. Beləliklə, üz üçün sanskrini buraxmaq olar?
Tonal əsas, adətən, SPF faktoru olduğu halda da dərini lazımi səviyyədə qorunma ilə təmin etmir: onu çox miqdarda tətbiq etmək mümkün deyil və onun dekorativ xüsusiyyətləri qoruyucu xüsusiyyətlərindən daha üstündür. Xüsusi günəş məhsulunu makiyajdan əvvəl istifadə et və onun hopulmasına imkan ver. Dekorativ kosmetikanı tətbiq edərkən səliqəli şəkildə hərəkət et: yayma, məhsulu yüngül hərəkətlərlə sürt.
Bəs bütün günü ofisdəyəmsə - mənə sanskrin lazım deyil?
Günəş qoruyucularından yalnız çimərlikdə deyil, şəhərdə və gündəlik istifadə etmək lazımdır - buludlu havada, qapalı məkanda, qışda! UB şüalanma buludlar və pəncərələr vasitəsilə asanlıqla nüfuz edir, hamar səthlərdən əks olunur və dəriyə təsir göstərir, hiperpiqmentasiyanın və fotoqocalmanın əsas səbəblərindən biri olur.
Kremi incə düz təbəqə ilə tətbiq edirəm - bu kifayətdir?
Sanskrinin həqiqətən işləməsi üçün ondan çox miqdarda istifadə et: bütün bədənə ən azı iki yemək qaşığı lazımdır. Sprey istifadə edirsənsə, məhsulun dərinin hər santimetrinə düşdüyündən əmin ol və yalnız sonra masaj hərəkətləri ilə çək.
Günəş kremi düzgün necə tətbiq olunur?
Sanskrini evdən çıxmazdan ən azı 15-20 dəqiqə əvvəl istifadə et ki, o, hopulsun, paltarda qalmasın və təsir etməyə başlasın. Xilasedici tübiki artıq çimərlikdə çıxarırsansa, ilk 15-20 dəqiqə ərzində dərinin hələ də müdafiəsiz qalmasına və yanıq almasına hazır ol.

Tarix: 22 iyun 2021

Xəbərlər

Yeni başlayanlar üçün sanskrin

Günəşdən qorunma və dəriyə qulluq bir-birindən ayrılmazdır. Byuti şkafın müxtəlif vasitələrlə dolu olduğu kimi, kremlərdən maskalara və skrablara qədər günəşdən qorunma arsenalı da fərqli vəziyyətlərə uyğunlaşdırılmalıdır

Gözəllik üçün 5 qiymətli yağ

Qədim dövrlərdən bəri bitki yağları tibbdə və kosmetologiyada yüksək qiymətləndiriliblər. Yağ əsaslı məhsulları necə seçməyi və hansının məhz sənin üçün uyğun olduğunu öyrən. Badam yağı. Badam yağı yaşlanma prosesini yavaşlata

Həqiqətən işləyən liftinq

Möhkəm, gənc dəriyə cəmi dörd sadə addım: NovAge Ultimate Lift Contour Define seriyası dəri elastikliyini bərpa etmək üçün hazırlanıb, o, elastikliyi təmin edir, dərin qırışları nəzərəçarpan dərəcədə hamarlayır və üz konturun

Saçları necə gücləndirmək olar?

Saçları gücləndirməyin yolları hər kəs üçün maraqlıdır. Temperatur dəyişikliyi, avitaminoz və bədəndəki mövsümi dəyişikliklər kövrəkliyin artmasına və saç tökülməsinə səbəb olur. Saç tökülməsinə qarşı yenilənmiş HairX seriyas

Yaşlanmanın ilk əlamətləri!

Yaşlandıqca dərimiz dəyişir, yəni onun ehtiyacları da dəyişir. Buna görə, yaşlanmanın ilk əlamətləri ilə effektiv şəkildə mübarizə aparmaq və onların əmələ gəlməsinin qarşısını almaq üçün düzgün qulluq məhsullarını seçmə

Həssas dəri üçün əvəzedilməz olan təbii kanola yağı

Kanola yağı XX əsrdə kanadalı alimin kəşf etdiyi rapsın müəyyən növündən alınır. Ekstraksiya prosesi çox vaxt və güc tələb edir, bu da öz növbəsində komponenti daha da dəyərli edir. Yağın daxilində nəmin səviyyəsini bərp

Üz üçün təməl qulluq

Dərinizdə olan problemlər üçün sadə həllər onun gözəlliyini və sağlamlığını təmin edən faydalı inqrediyentlərdən ibarət olduqda effektiv ola bilərlər. Essentials-ın dərinizə göstərə biləcəyi gündəlik qulluq barədə daha ço

Uzun və sağlam kirpiklər üçün nə etməli?

Gözəl görünüşlə yanaşı, kirpiklər göz sağlamlığında da əhəmiyyətli bir rola sahibdirlər. Uzun, gur və sağlam kirpiklər çox qadının gözəllik siyahısındakı diləklərindən biridir. Ancaq əlbəttə ki, hər kəs təbii olaraq gur

Göz kölgəsi çəkərkən bunlara diqqət edin!

Göz kölgəsi çəkərkən diqqət etməli olduğunuz məqamlar var. Bu yazıda məhz həmin məqamlardan bəhs edəcəyik:. Maye tonal krem. Nə rəng istifadə edirsizsə, edin, maye tonal kreminizlə kölgənin altına tətbiq edin. Maye tona