Gözəllik üçün 5 qiymətli yağ

Gözəllik üçün 5 qiymətli yağQədim dövrlərdən bəri bitki yağları tibbdə və kosmetologiyada yüksək qiymətləndiriliblər. Yağ əsaslı məhsulları necə seçməyi və hansının məhz sənin üçün uyğun olduğunu öyrən.
Badam yağı
Badam yağı yaşlanma prosesini yavaşlatan təbii antioksidant olan E vitamini və yağ vəzilərinin işini normallaşdıran, saç böyüməsinə faydalı təsir göstərən, onların parlaqlığını və elastikliyini artıran, yalnız saçların deyil, kipriklərin və qaşların da sıxlığını artırmağa kömək edən F vitaminini ehtiva edir. Badam yağı sakitləşdirici və bərpaedici təsir göstərir, buna görə də onu kiçik yaralar, yanıqlar və digər dəri xəsarətləri və hətta herpes zamanı istifadə olunur.
Avokado
Meyvələrin özləri kimi, avokado yağının tərkibində natrium, kalium, kalsium və sink, A və E vitaminlərinin yüksək konsentrasiyası var. O, qırışların və piqment ləkələrinin əmələ gəlməsi ilə mübarizə aparır, quruluqdan və çatlaqlardan qoruyur, saçları nəmləndirir, saç folikullarını qidalandırır və qoruyucu qat yaradır. Avokado yağı antibakterial təsir göstərir, dərinin bərpasını stimullaşdırır və səpkilərin sağalmasına kömək edir.
Kokos yağı
Kokos yağı qanda xolesterin səviyyəsini aşağı salmaq kimi unikal xüsusiyyətinə malikdir: o, qızartmaq üçün ən uyğun olan hesab olunur, çünki yüksək temperaturda belə kanserogenlər əmələ gətirmir. Yağ hialuron turşusu və E və K vitaminləri ilə zəngindir, yumşaldır, qabıqlanmanı aradan qaldırır, hüceyrələrin bərpası prosesini sürətləndirir, buna görə də quruluğa meylli dəri üçün yaxşı uyğun gəlir.
Zeytun yağı
Qədim şairlər onu maye qızıl adlandırırdılar, biz isə hamıya onu kosmetika etiketlərində axtarmağı məsləhət görürük. Zeytunun tərkibindəki linoleik turşusu yaraların və yanıqların sürətlə sağalmasına kömək edir, olein turşusu hətta xərçəng hüceyrələrinin inkişafını yatırmağa kömək edir. Zeytun yağında yaşlanma prosesini yavaşlatan və həm dəriyə, həm də saçlara faydalı təsir göstərən fenol ehtiva edir. Zeytun yağı masaj üçün faydalıdır: o, zərərli maddələrin çıxarılmasını sürətləndirir və yağ vəzilərinin sekresiyasını yaxşılaşdırır.
Küncüt yağı
Küncüt və sezam yağı bir çox faydalı maddələrlə zəngindir: məsələn, stearin, araxin, olein və digər yağ turşuları ilə, bunun sayəsində o, hüceyrələrin qocalmasını yavaşlatmağa kömək edir, epidermisi bərpa edə, dərinin qoruyucu maneəsini və hətta diş emalını və diş ətlərini gücləndirə bilər. Antioksidant skvalenin sayəsində küncüt yağı dəri göbələyi ələyihinə və bakterisid xüsusiyyətlərə malikdir, hüceyrələri sərbəst radikalların mənfi təsirlərindən qoruyur.

Tarix: 22 iyun 2021

Xəbərlər

Həqiqətən işləyən liftinq

Möhkəm, gənc dəriyə cəmi dörd sadə addım: NovAge Ultimate Lift Contour Define seriyası dəri elastikliyini bərpa etmək üçün hazırlanıb, o, elastikliyi təmin edir, dərin qırışları nəzərəçarpan dərəcədə hamarlayır və üz konturun

Saçları necə gücləndirmək olar?

Saçları gücləndirməyin yolları hər kəs üçün maraqlıdır. Temperatur dəyişikliyi, avitaminoz və bədəndəki mövsümi dəyişikliklər kövrəkliyin artmasına və saç tökülməsinə səbəb olur. Saç tökülməsinə qarşı yenilənmiş HairX seriyas

Yaşlanmanın ilk əlamətləri!

Yaşlandıqca dərimiz dəyişir, yəni onun ehtiyacları da dəyişir. Buna görə, yaşlanmanın ilk əlamətləri ilə effektiv şəkildə mübarizə aparmaq və onların əmələ gəlməsinin qarşısını almaq üçün düzgün qulluq məhsullarını seçmə

Həssas dəri üçün əvəzedilməz olan təbii kanola yağı

Kanola yağı XX əsrdə kanadalı alimin kəşf etdiyi rapsın müəyyən növündən alınır. Ekstraksiya prosesi çox vaxt və güc tələb edir, bu da öz növbəsində komponenti daha da dəyərli edir. Yağın daxilində nəmin səviyyəsini bərp

Üz üçün təməl qulluq

Dərinizdə olan problemlər üçün sadə həllər onun gözəlliyini və sağlamlığını təmin edən faydalı inqrediyentlərdən ibarət olduqda effektiv ola bilərlər. Essentials-ın dərinizə göstərə biləcəyi gündəlik qulluq barədə daha ço

Uzun və sağlam kirpiklər üçün nə etməli?

Gözəl görünüşlə yanaşı, kirpiklər göz sağlamlığında da əhəmiyyətli bir rola sahibdirlər. Uzun, gur və sağlam kirpiklər çox qadının gözəllik siyahısındakı diləklərindən biridir. Ancaq əlbəttə ki, hər kəs təbii olaraq gur

Göz kölgəsi çəkərkən bunlara diqqət edin!

Göz kölgəsi çəkərkən diqqət etməli olduğunuz məqamlar var. Bu yazıda məhz həmin məqamlardan bəhs edəcəyik:. Maye tonal krem. Nə rəng istifadə edirsizsə, edin, maye tonal kreminizlə kölgənin altına tətbiq edin. Maye tona

Göz makiyajının ən vacib sirləri

Göz kölgəsindən istifadə etmədən əvvəl göz qapaqlarınızı mütləq hazırlayın - bir az tonlaşdırıcı krem, ya da açıq rəngli qapadıcı və üzərinə yüngülvari pudra ilə. Fırçanızı tam olaraq doldurmayın, yüngülvari ton verərək başlayı

Hər zaman baxımlı olmağın yolları!

Hər zaman necə baxımlı görünəcəyinizi bilirsinizmi? Bu da sizə bir neçə ipucu. Manikur şərtdir. Baxımlı görünməyin əsas nöqtəsi əllərdir. Əgər əlləriniz kifayət qədər baxımlı və təmizsə o halda həmişə gözəl olmağınız üçü