Hansı günəş kremi daha yaxşıdır?

Hansı günəş kremi daha yaxşıdır?Tərkibində mütləq şəkildə sanskrin inqrediyentləri olan köməkçi vəsaitmizi istifadə et və etibar edə biləcəyin məhsulu asanlıqla seç.
SPF (Sun Protective Factor) - günəşdən qoruma amili. SPF nə qədər yüksəkdirsə, məhsul daha uzun müddət və etibarlı şəkildə qoruyur. Orta hesabla insan qorunmadan təxminən 10 dəqiqə günəşin altında qala bilər. SPF 10 ilə məhsulu tətbiq etsən, təhlükəsiz müddət 100 dəqiqəyə qədər artacaq, əgər SPF 30 - 300 dəqiqəyə qədər və s. Təcrübədə, hər iki saatdan bir, xüsusən də çimərlikdə sanskrini yeniləməyi məsləhət görürük: onun xüsusiyyətləri dəri ilə reaksiya, mexaniki təsir və su ilə təmasdan zəifləyir.
VA şüaları atmosfer tərəfindən udulmayan, buludların içindən keçən və Yer səthinə çatan ultrabənövşəyi spektr şüalarıdır. Onlar təhlükəlidir, çünki təsirlərini dəridə hiss etmirik. Çox dərinə nüfuz edə bilərlər və dermisin hüceyrələrinə çatırlar, beləliklə hiperpiqmentasiya, vaxtından əvvəl foto qocalma, dəri xərçəngi, günəşə həssaslıq yaradırlar.
UVB şüaları - 90% atmosfer tərəfindən özünə çəkilir, qalan 10% isə Yer səthinə çatır və epidermisdən keçə bilər. Onların təsirini dəridə hiss edirik - o, qızarır, istiləşir, yanır. Məhz bu şüalar gözəl qızılı qaralma üçün cavabdehdir və eyni zamanda onlar günəşə həssaslıq və dəri xərçəngini yaradırlar.
Günəş kremi seçərkən, onun həm UVA, həm də UVB şüalarını bloklamasına əmin ol. Etiketdə hər iki abreviaturanı və ya "geniş spektr təsirli UV filtrləri" yazısını axtar. Məsələn, yüksək SPF (30-50+) faktoru ilə Multi-Rays texnologiyalı və geniş spektrli UB filtrləri ilə yenilənmiş Oriflame Sun 360 seriyası dərini UVA/UVB şüalarından qoruyur, yəni günəşdən yanma, fotoqocalma və dəri xərçənginin qarşısını alır.
Günəş filtrləri iki cür olur.
Kimyəvi filtrlər - şüalanmanı özünə çəkir, dəriyə hopur.Tərkibində belə filtrlər olan məhsullar yüngül teksturaya malikdir, üz dərisi üçün idealdır, çünki onlar dərini yağlı etmir və makiyaj üçün yaxşı bir təməl yaradır. Kimyəvi sanskrinin tərkibində hansı maddələri axtarmaq lazımdır: Avobenzone (avobenzon), Mexoryl SX/XL (meksoril), Tinosorb S/M (tinosorb), Octocrylene (Oktokrilen), Oxybenzone (oksibenzon), Sulisobenzone (sulisobenzon) və s. Kimyəvi filtrlərin tam siyahılarını İnternetdə tapmaq olar.
Fiziki filtrlər – şüalanmanı yayır, dərinin səthində işləyirlər. Fiziki filtrlər adətən bədənə qulluq məhsullarında istifadə olunur. Fiziki filtrləri olan teksturalar daha yapışqan və qatı olur, ağ rəngə malikdirlər.
Fiziki sanskrinin tərkibində hansı maddələri axtarmaq lazımdır: Zink Oxide (sink oksidi) və ya Titanium Dioxide (titan dioksidi). Məhsulunun tərkibində bu maddələr yoxdursa, onda bu kimyəvi sanskrindir.

Tarix: 22 iyun 2021

Xəbərlər

Günəşdən qorunma haqqında faktlar

Geniş spektrdan qorunma nədir, sanskrini ofisdə istifadə etmək lazımdırmı və nə qədər məhsul tətbiq etmək lazımdır? Təhlükəsiz günəş haqqında ən çox verilən suallara cavab veririk!. SPF faktorundan asılı olaraq günəş altınd

Yeni başlayanlar üçün sanskrin

Günəşdən qorunma və dəriyə qulluq bir-birindən ayrılmazdır. Byuti şkafın müxtəlif vasitələrlə dolu olduğu kimi, kremlərdən maskalara və skrablara qədər günəşdən qorunma arsenalı da fərqli vəziyyətlərə uyğunlaşdırılmalıdır

Gözəllik üçün 5 qiymətli yağ

Qədim dövrlərdən bəri bitki yağları tibbdə və kosmetologiyada yüksək qiymətləndiriliblər. Yağ əsaslı məhsulları necə seçməyi və hansının məhz sənin üçün uyğun olduğunu öyrən. Badam yağı. Badam yağı yaşlanma prosesini yavaşlata

Həqiqətən işləyən liftinq

Möhkəm, gənc dəriyə cəmi dörd sadə addım: NovAge Ultimate Lift Contour Define seriyası dəri elastikliyini bərpa etmək üçün hazırlanıb, o, elastikliyi təmin edir, dərin qırışları nəzərəçarpan dərəcədə hamarlayır və üz konturun

Saçları necə gücləndirmək olar?

Saçları gücləndirməyin yolları hər kəs üçün maraqlıdır. Temperatur dəyişikliyi, avitaminoz və bədəndəki mövsümi dəyişikliklər kövrəkliyin artmasına və saç tökülməsinə səbəb olur. Saç tökülməsinə qarşı yenilənmiş HairX seriyas

Yaşlanmanın ilk əlamətləri!

Yaşlandıqca dərimiz dəyişir, yəni onun ehtiyacları da dəyişir. Buna görə, yaşlanmanın ilk əlamətləri ilə effektiv şəkildə mübarizə aparmaq və onların əmələ gəlməsinin qarşısını almaq üçün düzgün qulluq məhsullarını seçmə

Həssas dəri üçün əvəzedilməz olan təbii kanola yağı

Kanola yağı XX əsrdə kanadalı alimin kəşf etdiyi rapsın müəyyən növündən alınır. Ekstraksiya prosesi çox vaxt və güc tələb edir, bu da öz növbəsində komponenti daha da dəyərli edir. Yağın daxilində nəmin səviyyəsini bərp

Üz üçün təməl qulluq

Dərinizdə olan problemlər üçün sadə həllər onun gözəlliyini və sağlamlığını təmin edən faydalı inqrediyentlərdən ibarət olduqda effektiv ola bilərlər. Essentials-ın dərinizə göstərə biləcəyi gündəlik qulluq barədə daha ço

Uzun və sağlam kirpiklər üçün nə etməli?

Gözəl görünüşlə yanaşı, kirpiklər göz sağlamlığında da əhəmiyyətli bir rola sahibdirlər. Uzun, gur və sağlam kirpiklər çox qadının gözəllik siyahısındakı diləklərindən biridir. Ancaq əlbəttə ki, hər kəs təbii olaraq gur