40 yaşınız varsa, üzünüzə bunları edin

40 yaşınız varsa, üzünüzə bunları edin40 yaşdan sonra dərinin 35 yaşındakı kimi qalması üçün ona ən azı 38 yaşından başlayaraq, xüsusi qulluq etmək lazımdır. Amma yenə də gec deyil.
Bacardıqca gündən uzaq durun, günəş altında gəzərkən başınıza, üzünüzə kölgə salan şlyapa geyinin.
Qışda havaya çıxmazdan 20 dəqiqə əvvəl üzünüzə qoruyucu krem çəkin.
Kosmetik, qırış əleyhinə kremlər qırışları tam açmır, o, dərini süni şişirdir ki, bununla da qırışlar açılmış kimi görünür.
Üzünüzü sabunla yumayın, çünki sabun üzü qurudur və göz ətrafında qırışlar əmələ gətirir.
"Yatmağa vaxt yoxdur" deyənlər, "yatmaq ancaq cavanlıqda, indi nə yuxu" fikirləşənlər, bilin ki, yuxu 40 yaşından sonra qadının xilas yoludur, ömrünü və gözəlliyini artırır. Gecə 2-yə kimi ev işləri görməyi unudun. Gündəlik yuxu rejiminiz azı 8-9 saat olmalıdır. Çünki məhz yuxuda dəri hüceyrələri yenilənir.
Üzünüzü yuduğunuz suyu soda ilə yumşaldın.
Çiməndə üzünüzə duşdan qaynar su düşməsinə yol verməyin. İsti su məsamələri açır, əzələləri yumşaldır, boşaldır və bununla da qırışları artırır.
40 yaşından sonra üzü kisələmək və massaj etmək olmaz.
Əgər üz dəriniz solğun, ağarmış, məsamələr geniş, buxaq hissə sallaqdırsa, o zaman üzü yığan vasitə lazımdır:
1 çay qaşığı duzu yarım stəkan suda həll edin, pambığı bu suda isladıb, üzə döyəcləməklə yeridin. Üzünüzü və boynunuzu duzlu su ilə silin.
Üzü yumaq üçün bu məhlulu hazırlayın: Yarım stəkan suya 20 qr odekalon tökün, bir şüşədə saxlayın. Səhər -axşam üzünüzü bu su ilə yuyun.

Tarix: 25 iyun 2021

Xəbərlər

Qırışları hamarlaşdıran soda maskası

Üzdəki qırışların çoxalması insanın yaşlı görünməyinə səbəb olur. Qırışlarla mübarizədə təsirli vasitələrdən biri də sodadır. Soda üzdəki bakteriyaları yox edərək məsamələri açır və dərinin nəfəs almasına kömək edir. 2 xörə

Öz dəri tipinizi bilirsinizmi?

Müəyyən makiyaj və qulluq vasitələrindən istifadə etmək üçün mütləq hansı dəri tipinə malik olduğunuzu bilməlisiniz. Hər bir insanda fərqli dəri növü mövcuddur. Dəri növünün dəyişməsinin səbəbi üzdəki yağ vəzlər

Qara nöqtələrdən bu yolla qurtulun

Qara nöqtələr həm qadınların, həm də kişilərin problemidir. Onlardan qurtulmaq üçün müxtəlif üsullar var. Qara nöqtələrdən qurtulmaq üçün ən sadə və ucuz vasitəni təqdim edirik:. Bir çay qaşığı sodanı bir neçə damcı su il

Günəşdən qorunmaq üçün təbii krem

Yay fəslində günəşdən qorunmaq üçün müxtəlif kremlərdən istifadə olunur. Sizə ev şəraitində hazırlaya biləcəyiniz təbii günəş kremini təqdim edirik. Lazım olanlar:. 25 qram karite yağı, 5 ml pambıq yağı, 5 ml kokos yağı

Sızanaq ləkələrindən qurtulmaq üçün üsullar

Üzdə sızanaq olması qadınları ən çox narahat edən amillərdən biridir. Sızanaqdan sonra isə onun ləkəsi üzdən uzun müddət getmir. Sizə bunun qarşısını almaq üçün sadə üsulları təqdim edirik:. Xiyar. Xiyar hamar dəriyə sahi

Dodaqlar üçün evdə hazırlaya biləcəyiniz maskalar

Havaların küləkli, soyuq və ya isti olması dodaqlara da təsir edir. Onlar çatlayır, quruyur. Bu isə xanımların sevmədiyi hallardan biridir. Sizə evdə hazırlaya biləcəyiniz bir neçə maska təqdim edirik:. Şəkər tozu və bal

Dəriniz bununla hər zaman cavan qalacaq

Nəmləndirmə dərinin cavan qalmasında böyük rol oynayır. Məhz nəmlilik dəriyə elastiklik, hamarlıq və təravət bəxş edir. Quru dəri həmişə qoca görünür. Buna görə də nəmləndirmə üçün nəzərdə tutulan bu prosedurlardan istifad

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

Əllər qulluq tələb edir

Əllərimizin dərisi soyuğa və küləyə qarşı çox həssasdır. Qış aylarında əllərimizin dərisi quruyur, codlaşır və çatlayıb qanayır. Bunun üçün üz dərimizə qulluq etdiyimiz qədər, əllərimizin də qayğısına qalmalıyıq. Xanımlar