Dəri xəstəliklərindən qorunmaq üçün...

Dəri xəstəliklərindən qorunmaq üçün...Dəri xəstəliklərinə daha çox yay aylarında rast gəlinir. İnsanların təbiətlə daha çox təmasda olması onların çoxlu virus qapmalarına gətirib çıxarır. Günəş şüası isə dəri xəstəliklərinin daha da ağırlaşmasına gətirib çıxarır.
Dəri xəstəliklərinin müalicəsi uzun vaxt aparır. Onlar zədələyici təsirə malikdirlər. Virus tez bir zamanda yayılır və bəzən də epidemiya xarakteri daşıyır. Bəzən kiçik bir qızartı böyük, dəhşətli yaraya çevrilə bilər. Buna görə də dəri xəstəliklərinin qarşısını əvvəlcədən almaq vacibdir.
Piodermiya
Ağır dəri iltihabıdır. Xəstəlik zamanı dəridə irinli səpkilər əmələ gəlir. Bunların qarşısını ev şəraitində almaq mümkündür.
Təsirli məlhəm:
Sürvə, nanə və çobanyastığından eyni miqdarda götürüb qarışdır. Qarışıqdan 3 xörək qaşığı götürüb, 4 stəkan suya töküb, yarım saat saxla. Sonra onu süzüb, su ilə otu ayır. İslanmış otları irinli səpkilərin üstünə düzüb, 20 dəqiqə saxla. Otları götürdükdən sonra, dəmlənmiş suya batırılmış pambıqla sil.
Mərəçüyüdün (sparja) kökündən, gövdəsindən və ot hissəsindən götürüb qarışdır. Alınan qarışıqdan 3 çay qaşığı götürüb, 1 stəkan suya töküb, ağzıbağlı qabda 2 saat saxla. Bu məlhəmdən gündə üç dəfə 2 xörək qaşığı içmək piodermiyanı sağaldır.
Çiban
Müəyyən səbəblərdən dəridə əmələ gələn iltihablı yaradır. Çibanın çıxmasına natəmizlik səbəb olur.
Yumurtalı dərman
Bir yumurtanı təmiz qaba çırpıb, üstünə 1 çay qaşığı bal və azca un töküb qarışdır. Alınan məlhəmdən bir az götürüb, çibanın üstünə qoyub, tənziflə bağla. Məlhəmi hər 4 saatdanbir dəyişdir.
Dolama
Kəskin irinli böyük yaradır. Əsasən, barmaqda rast gəlinir. Vaxtında müalicə olunmasa barmaqda dərin qüsur qala bilər.
Yaranı sağaltmaq üçün:
Məlhəm üçün sənə 50 qr. kanifol, donuzun iç piyi və arı mumu lazım olacaq. İçərisi su ilə dolu olan qabı sobaya qoy. Su qaynayanda üstünə başqa bir qab qoyub, içərisinə arı mumunu və xırdalanmış kanifolu töküb əriyənə qədər qarışdır. Sonda donuzun iç piyini əlavə edib ərit. Məlhəmi dolamanın üstünə qoyub, bintlə sarı. 2 gündən sonra irin sağalacaq.

Tarix: 25 iyun 2021

Xəbərlər

Düyülü pilinqlə dəriniz daha cavan görünəcək

Tərkibində çoxlu miqdarda B vitamini olan düyü dəri üçün ən yaxşı qoruyucu vasitələrdən biridir. Yapon qadınlarının təmiz və hamar dərilərinin sirri də elə düyü maskası və kirşanıdır. Tərkibindəki RR vitamini streslə mübariz

Həm saçınızın, həm də üzünüzün qayğısına qalacaq

Aloe bitkisindən (əzvay və ya "aloe vera" da adlandırırlar) müxtəlif xəstəliklər zamanı istifadə olunur. Bu bitkinin əsasında müxtəlif dərman preparatları, yağlar, kremlər və s. vasitələr hazırlanır. Bitkidən hazırlana

Quru dəri üçün avokado maskası

Xanımlar adətən quru dəridən şikayət edirlər. Quruluq daha çox yanaq və burun ətrafı hissələrdə nəzərə çarpır. Bu cür dəriləri yalnız sərin və yaxud otaq temperaturunda olan su ilə yumaq məsləhətdir. Soyuq və ya isti su damarlar

Dərinizin cavan qalması üçün...

Nəmləndirmə dərinin cavan qalmasında böyük rol oynayır. Məhz nəmlilik dəriyə elastiklik, hamarlıq və təravət bəxş edir. Quru dəri həmişə qoca görünür. Buna görə də nəmləndirmə üçün nəzərdə tutulan bu prosedurlardan istifad

Üzə necə qulluq edilir?

Mövsüm dəyişikliyi zamanı dəridə bir sıra dəyişikliklər baş verir. Ona görə də yayda üz dərisinə qulluq xüsusilə vacibdir, çünki həmin dövrdə dəri daha həssas, zəifləmiş və allergiyaya meyilli olur. Dəri gündə iki dəfə

40 yaşınız varsa, üzünüzə bunları edin

40 yaşdan sonra dərinin 35 yaşındakı kimi qalması üçün ona ən azı 38 yaşından başlayaraq, xüsusi qulluq etmək lazımdır. Amma yenə də gec deyil. Bacardıqca gündən uzaq durun, günəş altında gəzərkən başınıza, üzünüzə kölg

Qırışları hamarlaşdıran soda maskası

Üzdəki qırışların çoxalması insanın yaşlı görünməyinə səbəb olur. Qırışlarla mübarizədə təsirli vasitələrdən biri də sodadır. Soda üzdəki bakteriyaları yox edərək məsamələri açır və dərinin nəfəs almasına kömək edir. 2 xörə

Öz dəri tipinizi bilirsinizmi?

Müəyyən makiyaj və qulluq vasitələrindən istifadə etmək üçün mütləq hansı dəri tipinə malik olduğunuzu bilməlisiniz. Hər bir insanda fərqli dəri növü mövcuddur. Dəri növünün dəyişməsinin səbəbi üzdəki yağ vəzlər

Qara nöqtələrdən bu yolla qurtulun

Qara nöqtələr həm qadınların, həm də kişilərin problemidir. Onlardan qurtulmaq üçün müxtəlif üsullar var. Qara nöqtələrdən qurtulmaq üçün ən sadə və ucuz vasitəni təqdim edirik:. Bir çay qaşığı sodanı bir neçə damcı su il