Üzdəki tükləri tökən maska
Bir çox qadınlar üzlərindəki tüklərə görə kompleksə girir və müxtəlif üsullarla onlardan qurtulmağa çalışırlar.
Üzdəki tüklənmənin ciddi bir sağlamlıq problemi olmadığı bilinir, ancaq bəzən hormonal dəyişikliklər də buna səbəb ola bilir. Ailem.az üzdəki arzuolunmaz tüklərdən təbii yollarla qurtulmaq üçün reseptlər təqdim edir.
Bal və limon suyu resepti
Lazım olanlar:
- 3 xörək qaşığı şəkər tozu
- 1 xörək qaşığı bal
- 1 çay qaşığı limon suyu
Hazırlanması:
Bir kasaya bal və şəkər tozunu əlavə edin. Qarışımı 2-3 dəqiqə mikrodalğalı sobada saxlayın. Şəkər tozu əridikdən sonra ona limon suyunu əlavə edib qarışdırın. Qarışım soyuduqdan sonra tük olan yerlərə yavaşca sürtün. Daha sonra üzünüzdən dartaraq qoparın. Bu üsul azacıq ağrılı olsa da, tükləri mükəmməl bir şəkildə yox edəcək.
Qarğıdalı unu, yumurta və şəkər tozu
Lazım olanlar:
- 2 xörək qaşığı qarğıdalı unu
- 1 yumurta
- 1 xörək qaşığı şəkər tozu
Hazırlanması:
Yumurtanın ağını bir kasaya qoyun. İçinə qarğıdalı unu və şəkər tozunu töküb qarışdırın. Qarışımı üzünüzdə tük olan yerə sürtərək, qurumasını gözləyin. Daha sonra bu maskanı üzünüzdən çəkib çıxarın və ilıq su ilə üzünüzü durulayın.
Təsirli nəticə almaq üçün bu maskanı həftədə 3-4 dəfə vura bilərsiniz.
Ayaqlara düzgün qulluq metodları
Yorğun keçən iş gününün sonunda ayaq əzələləri gərginləşir, ağrılar və sancma yaranır. Ev şəraitində ayaqlara düzgün qulluq metodlarını təqdim edirik. 1. Pilinq edin. Ayaqlardakı yorğunluğu aradan qaldırmaq üçün masajla yanaş
Bu maska dərini cavanlaşdırır
Dərinizin daha təravətli və gözəl görünməsini istəyirsinizsə, ona davamlı olaraq baxım göstərməlisiniz. Cökə maskası dərinin yaşlanmasını gecikdirir və ona rahatlıq bəxş edir. Maskanın tərkibi:. - Cökə yarpağı. - 1 finca
Evdə hazırlanan makiyaj təmizləyici
Dərinin sağlamlığını və gözəlliyini qorumaq üçün onu təmiz tutmaq vacibdir. Bu səbəbdən makiyajı üzünüzdən tam təmizlədiyinizə əmin olmalısınız. evdə hazırlaya biləcəyiniz makiyaj təmizləyicini təqdim edir. Tərkibi. 2 xörə
Üzünüzə və saçlarınıza bununla qulluq edin
Bəzən ləzzətli yemək hazırlayarkən fərqində olmadan hər hansı ərzağın faydalı hissəsini atırıq. Bunlardan biri də düyünü saxladığınız sudur. Gecədən suya yumşalması üçün qoyduğunuz düyü dənəciklərinin sudakı təsirindən cildinizi
Dodaqları daha həcmli göstərəcək addımlar
Daha dolğun dodaqlara sahib olmaq üçün estetik müdaxilələrlə yanaşı təbii yollar da var. Bəzi idman hərəkətləri sayəsində özünüz üçün problem olaraq gördüyünüz bu vəziyyəti aradan qaldıra bilərsiniz. Dodaqları büzmək. Dodaqlarınız
Dərini parıldadan alma maskaları
Alma dəridən ölü hüceyrələri təmizləmək sızanaqlar, qara nöqtələrdən xilas olmanıza köməkçi olan bir meyvədir.Bu gün sizlərə almadan hazırlanan 2 gözəl maskanı təqdim edirəm əziz xanımlar.Təqdim etdiyim maska hər növ dər
Günəş şüaları dərinizi yandırıbsa...
Günəş şüalarının yandırdığı dərini müalicə etmək üçün bir çox yol var. Bu prosesdə yeməkdən tutmuş geyimə qədər hər şeyə diqqət etmək vacibdir. günəş şüalarının yandırdığı dərini müalicə edərkən buraxılan yanlışları təqdi
Göz torbalarını aradan qaldırmaq üçün üsullar
Bildiyimiz kimi göz ətrafındakı dəri həssas və zərif olur. Buna görə də göz altı torbalar insanı yorğun və qeyri-sağlam göstərir. sizə gözaltı torbalarını aradan qaldırmaq üçün effektiv üsulları təqdim edir. Bol-bol su için
Yayda üz dərisinə faydalı maskalar
Yayda üz dərimiz istinin, tozun təsirilə tez-tez yağlanır. Bu yağlanmanın qarşısını təbii üsullarla almağa çalışırıq. Çünki kimyəvi məhsullar isti yay günlərində üz dərisini daha da yağlandıra bilər. Məsamələri daraltma