Yayda üz dərisinə faydalı maskalar

Yayda üz dərisinə faydalı maskalarYayda üz dərimiz istinin, tozun təsirilə tez-tez yağlanır. Bu yağlanmanın qarşısını təbii üsullarla almağa çalışırıq. Çünki kimyəvi məhsullar isti yay günlərində üz dərisini daha da yağlandıra bilər.
Məsamələri daraltmaq üçün
Bu maska üçün sizə 1 ədəd yumurta və ¼ hissə limon lazımdır. Yumurtanın ağını çalın, üzərinə limonun suyunu sıxıb yenidən qarışdırın. Təmizlənmiş üzə bir qat bu qarışımı çəkin və qurumağını gözləyin. Quruduqdan sonra bir daha üzərindən maskanı çəkin, 15 dəqiqə qurumağını gözləyin. Və soyuq su ilə yuyun. Maskanın effektli olması üçün maskadan sonra üzünüzə uyğun yüngül tərkibli nəmləndirici krem çəkin.
Təmizləyici maska
Bunun üçün sizə 1 ədəd yumurta ağı, 8-10 kapsul çayağacı yağı, 1 ç.q bal və yulaf əzməsi lazım olacaq. Bütün bunları qarışdırın və təmiz üz dərinizə çəkin. 15 dəqiqə saxlayın və soyuq su ilə yuyun. Bu maska sizin dərinizə quruluq təsiri bəxş edəcək.
Qidalandırıcı maska
Üz dərinizi nəmləndirib və qidalandırmaq üçün sizə əriklə meyvəli maska resepti kömək ola bilər. 1 ədəd əriyi blenderdən püre halına gələnə qədər keçirin, üzərinə 1 x.q. süd əlavə edin. Üz və boyun dərinizə çəkin, 10 dəqiqədən sonra soyuq su ilə yuyun.
Bir az quruluq bəxş edən maska
Əla nəticə üçün adi çörək mayası kifayətdir. 1 x.q. quru maya, 1 x.q. qatıq və 1 x.q. limon suyunu yaxşıca qarışdırın, təmiz üz dərinizə çəkin. 25 dəqiqədən saxladıqdan sonra soyuq su ilə yuyun. Maskadan sonra üzünüzü nəmləndirmək üçün dərinizə uyğun yüngül tərkibli nəmləndirici krem çəkin.
Yağlı parlaqlıqdan qurtulmaq üçün maska
Yağlı dəridən azad olmaq üçün ən yaxşı maska seçimlərindən biri sözsüz ki, gil maskalarıdır. Bu maskalar tıxanmış məsamələri açır, yağlı parıltını aradan götürür və sızanaqları qurudur. 1 ç.q. gili otaq istiliyində olan suda həll edin. Çalışın qatı kütlə alınsın. Alınan məhlulu üz və boyun dərinizə çəkin, 20-25 dəqiqə saxlayın, soyuq su ilə yuyun. Bu maskanı ağ ya da ki, mavi gildən etsəniz yaxşı olar. Gil ilə maskanı həftədə 2 dəfə edə bilərsiniz.

Tarix: 23 iyul 2021

Xəbərlər

Gül suyu ilə dəriyə qulluq

Gül suyu dərini dərindən təmizləyir. -ın təqdim etdiyi qarışımla dərinizi təmizləyə bilərsiniz. Bu üsul allergiyası olan dərilər üçün tövsiyə edilmir. 6 yemək qaşığı gül suyu. 1 çay qaşığı qoxusuz kastilya sabunu (zeytu

Həssas dərilər üçün makiyaj məsləhətləri

Həssas dərilər üçün makiyaj etmək çox vaxt böyük bir problemə çevrilir. həmin dəriyə sahib olan xanımlar üçün makiyaj etməyin bəzi sirlərini açıqlayacaq. Öncə makiaj etdiyiniz ləvazimatların təmizliyinə riayət edin. İstifad

5 dəqiqəyə makiyaj etməyin sirri

Qadınların çoxu boş zamanları olmadığı üçün makiyaj etmədiklərini söyləyirlər. 80-cı illərdə edilən ağır makiyajlar üçün bu, etibarlı ola bilər. Ancaq vəziyyəti bu günün trendlərinə baxaraq qiymətləndirsək, artıq makiya

Mat pomadaların istifadə qaydası

Mat pomadalar hər yay dəbdə olur. Lakin ondan istifadə etməklə dodaqlardakı bütün qüsurları ortaya qoya bilərsiniz. Dodaqlarınız qurudursa, sağlamsız görünürsə, mat pomada istifadə etməzdən əvvəl bir sıra nöqtələrə diqqə

Yayda necə makiyaj edək?

Makiyaj sevən xanımlar yay aylarında bəzi çətinliklərlə üzləşirlər. İsti günlərdə bədən temperaturunun artması tər vəzilərinin ifrazatını fəallaşdırır. Buna görə də, üzdəki makiyaj ya axır, ya da dərinin bükülü hissələrind

Göz makiyajı edərkən gözləri necə qoruya bilərik?

Göz dünyaya açılan pəncərədir. Kimyəvi makiyaj məhsulları zamanla gözlərdə problem yarana bilər. Buna görə də, ehtiyatlı olmaq lazımdır. Mütləq etibarlı marka istifadə edin. Etibarlı markadan istifadə etməlisiniz, makiya

Seyrək qaşlar üçün 5 məhsul

Xanımların əksəriyyəti qaşlarının seyrək olmasından, tökülməsindən şikayət edirlər. xəbər verir ki, bu problemlə mübarizə aparmaq üçün lazım olan ərzaqların əksəriyyəti mətbəximizdə mövcuddur. Sarımsaq. Ta qədim zamanlarda

Bunlar sızanaqları aradan qaldırır...

Mütəxəssislər mövsümi olaraq görünən sızanaqların 5 gün davam etsə də, yediyiniz qidalara diqqət edərək bu müddəti 2 və ya 3 gün azalda biləcəyinizi bildirir. sızanaqları aradan qaldıran qidaları sizə təqdim edir:. Kök. Kö

Kirpik tökülməsinin səbəbləri

Kirpiklərinin tökülməsinin müxtəlif səbəbləri ola bilər. xəbər verir ki, bunlardan biri də kirpiklərə çəkilən tuşu silmədən yatmaqdır. Bu, kirpiklərin nəfəs almasına mane olur. Digər səbəblər isə bunlardır:. - Stress. - B1