Göz torbalarını aradan qaldırmaq üçün üsullar

Göz torbalarını aradan qaldırmaq üçün üsullarBildiyimiz kimi göz ətrafındakı dəri həssas və zərif olur. Buna görə də göz altı torbalar insanı yorğun və qeyri-sağlam göstərir.
Kosmetika.az sizə gözaltı torbalarını aradan qaldırmaq üçün effektiv üsulları təqdim edir.
Bol-bol su için
Göz altındakı duz konsentrasiyası səbəbindən burda suyun yığılması baş verir. Bu da torbaların yaranmasına səbəb olur. Buna görə də çalışın duzlu yeməklərdən çəkinin. Qəhvə və spirtli içkilərdən uzaq durun.
Soyuq kompreslər edin
Qaşıqları buzlu suda isladıb, daha sonra torbaların üzərinə qoymaq asan və keyfiyyətli üsullardan biridir. Çünki soyuq torbaları yığır. Başqa bir üsul pambığı soyuq su və ya südlə isladaraq torbaların üstündə 15-20 dəqiqə saxlamaqdır.
Təbii vasitələrdən maskalar hazırlayın
Yumurtanın ağını göz altlarına tətbiq edin və 15 dəqiqə sonra soyuq su ilə yuyun. Bu zaman göz altındakı torbalar yığılacaq və dəri dartılacaq.
Bu problemi aradan qaldırmaq üçün ikinci təbii vasitə isə aloe bitkisinin gelidir. Bu geli göz ətrafına yavaşca yeridin. O qırışları hamarlaşdıracaq. Bu həmçinin üzünüzün nəmləndirmək üçün də effektiv üsuldur.
Bunlardan əlavə, yaşıl çay, kartof və xiyar dilimi də göz altı torbalarla mübarizə aparmağa kömək edir.
Yuxusuz qalmayın
Gözaltı torbaları aradan qaldırmaq üçün yuxu rejiminə mütləq fikir vermək lazımdır. Bunun üçün 8-9 saat yatmaq şərtdir.

Tarix: 24 iyul 2021

Xəbərlər

Yayda üz dərisinə faydalı maskalar

Yayda üz dərimiz istinin, tozun təsirilə tez-tez yağlanır. Bu yağlanmanın qarşısını təbii üsullarla almağa çalışırıq. Çünki kimyəvi məhsullar isti yay günlərində üz dərisini daha da yağlandıra bilər. Məsamələri daraltma

Gül suyu ilə dəriyə qulluq

Gül suyu dərini dərindən təmizləyir. -ın təqdim etdiyi qarışımla dərinizi təmizləyə bilərsiniz. Bu üsul allergiyası olan dərilər üçün tövsiyə edilmir. 6 yemək qaşığı gül suyu. 1 çay qaşığı qoxusuz kastilya sabunu (zeytu

Həssas dərilər üçün makiyaj məsləhətləri

Həssas dərilər üçün makiyaj etmək çox vaxt böyük bir problemə çevrilir. həmin dəriyə sahib olan xanımlar üçün makiyaj etməyin bəzi sirlərini açıqlayacaq. Öncə makiaj etdiyiniz ləvazimatların təmizliyinə riayət edin. İstifad

5 dəqiqəyə makiyaj etməyin sirri

Qadınların çoxu boş zamanları olmadığı üçün makiyaj etmədiklərini söyləyirlər. 80-cı illərdə edilən ağır makiyajlar üçün bu, etibarlı ola bilər. Ancaq vəziyyəti bu günün trendlərinə baxaraq qiymətləndirsək, artıq makiya

Mat pomadaların istifadə qaydası

Mat pomadalar hər yay dəbdə olur. Lakin ondan istifadə etməklə dodaqlardakı bütün qüsurları ortaya qoya bilərsiniz. Dodaqlarınız qurudursa, sağlamsız görünürsə, mat pomada istifadə etməzdən əvvəl bir sıra nöqtələrə diqqə

Yayda necə makiyaj edək?

Makiyaj sevən xanımlar yay aylarında bəzi çətinliklərlə üzləşirlər. İsti günlərdə bədən temperaturunun artması tər vəzilərinin ifrazatını fəallaşdırır. Buna görə də, üzdəki makiyaj ya axır, ya da dərinin bükülü hissələrind

Göz makiyajı edərkən gözləri necə qoruya bilərik?

Göz dünyaya açılan pəncərədir. Kimyəvi makiyaj məhsulları zamanla gözlərdə problem yarana bilər. Buna görə də, ehtiyatlı olmaq lazımdır. Mütləq etibarlı marka istifadə edin. Etibarlı markadan istifadə etməlisiniz, makiya

Seyrək qaşlar üçün 5 məhsul

Xanımların əksəriyyəti qaşlarının seyrək olmasından, tökülməsindən şikayət edirlər. xəbər verir ki, bu problemlə mübarizə aparmaq üçün lazım olan ərzaqların əksəriyyəti mətbəximizdə mövcuddur. Sarımsaq. Ta qədim zamanlarda

Bunlar sızanaqları aradan qaldırır...

Mütəxəssislər mövsümi olaraq görünən sızanaqların 5 gün davam etsə də, yediyiniz qidalara diqqət edərək bu müddəti 2 və ya 3 gün azalda biləcəyinizi bildirir. sızanaqları aradan qaldıran qidaları sizə təqdim edir:. Kök. Kö