Üz quruluşuna uyğun qaşların forması

Üz quruluşuna uyğun qaşların formasıMəktəbdə həndəsəni sevmədiyiniz halda belə, qaşları "inşa" etmək əlinizdən gələ biləcək bir işdir. Makiyajın müasir olması üçün qaşların forması böyük rol oynayır: onlar tək xasiyyət yaratmaqda deyil, həm də üzün harmoniyasını və onun simmetrik olmasını təmin etməkdə kömək edirlər. Qaşın formasını seçdikdə məşhurların şəkillərinə, dəbdə olanlara və şəxsi zövgə güvənmək düzgün deyil. Təbiətin öz qaydaları var və onları əməl etsək çatışmazlıqları gizlətmək və yaxşı cəhətləri vurğulamaq olar.
1-ci addım: formanı təyin edirik
Qaşların korreksiyası üçün təməl sxem mövcuddur və bu sxemə əsasən qaşlarda üç nöqtə var: oturacaq, qırılma nöqtəsi və uc nöqtə.
Sxemi istifadə edərək 3 addıma ideal qaş formasını inşa edin:
Vizual olaraq burun deşiyindən yuxarıya doğru şaquli xətt çəkin, bunun üçün istənilən makiyaj fırçasını istifadə edə bilərsiniz. Qaşın və xəttin kəsişdiyi nöqtədə oturacaq yerləşir. Xəttin xaricində olan və burunun üst hissəsinə istiqamətləndirilmiş bütün tüklər lazımsızdırlar və onlardan qurtulmaq gərəkdir.
İkinci vizual xətti burun deşiyindən gözün rəngli qişasının xarici ucuna tərəf çəkin və qırılma xəttini - qaşın ən yüksək nöqtəsini təyin edin.
Burun deşiyinin ucundan gözün xarici ucuna tərəf çəkilən xətt qaşın ucunu təyin etməyə kömək edəcəkdir.
Təməl sxem qaşların üzün tənasübünə uyğun olduğundan və üzün digər hissələrinə nəzərən harmoniyanın qorunub saxlanıldığından əmin olmağa kömək edir. Düzgün yerləşdirilməyən qırılma xətti üzünüzdə təəcüb və ya çaşqınlıq ifadəsinin əks olunmasına səbəb ola bilər, çox qısa qaşlar isə gözləri vizual olaraq kiçildə bilərlər.
2-ci addım: üzün növünü nəzərə alırıq
Oval üzdə üzün yuxarı hissəsi aşağı çənə hissəsindən bir az daha genişdir, alın və çənə isə rəvan cizgilərə malikdirlər. Üzünüz həlim oval formasına malik olduğu halda, qaşların korreksiyası üçün təməl sxem sizin üçün kifayətdir. Əks halda isə, qaşların uyğun makiyajı vasitəsilə üz cizgilərini vizual olaraq hamarlaşdırmaq olar.
Alından çənəyə qədər olan məsafə bir qulaqdan digər qulağa qədər olan məsafəyə bərabərdirsə, üz yumru hesab edilir. Yumru üzlü xanımlar çox vaxt öz yanaqlarını bəyənmirlər və onları iti almacıq halına gətirmək üçün konturinq üçün kirşanı ikiqat çəkirlər. Amma, bunu etməyin daha da effektiv üsulu var - qaşların qırılma nöqtəsini yüksəkliyini və aydınlığının təmin edilməsi. Bir qayda olaraq, yumru üzdə qəti cizgilər olmur və belə bir qaş forması üzü daha da cəlbedici şəkilə gətirir.
Üçbucaq formalı üzdə çənə iti olur və aşağı hissəsəyə doğru üz daralır, bu səbəbdən alın hissəsi çox böyük görsənə bilər. Belə üz quruluşunu yumşaltmaq üçün yumru formalı qaşlar uyğundurlar.
Düzbucaqlı və kvadrat üzü fərqləndirən əsas əlamət enli çənədir. Maksimal sınıq nöqtə gözün orta nöqtəsinin üzərində yerləşdikdə ideal nəticəyə nail olmaq olar, beləki bu vizual olaraq üzü kiçildir. Nəzərə almaq lazımdır ki, belə üz quruluşuna qısa və nazik qaşlar yaraşmırlar.
3-cü addım: makiyaj vasitəsilə korreksiya
Qaşların formasını seçdikdən sonra makiyaja keçə bilərik. Təbii görünüş dəbdə olduğu üçün qaş üçün THE ONE kölgələri məsləhətdir. Onlar boşluqları doldurmağa, qaşları daha da ifadəli etməyə, formanı korreksiya etməyə və hətta assimetriyanı aradan qaldırmağa kömək edəcəklər.
Qaşlar üçün məhz sizə uyğun olan vasitələri seçmək çətindir, amma bu paletka ilə siz tam makiyaj üçün lazımi olan hər şeyi əldə edəcəksiniz:
Kölgələr universal çalarlara malik olduğundan hər kəsə uyğundurlar - həm sarışınlara, həm də qara saçlı xanımlara. Onlar yumşaq teksturalı olduqları üçün asanlıqla çəkilirlər, tuşlanırlar və təbii, donuq və məxməri nəticəni təmin edirlər.
Rəngsiz vosk formanı və rəngi fiks edir və makiyajın qalıcılığını təmin edir. Onu kölgələrdən sonra çəkmək lazımdır.
Dəstdə yerləşən iki fırça qaşların lazımi formasının təyin edilməsini təmin edirlər. Onlar xovun sıxlığına görə fərqlənirlər: qara rəngdə olan kölgələr üçün, ağ olan isə vosk üçün istifadə edilir.
Paletkanın addımlarla istifadə qaydası:
Tükləri yuxarı istiqamətdə darayın. Bu formanın mənimsədilməsi prosesini sadələşdirəcək.
Üzün forması və quruluşu ilə əlaqəli tövsiyələri nəzərə alaraq qaşların yuxarı və aşağı sərhədlərini çəkin.
Tüklər arasında olan boşluqları yüngül cizgilərlə doldurun. Qaşın oturacaq hissəsində açıq çalarlardan istifadə edin, sınıq və uc nöqtələrində isə tünd rənglərdən istifadə edin – nəticədə qaşlar daha da ifadəli olacaqdır.
Vosk istifadə edin: fırçanın üzərinə əlavə edin və yüngül hərəkətlərlə, sanki darayırmışsınız kimi qaşınıza çəkin. Vosk tükləri fiks edərək qaşları vizual olaraq daha da sıx görsənməsini təmin edəcəkdir.

Tarix: 21 iyun 2021

Xəbərlər

Sallaq göz qapaqları üçün oxlar

Sallaq göz qapaqları üçün meyk-ap mütəxəssis Qalina İlyinanın addımlarla göstərilən makiyaj dərsilə tanış olun və göz qapaqlarını düzəltmək üçün THE ONE məhsullarını istifadə edin. Addım 1: dərinin hazırlanması. Göz qapaqlarındak

Arzulanan mat dodaq boyası

Məxmər rəngli dodaqlara trend artıq neçə ildir ki, dəbdən düşmür. Dodaqlarda zəngin çalarları rahatlaşdıran cəlbedici məxmər teksturalı və nəmləndirici inqrediyentlərlə qidalandırıcı mat dodaq boyası Giordani Gold Iconi

Ayaqlara spa-qulluq

Ayaqlarının səni yorulmadan dünyaya aparmaları üçün və istənilən ayaqqabıda (və ya ayaqqabısız) gözəl görünmələri üçün onlara hörmətlə yanaş. Məsələn, onları spa-ya apar. Və ya öz evində spa təşkil et!. ADDIM 1: DƏRİNİ TƏMİZL

Gün boyu makiyajı mat saxlamaq...

Gün boyu makiyajı mat saxlamağın öz qaydaları var:. Addım 1: dərinin hazırlanması. Yağlı parıltı bir çox problemə səbəb olur, buna görə ciddi şəkildə dəri növünə görə seçilmiş gündəlik qulluq vacibdir. Artıq sebum istehsalında

Şərq makiyajı

Şərq gözəlinə çevrilməyə kömək edəcək hansı fəndlər var? Qazaxıstanda THE ONE Beauty Award 2019 qalibi vizajist Robert Aldiyarov ən çox verilən sualları cavablandırır. Şərq göz qapağında hansı oxları çəkmək daha yaxşıdır?

Metalik effektli dodaq boyasını çəkmək qaydası

THE ONE Colour Stylist Ultimate seriyasında mat metal effektli yeni dodaq boyası çıxdı. Qalina İlyina qeyri-adi məhsulu hansı makiyajla uyğunlaşdırmaq lazım olduğunu və öz çalarını necə seçməyi izah edir. The ONE yeni məhsulu

Hiperpiqmentasiyanı azaltmaq üçün 5 üsul

Xarici amillərin təsiri altında dəri hər yaşda daha solğun, ton isə daha qeyri-bərabər ola bilər. Hiperpiqmentasiya problemini və dəri tonundakı digər dəyişiklikləri nəzarət altında saxlamaq üçün 5 layfxak hazırladıq. Düzgü

Fırçaya görə tuşu seçmək

Kipriklər üçün tuşda ən vacib şey (formuldan başqa) fırçadır. Kipriklərinin uzun, burulmuş, həcmli və ayrılmış olması məhz onun formasından asılıdır. Verilib: düz kipriklər. Lazımdır: əyilmə və ifadəlilik. Sənə lazımdır

Tonal kremlə işlədikdə 6 səhv

Mükəmməl dəri tonu qüsursuz makiyaj üçün lazımlı şərtdir. Lakin ən yaxşı makiyaj ustaları belə bəzi hallarda bütün əziyyətlərinin puça gedəcəyi səhvi edirlər. Bu gün biz sizə onlardan necə qaçmağı öyrədəcəyik. 1. Səhv: sə