Sallaq göz qapaqları üçün oxlar

Sallaq göz qapaqları üçün oxlarSallaq göz qapaqları üçün meyk-ap mütəxəssis Qalina İlyinanın addımlarla göstərilən makiyaj dərsilə tanış olun və göz qapaqlarını düzəltmək üçün THE ONE məhsullarını istifadə edin.
Addım 1: dərinin hazırlanması
Göz qapaqlarındaki dəri çox nadir hallarda ideal tona malik olur. Dərini düzgün hazırlamaq lazımdır ki, makiyaj səliqəli və dayanıqlı olsun (bu xüsusilə yağlı dəri üçün önəmlidir). Kapilyarları görünməz etmək üçün konsiler və yüngül layla kirşan tətbiq edin və ya çox tüklü fırça ilə hərəkət edən göz qapağına açıq kölgələr tətbiq edin. Bunun üçün əminliklə universal məhsul olan "Bej nyud" THE ONE istifadə edə bilərsiniz. Quru məhsulun layı lazımsız sebumu hopduracaqdır və daha tünd çaların yayılması prosesini sadələşdirəcəkdir.
Addım 2: tünd çaların tətbiq edilməsi
İki növ sallaq göz qapaqları mövcuddur: xarici küncə doğru sallaq və ya gözün mərkəzinə doğru sallaq.
Güzgüyə baxın və göz qapağınızın hansı hissədə kirpiklərin böyümə xəttinə toxunduğunu təyin edin. Sallanmanı tündləşdirmə ilə vizual olaraq gizlətmək üçün sallanma hissəsinə qəhvəyi rəngdə kölgə tətbiq edirik. Çalar çox tünd olmalı deyil, çünki biz təbii kölgəni təqlid edirik. Mən "Donuq latte" THE ONE bəyənirəm: o, konturinq üçün kirşanı xatırladır.
Mənim halımda göz qapağı xarici küncə doğru sallanır. Daha əvvəl istifadə etdiyimiz çox tüklü fırça ilə kölgəni bu hissəyə tətbiq edirəm. Gözün formasını uzun etmək üçün ehmalca gicgaha doğru yayıram.
Sizin göz qapaqlarınız gözün mərkəzinə doğru sallanırlarsa, tünd rəngi büküşə tətbiq etməlisiniz. Baxmayaraq ki, sallaq göz qapağı ilə büküşün yeri seçilməyə bilər, onun yerini təyin etmək asandır. Fırçanın aşağı hissəsini qaşdan bir az aşağı olan sahəyə yerləşdirin. Orbital sümüyün sərhəddində batıqlıq hiss edirsiniz? Məhz bu hissədə yuxarı göz qapağı boyunca tünd kölgə tətbiq etmək lazımdır.
Yekunlaşdırdıqdan sonra makiyajı açıq gözlərlə yoxlayın: əmin olun ki, gözlər açıq olduqda tünd hissə görsənir və sallaq göz qapağı altında itmir.
Addım 3: kirpiklər arasında ox
Kirpiklərin arasında olan sahəyə və yuxarı selikli qişaya qələm çəkirik - bu vizual olaraq kirpiklərin sıx görünməsini, dərin baxış effektinin yaranmasını və gözün həcmli görünməsini təmin edəcəkdir. Bu addım oxlarla makiyaj üçün zəruridir: kirpiklərin arasında boşluqlar olmalı deyil, əks halda oxlar səliqəsiz görsənəcəklər.
Bunun göz qapağına travma yetirməyən və dolğun xətt yaradan yumşaq və piqmentli qələm seçin. Mən THE ONE High Impact maye göz qələmi istifadə edirəm.
Bu addımdan sonra tuşu tətbiq etmək və yekunlaşdırmaq olar - sallaq göz qapağı üçün gündəlik meyk-ap hazırdır. Lakin biz davam edirik və oxları çəkməyi öyrənirik.
Addım 4: oxlar
Sallaq göz qapağı üçün makiyajın məqsədi - baxışda olan "ağırlığı" azaltmaq və gözləri daha nəzərəçarpan etməkdir.
Ox maksimal olaraq nazik və qısa uclu olmalıdır: belə xətt göz qapağının ağır görsənməsinin qarşısını alır və qırılmır.
Uğurun açarı - sallaq göz qapağı altında dağılmayan və super dayanıqlı məhsuldur. Mən THE ONE maye göz qələmini bəyənirəm, o ilk laydan sıx xətt yaradır və makiyaj silinənədək silinmir.
İlk olaraq kirpiklərin böyümə xəttinin sərhədilə xətt çəkirik. Daxili küncdə xətt nazik olmalıdır, xarici küncdə isə bir az daha qalın. Qalınlığı təzyiq ilə tənzimləmək olar: qələmin üzərinə nə qədər güclə bassanız xətt o qədər qalın olacaqdır. İkinci üsul — ilk olaraq bütün göz qapağı boyunca nazik xətt edin və daha sonra xarici küncün qalın edin.
İndi xəttin ucunu çəkirik. Diqqət yetirin: trayektoriyanın qurulması zamanı xəttin ucu göz qapağının aşağı xəttinin davamı olmalıdır. Ondan daha aşağı hissəyə keçmək olmaz! Bu baxışın daha da aydın və gözlərin vizual olaraq yuxarı olması üçün lazımdır.
Aşağı kirpiklərin xəttinə əsaslanaraq oxun ucunun aşağı kənarını çəkin. Onu yuxarı göz qapağındaki xəttlə birləşdirin və alınan üçbucaqlının daxilini rəngləyin.
Addım 5: aşağı göz qapağının tündləşdirilməsi və kirpiklər
Gözlərin həcmli görünməsi üçün gəhvəyi çalarlı kölgəni dayaz fırça vasitəsilə aşağı göz qapağına tətbiq edin. Göz bəbəyinə çatdıqda dayanın və tündləşdirməni daxili küncə kimi davam etdirməyin.
Kirpiklərə tuşu maksimal dərəcədə sıx tətbiq edin və sanki onlarla göz qapağını bağlamaq üçün kirpikləri yuxarıya doğru çəkin.
Sız və həcmli kirpiklər sallaq göz qapağının görünüşünü yaxşılaşdırırlar.
Hazırdır!

Tarix: 21 iyun 2021

Xəbərlər

Arzulanan mat dodaq boyası

Məxmər rəngli dodaqlara trend artıq neçə ildir ki, dəbdən düşmür. Dodaqlarda zəngin çalarları rahatlaşdıran cəlbedici məxmər teksturalı və nəmləndirici inqrediyentlərlə qidalandırıcı mat dodaq boyası Giordani Gold Iconi

Ayaqlara spa-qulluq

Ayaqlarının səni yorulmadan dünyaya aparmaları üçün və istənilən ayaqqabıda (və ya ayaqqabısız) gözəl görünmələri üçün onlara hörmətlə yanaş. Məsələn, onları spa-ya apar. Və ya öz evində spa təşkil et!. ADDIM 1: DƏRİNİ TƏMİZL

Gün boyu makiyajı mat saxlamaq...

Gün boyu makiyajı mat saxlamağın öz qaydaları var:. Addım 1: dərinin hazırlanması. Yağlı parıltı bir çox problemə səbəb olur, buna görə ciddi şəkildə dəri növünə görə seçilmiş gündəlik qulluq vacibdir. Artıq sebum istehsalında

Şərq makiyajı

Şərq gözəlinə çevrilməyə kömək edəcək hansı fəndlər var? Qazaxıstanda THE ONE Beauty Award 2019 qalibi vizajist Robert Aldiyarov ən çox verilən sualları cavablandırır. Şərq göz qapağında hansı oxları çəkmək daha yaxşıdır?

Metalik effektli dodaq boyasını çəkmək qaydası

THE ONE Colour Stylist Ultimate seriyasında mat metal effektli yeni dodaq boyası çıxdı. Qalina İlyina qeyri-adi məhsulu hansı makiyajla uyğunlaşdırmaq lazım olduğunu və öz çalarını necə seçməyi izah edir. The ONE yeni məhsulu

Hiperpiqmentasiyanı azaltmaq üçün 5 üsul

Xarici amillərin təsiri altında dəri hər yaşda daha solğun, ton isə daha qeyri-bərabər ola bilər. Hiperpiqmentasiya problemini və dəri tonundakı digər dəyişiklikləri nəzarət altında saxlamaq üçün 5 layfxak hazırladıq. Düzgü

Fırçaya görə tuşu seçmək

Kipriklər üçün tuşda ən vacib şey (formuldan başqa) fırçadır. Kipriklərinin uzun, burulmuş, həcmli və ayrılmış olması məhz onun formasından asılıdır. Verilib: düz kipriklər. Lazımdır: əyilmə və ifadəlilik. Sənə lazımdır

Tonal kremlə işlədikdə 6 səhv

Mükəmməl dəri tonu qüsursuz makiyaj üçün lazımlı şərtdir. Lakin ən yaxşı makiyaj ustaları belə bəzi hallarda bütün əziyyətlərinin puça gedəcəyi səhvi edirlər. Bu gün biz sizə onlardan necə qaçmağı öyrədəcəyik. 1. Səhv: sə

Quru və yağlı dərilər üçün tonal kremlər

Həm quru, həm də yağlı dərilər üçün məsləhətli tonal kremlər haqqında araşdırma apardıq. Bu yazıda sizə məhz onlardan bəhs edəcəyik. Vichy derma blend. Bu tonal krem əsasən qurudərili xanımlara məsləhət görülür. Örtücülüy