Metalik effektli dodaq boyasını çəkmək qaydası
THE ONE Colour Stylist Ultimate seriyasında mat metal effektli yeni dodaq boyası çıxdı. Qalina İlyina qeyri-adi məhsulu hansı makiyajla uyğunlaşdırmaq lazım olduğunu və öz çalarını necə seçməyi izah edir.
The ONE yeni məhsulun əsasında vizual həcm yaratmaq üçün yumşaq mat örtük intensivliyini metalik parıltı ilə birləşdirən innovativ parlaq dərinlik texnologiyası durur. Dodaq boyası asan çəkilir, zəngin çalara malikdir, əla qalıcılığı var və dodaqları gün ərzində qidalandırır.
Rəng seçimi zamanı klassik Color Stylist üçün işləyən sxem keçir - yeri gəlmişkən, sevdiyin dodaq boyası indi yenilənmiş qablaşdırmadadır! Həm klassik dodaq boyasının, həm də metalik çalarlı dodaq boyasının bütün çalarlarını görmək üçün və uyğun qələmi seçmək üçün linkin üstünə bas.
Lazımılı tonu seçmək üçün əllərinin dərisinin və damarlarının tonuna diqqət yetir.
Damarlar göy və ya bənövşəyidirsə, dəri çaları çəhrayı çalara daha yaxındırsa - soyuq alt tonlu çalarlara diqqət yetir (məsələn, Platin nüd, Şaxtalı bənövşə və ya Moruq buzu).
Göy-yaşıl damarlar və dəri tonu, sarıya yaxındırsa - isti alt tonu seç (Qızıl metalik, Bürünc terrakota, Parlaq şokolad).
Tez bir zamanda damarların çalarını təyin edə bilmirsənsə, çox güman ki, sənin dərinin alt tonu neytraldır. İşıqdan, günün və ilin vaxtından asılı olaraq o, isti və ya soyuğa yaxın ola bilər. İstənilən çalarları sınaqdan keçir!
Metaliki çəkmək asandır, ancaq bir neçə fənd var:
1. Dodaqların dərisi yumşaq və nəmləndirilmiş olmalıdır ki, dodaq boyası bərabər təbəqədə qalsın - parlaq çalarlar üçün. Soyulmalar yarandısa, skrab və qidalandırıcı balzamdan istifadə et.
2. Metallik üçün aydın kontur lazımdır - dodaq boyasına uyğun və ya dodaqların təbii çalarına maksimum yaxın tonlu dodaq qələmindən istifadə et.
3. Metalik dodaq boyasını bütün dodaqlara çəkməkdən qorxursansa, mərkəz boyunca yüngül vurğu ilə başla. Mat və ya kremli dodaq boyasından başla və alt dodağın ortasına parıltılı dodaq boyasını əlavə et - həcm üçün klassik layfxak. Metalik dodaq boyasını tona uyğun seçmək vacib deyil - kontrast birləşməni sına. Məsələn, mat qırmızı və ya şərab çalarlı dodaq boyası + qızılı metalik.
4. Parlaq və ya tünd çalarlarlı metalik dodaq boyası tamamlanmış bir vurğu olacaq - onu parlaq göz makiyajı və ya aktiv ənlik ilə birləşdirməyi məsləhət görmürəm. Və yüngül çalar isə, əksinə, smoky eyes-ı mükəmməl şəkildə tamamlayacaqdır.