Tonal kremlə işlədikdə 6 səhv
Mükəmməl dəri tonu qüsursuz makiyaj üçün lazımlı şərtdir. Lakin ən yaxşı makiyaj ustaları belə bəzi hallarda bütün əziyyətlərinin puça gedəcəyi səhvi edirlər. Bu gün biz sizə onlardan necə qaçmağı öyrədəcəyik.
1. Səhv: sən tonal kremi maska kimi çəkirsən.
Bilirsənmi ki, tonal kremi hər gün bütün üzə çəkməyə ehtiyac yoxdur? Ən çox o sənə qeyri-bərabər dəri tonunu eyniləşdirməyə, qızartıları və bəzi qüsurları gizlətmək üçün lazımdır. İstənilən halda tonal kremi saçların çıxan zonasına çəkməyi məsləhət görmürük. Qızarmış zonalara isə tonal krem deyil, konsiler işlətmək daha çox məsləhət görürük.
Yüngül tonal krem kimi biz sənə Giordani Gold CC-krem məsləhət görürük.
2. Səhv: çənə hissəsində daha çox dayanırsan.
Biz daha öncə tonal kremi bütün üzə çəkməməyi məsləhət gördük. Lakin sən buna baxmayaraq tonal kremi üzün hər bir hissəsinə çəkmək qərarına gəldinsə, boyun hissəsini də unutma. Daha sonra fırça və ya süngər ilə üz və boyun arası hissədəki tonal kremi yaxçıca yayaraq dəri tonlarını bərabərləşdir.
Üzün tonal kremlə tam örtülməsi üçün biz The ONE Everlasting Extreme Foundation məsləhət görürük.
3. Səhv: sən düzgün ənlikdən istifadə etmirsən.
Sənin tonal əsasın gün boyu qaralır? Ola bilər ki, sən tonal əsasın üstündən lazımsız ənlikdən istifadə edirsən. Ənliyin tərkibində çox piqment olduğunda sənin dərinin yağlı və ya quru olduğundan asılı olaraq rəngini dəyişə bilər. Tozvari, şəffav ənlikdən istifadə et. O istənilən rəng dəri tonuna uyğun gəlir və məsamələrdə dolmaq xüsusiyyəti yoxdur.
4. Səhv: Sən tonal əsası işıqsız yerdə çəkmək.
Geniş yayılmış səhvlərdən biri tonal əsasın zəif işıqlandırılma olan yerdə və ya əksinə çox işıqlı yerdə üzə çəkilməsidir. Qızıl qaydanı yadında saxla: üz dərin gündüz işığında yaxşı gəörünürsə, demək istənilən işıqlandırmada da yaxşı görsənəcək. Ona görə də tonal əsası maksimal olaraq təbii işıqda, məslən pəncərənin önündə dayanaraq çək.
5. Səhv: sən makiyaj öncəsi əsasdan istifadə etmirsən.
Makiyaj öncəsi baza və ya praymer tonal əsasın dəriyə yaxşı yayılmasına kömək edir. Həmçinin onun köməyilə tonal krem üzdə gün boya qalacaq. Biz makiyaj öncəsi baza The ONE IlluSkin tövsiyə edirik.
6. Səhv: lazımsız alətlərdən istifadə edirsən.
Barmaqların uclarında bakteriyalar, çirk və yağ ola bilər və onlar sənin dərinə düşərək səpkilər yaratmaq şansı var. Tonal kremi barmaqlarla yox, xüsusi alətlərlə çək.
Süngər tonal əsasın üzə yaxşı və hərtərəfli yayılmasına kömək edərək. Əlin əsk hissəsinə bir qədər tonl əsas çəkərək nəm süngərlə üzün orta hissəsindən başlayaraq hər tərəfə yay.