Hamiləlik zamanı saç boyamaq olarmı?

Hamiləlik zamanı saç boyamaq olarmı?Hamiləlik zamanı saç boyamaq olarmı? Bu sual xanımları ən maraqlandıran suallardandır. Ümumiyyətlə, saç boyalarında olan kimyəvi maddələrin hamiləlik dövründə təhlükəsiz olub-olmadığı önəmli məsələdir. Mütəxəssislərin fikrincə, hamiləlik dövründə müəyyən məqamlar nəzərə alındıqdan sonra saçları boyamaq təhlükəsizdir.
Hamiləlik zamanı saç nə vaxt boyana bilər?
Hamiləlik dövründə saçları boyamaq üçün ilk üç ayı gözləmək lazım olduğu tez-tez deyilir. Lakin mütəxəssislər bunun xüsusi bir təsiri olmayacağını söyləyirlər. Beləliklə, hamiləliyin istənilən vaxtında saç boyası istifadə etmək təhlükəsiz sayılır. Ancaq ilk həftələrdə görülə bilən ürək bulanması və bənzər simptomlar gələcəkdə ana olacaq şəxsi çox narahat edirsə, təbii ki, saçların boyanması bu müddətdə doğru seçim olmayacaq. Saç boyası maddələrinin qoxusu ürək bulanma şikayətini ağırlaşdıra bilər. Belə bir vəziyyətdə, saçları boyamadan əvvəl bu simptomların keçməsini gözləmək daha məntiqlidir.
Hamiləlik zamanı saç boyadarkən nələrə diqqət yetirilməlidir?
Saç boyasından istifadə edərkən, hamiləlik dövründə olub-olmamasından asılı olmayaraq, həmişə nəzərə alınmalı olan ilk şey allergik reaksiyaların olub-olmamasıdır. Daha əvvəl saçınızı boyamış olsanız da, dərinizdə yeni bir boyaya qarşı allergik reaksiya ola bilər. Səpgilər və qaşınma kimi simptomlar ortaya çıxa bilər və boya dərinizə zərər verər. Bu səbəbdən boyamadan əvvəl saçın kiçik bir hissəsində saç boyası testi etmək tövsiyə olunur.

Tarix: 20 iyun 2021

Xəbərlər

Baldan hazırlanan üz skrabı

1 yemək qaşığı balın içərisinə yarım yemək qaşığı sodanı (yemək sodası) əlavə edin və qarışdırın. Hazırladığınız qarışığı əvvəlcədən təmizlədiyiniz dərinizə masaj edərək tətbiq edin. Üzünüzə maskayla bir müddət masaj etdikdə

Ən sadə bal maskaları

Bal orqanizmə faydalı qida olmaqla yanaşı, həm də cild baxımında istifadə edilə bilər. Bəzən üzümüzə nəmləndirici, canlandırıcı kimi bəzi kimyəvi hazır maddələr əvəzinə, evdə hazırlana bilən maddələrlə qulluq etmək daha yaxş

Ağ saçlara qarşı təbii tərkib

Müəyyən bir yaşdan sonra saçlarımız ağarmağa başlayanda demək olar ki, hamımız ya saç ustalarına ya da kasmetika dükanlarına qaçırıq. Buna görə də saçlarımız mütəmadi olaraq kimyəvi maddələrin təsirinə məruz qalır. Nəticəd

Üzü düzgün yumaq qaydası

Üz yumaq da əslində cild baxımının ilk mərhələrindəndir. Üzdə meydana gələn bəzən problemlərin səbəbi məhz düzgün olmayan üz yumaq ola bilər. Dəri baxımının birinci addımı üz yumaqdır. Üstəlik dəri baxımına erkən yaşlarda

Dəri rənginə görə dodaq boyası seçimi

Dodaq boyası seçərkən dəri rəngi nəzərə alınmalıdır. Qırmızı pomada bir çox qadının vazkeçilməzi olsa da, hər zaman güclü təəssürat doğurmur. Qırmızı pomada ilə makiyajın incəlikləri arasında cəsarət ön planda gəlir. Anca

Saç tökülməsinin iki əsas səbəbi

Saç tökülməsinin iki əsas səbəbi stress və insan bədənində dəmir çatışmazlığıdır. Bunu "İzvestiya"ya həkim-dermatoloq Tatyana Yeqorova bildirib. Onun sözlərinə görə, güclü stress keçirdikdən sonra saçların tökülməs

Evdə şampunu əvəz edən vasitələr

Şampun XX əsrə qədər hamam rəflərində olan bir məhsul deyildi. O zamanlar insanlar özlərinin təbii üsullarla hazırladığı köhnə sabunlardan istifadə edirdilər. Amma sabun mineral tərkibli sularda çox da işimizə yaramır. Araşdırmalar

Üz dərinizdə sızanaq və ya qara nöqtələr varsa...

Üz dərisində yaranan problemlər ətraf mühitin mənfi təsiri ilə yanaşı orqanizmdə yaranan problemlər səbəbi ilə də baş verir. Sağlam qida qəbulu, səhhətimiz və çəkimizin normada qalması üçün çox vacibdir. Lakin dəri sağlamlığ

Evdə edə biləcəyiniz möcüzəvi pilinq resepti

Dəriyə qulluq üçün bir çox fərqli maskalar eşidirik. Düzgün seçilmiş prosedurların dərimizə fərqli faydaları var. Daha gözəl bir dəriyə sahib olmaq üçün ona qulluq etmək bizim üçün çox vacibdir. Sizə tövsiyə edəcəyimiz b