Quru və yağlı dərilər üçün tonal kremlər
Həm quru, həm də yağlı dərilər üçün məsləhətli tonal kremlər haqqında araşdırma apardıq. Bu yazıda sizə məhz onlardan bəhs edəcəyik...
Vichy derma blend
Bu tonal krem əsasən qurudərili xanımlara məsləhət görülür. Örtücülüyü yüksəkdir, finişi parlaqdır. Bir az rəng seçimi barədə yoxsuldur və ətri xoşagəlməzdir. Spf 35-dir.
Rimmel Wake me up
YSL Youth liberator tonal kreminin eynisi və daha ucuz variantıdır.
YSL Youth liberator
Bu tonal krem də qurudərili xanımlara daha çox uyğundur. Örtücüdür, finişi parlaqdır, üzü nəmləndirir. YSL Youth liberator qış aylarına daha uyğun tonal kremdir. Üzdə ağır bir hiss yaradır.
Elf acne fighting foundation
Ucuz məhsul olmasına baxmayaraq, əksər xanımlar bu tonal kremin keyfiyyətindən razıdır, tərkibində əsasən sızanaqlarla mübarizə xüsusiyyəti də var. Rəng seçimi yoxsuldur. Finişi matdır.
Clinique Beyond Perfecting 2-in-1 Foundation and Concealer
Həm konsiler, həm tonal krem vəzifəsini daşıyan bu tonal krem də çox yaxşı örtücülüyə malikdir. Quru və yağlıdərili xanımlar istifadə edə bilər, finişi matdır. Dəridə ağır hiss yaratmır, lakin dərinizdə qabıqlanma varsa, bunu vurğulayacaq, ona görə də istifadədən əvvəl dərinizi pilinq edin və yaxşıca nəmləndirin. Rəng seçimi genişdir.
Kryolan Supracolor
Bu tonal krem də çox örtücüdür. Vizajistlərin səhnə, toy makiyajlarında istifadə etdikləri tonal kremlərdən biridir. Gündəlik istifadə üçün yararlı hesab edilmir. Geniş rəng seçimi var.
Mac Full Coverage Foundation
Teksturasına görə, örtücülüyünə görə Kryolan Supracolor-un eynisidir. Səhnə makiyajlarında, yəni yüksək örtücülük tələb edən makiyajlarda istifadə olunur. Teksturası ağır kimi görünsə də, asan çəkilir və yayılır.
Ester Lauder Double Wear Stay-In-Place
Bütün dəri tipləri üçün nəzərdə tutulub. Finişi matdır, bu məhsuldan istifadə edənlərin fikirlərinə görə, gündəlik istifadə üçün ağırdır və xoşagəlməz qoxusu var. Daha çox yağlı və ya normal dəri tipi olan xanımlara uyğun gələcək. Üzdəki qabıqlanmanı da qabardır. Rəng seçimi genişdir.
Dodaq boyayarkən edilən səhvlər
Hər bir xanım gözəl və cəlbedici görünməyi arzulayır. Buna görə də gündəlik həyatlarında bəziləri çox , bəziləri isə cüzi miqdarda makiyaj edir. Xanımlar makiyaj edərkən bəzi səhvlərə yol verirlər. Buna görə də bəzən gözə
Quru, kobudlaşmış əllər üçün xüsusi qulluq
Quru əllərinizə lazımlı nəmi qəbul etməzsə, əlləriniz sürətlə elastikliyini itirər. Yaşı ələ verən ilk bölgənin əllər olduğunu düşünsək, əl dərisinin baxıma xüsusi ehtiyacı vardır. Quru, kobudlaşmış əllər üçün təbii mask
Yaz fəslində əllərə qulluq etmək qaydası
Çox vaxt söyləyirlər ki, qadının həqiqi yaşını bilmək üçün sadəcə əllərinə baxmaq kifayətdir. Bu həqiqətən də belədir: məhz onlar qadının yaşını ələ verir, axı əllərin dərisi ətraf mühitin stress-amillərinin təsirinə xüsusil
Həcmli qaşlara sahib olmaq istəyirsiniz?
Qaşlar müxtəlif səbəblərlə görə tökülə bilər. Qadınları məyus edən bir başqa vəziyyət isə qaşlarda meydana gələn seyrəlmədir. Gözəlliyinizə əhəmiyyət verir və sağlam görünən qaşlara sahib olmaq istəyirsinizsə, bir az vax
Hamiləlik zamanı saç boyamaq olarmı?
Hamiləlik zamanı saç boyamaq olarmı? Bu sual xanımları ən maraqlandıran suallardandır. Ümumiyyətlə, saç boyalarında olan kimyəvi maddələrin hamiləlik dövründə təhlükəsiz olub-olmadığı önəmli məsələdir. Mütəxəssislərin fikrincə
Baldan hazırlanan üz skrabı
1 yemək qaşığı balın içərisinə yarım yemək qaşığı sodanı (yemək sodası) əlavə edin və qarışdırın. Hazırladığınız qarışığı əvvəlcədən təmizlədiyiniz dərinizə masaj edərək tətbiq edin. Üzünüzə maskayla bir müddət masaj etdikdə
Ən sadə bal maskaları
Bal orqanizmə faydalı qida olmaqla yanaşı, həm də cild baxımında istifadə edilə bilər. Bəzən üzümüzə nəmləndirici, canlandırıcı kimi bəzi kimyəvi hazır maddələr əvəzinə, evdə hazırlana bilən maddələrlə qulluq etmək daha yaxş
Ağ saçlara qarşı təbii tərkib
Müəyyən bir yaşdan sonra saçlarımız ağarmağa başlayanda demək olar ki, hamımız ya saç ustalarına ya da kasmetika dükanlarına qaçırıq. Buna görə də saçlarımız mütəmadi olaraq kimyəvi maddələrin təsirinə məruz qalır. Nəticəd
Üzü düzgün yumaq qaydası
Üz yumaq da əslində cild baxımının ilk mərhələrindəndir. Üzdə meydana gələn bəzən problemlərin səbəbi məhz düzgün olmayan üz yumaq ola bilər. Dəri baxımının birinci addımı üz yumaqdır. Üstəlik dəri baxımına erkən yaşlarda