Tonal kremin dəriyə düzgün tətbiq edilməsi
Ən çox istifadə olunan və sevilən variantlardan biri fırçanın köməyilə və yüngül hərəkətlərlə tonal kremi dəriyə tətbiq etməkdir. Bir digər sevilən variant isə makiyaj süngəri vasitəsilə tətbiqdir. Bu vasitələr həm tonal kremin dəriniz üzərində bərabər paylanmasını təmin edəcək, həm də tonal kremi dərinizə yaxşıca hopduracaq. Tonal kremi çəkmədən öndə cildinizin təmiz və nəmləndirilmiş olması olduqca vacibdir.
Tonal krem seçimində yanılmaq tez-tez rast gəlinən səhvlərdəndir. Tonal kremləri (foundation cream), eləcə də corrector, consealer (göz ətrafı qüsurları üçün istifadə olunur), BB cream, CC cream kimi cild məhsullarını alarkən cildinizin təkcə qaraşın, sarışın və ya ağbəniz olmasına görə seçim etmək düzgün deyil.
Aşağıdakıları nəzərə almaq lazımdır:
Cildin tipi
Tonal kremin tipi
Cildin alt tonu
Cildin rəngi
İnsanın dərisinin hansı cild tipinə aid olması genetik faktorlardan daha çox asılıdır. Ancaq ekoloji vəziyyət, hormonal dəyişikliklər, tibbi müdaxilələr, kosmetik məhsullardan yanlış istifadə və s. səbəblərdən asılı olaraq cild tipi dəyişə bilər. Cild tipləri çox fərqlidir, lakin ümumiləşdirilmiş şəkildə cildin aşağıdakı tipləri fərqləndirilir: quru, yağlı, normal və karma cild.
Quru cild - Yuyandan sonra gərilən, qızaran cild tipidir. Tez qırışır, həssasdır. Belə cild tipiniz varsa çox su içməyə çalışın, üzünüzü çox isti və ya çox soyuq su ilə yumayın. Nəmləndirici kremdən istifadə edin və kosmetik məhsullarınızı düzgün seçin.
Yağlı cild - Cild parlaq görünür, qara nöqtələr və məsamələr olur. Yağlı olmasına baxmayaraq, belə cildləri də nəmləndirmək lazımdı. Təmiz saxlanmalıdır. Sabunla yuyulmamalıdır. Onun yerinə yağlı dəri üçün olan təmizləyici gel istifadə edin. Məsələn
Normal cild - Bəxtəvərlərin cild tipi:) Məsamələr olmur, cildin təbii parlaqlığı olur, qüsurlar olmur və ya çox az olur.
Karma cild (combination skin) - Üzün dərisi bəzi hissələrdə quru, bəzi hissələrdə isə yağlı olur. Çənə və "T zonası" deyilən burun, alnın bir hissəsində dəri yağlı olur, göz ətrafı və yanaqlarda isə quru. Bu dəri tipinə qulluq etmək çətindi. Belə ki, yağlı və quru bölgələrə müvafiq olaraq yağlı və quru dərilərə uyğun qulluq etmək lazımdır.
Tonal krem nəyə əsasən seçilməlidir?
Bu sualın bir çox cavabı var, lakin doğru tonal krem seçmənin ən yaxşı yolu yoxlamaqdır. Bir neçə gün istifadə etdikdən sonra sizə uyğun olub-olmadığını anlaya bilərsiniz. Digər bir üsul isə dərinizin tipi və nəyə ehtiyac
Sadə makiyaj tövsiyələri
Hər şeydən əvvəl təmizlənmiş və nəmlənmiş dərinizə BB kremi və ya nazik bir tonal krem çəkin. Ancaq bunu edərkən bütün dərinizi krem və ya tonal kremlə örtməyin. Dərinizin təbii vəziyyəti görünməlidir. Məsələn, burnunuza
Evdə saç boyası hazırlamaq
Kimyəvi tərkibli saç boyaları saçlarımızın qırılmasına və zədələnməsinə səbəb olur. Çox boyanmış saçlar daha çox tökülür, saçların ucları qırılır və kimyəvi maddələr səbəbindən saçın quruluşu pozulduğundan saç təbii formasın
Makiyaj seçimi dodaqların görünüşünə təsir edir
Dolğun və cəlbedici dodaqlara sahib olmaq bir çox xanımın arzusudur. Hazırda bunu müasir cərrahi yollarla, botoks və dolğu vasitəsi ilə əldə etmək çox asandır. Əgər siz bu üsullardan istifadə etmədən, təbii yollarla dah
Qüsursuz tonal krem üçün süngərdən istifadə qaydası
Gözəllik qarışdırıcıları, yəni makiyaj süngərləri, göz altı örtük, tonal krem, hətta krem rəngli ənlikləri zolaqlar qoymadan tətbiq etməyin ən asan yoludur. Bu süngərlərin necə istifadə ediləcəyinə tam əmin deyilsinizsə
Yağlı dərilər üçün maskalar
Yağlı dəriyə qulluq edilməsində əsas məqsəd onu təmiz saxlamaq və məsamələrini daraltmaqdan ibarətdir. Sizə təklif edəcəyimiz maskalar təmizləyici, qidalandırıcı və ağardıcı effeklərə malikdirlər. - Dərini bir qədər qurutma
Qaşların, kirpiklərin rənglənməsi və burulması
Qadın üzünün cazibədarlığı əksər hallarda qaşların forması və rəngindən asılı olur. Kosmetik salonda rəngi solmuş qaşları məhz qaşlar üçün nəzərdə tutulan xüsusi boyalarla rəngləmək olar. Kosmetik salonda kirpiklərin rənglənməs
Makiyajsız gözəl olmağın sirləri
Yuxunuza fikir verin. Kifayət qədər yatmaq çox əhəmiyyətlidir. Yorğunluq insanın üzünün çökməsini, gözlərinin solğun görünməsini təmin edən bir problemdir. Bu səbəblə yuxunuzu almağa diqqət edin. Soyuq suyun əhəmiyyəti. Üz
Dodaq boyası çəkərkən edilən 6 səhv
Makiyajın tamamlayıcısı olan dodaq boyası doğru şəkildə çəkilmədiyi zaman xoş olmayan bir görünüş yaradır. Bəzi günlərdə dəri və göz makiyajı etməsək də, dodaq boyası qadınların tamamlayıcısı kimidir. Dodaq boyası çəkmə