Makiyaj seçimi dodaqların görünüşünə təsir edir
Dolğun və cəlbedici dodaqlara sahib olmaq bir çox xanımın arzusudur. Hazırda bunu müasir cərrahi yollarla, botoks və dolğu vasitəsi ilə əldə etmək çox asandır. Əgər siz bu üsullardan istifadə etmədən, təbii yollarla daha dolğun dodaqlara sahib olmaq istəyirsinizsə onda, bu yazımızı diqqətlə oxuyun.
Sizə təbii vasitələrlə daha qalın dodaqlara sahib olmağın 5 üsulunu təqdim edirik.
Makiyaj edərkən dodaqları ön plana çıxarın. Bunun üçün onun alt və üst kənarlarına daha açıq rəngdə dodaq boyası yaxud qələm çəkin. Daha cəlbedici görüntü üçün üzərinə parladıcı boyalardan da istifadə etmək olar.
Daha böyük dodaqlar üçün kölgə effektli makiyajdan istifadə edə bilərsiniz. Bu zaman qəhvəyi göz qələmindən yararlanmaq olar. Kölgə verdiyiniz zaman dodaqlar daha dolğun görünəcək. Çalışın ki, qələmdən çox istifadə edib xoşagəlməz görüntüyə səbəb olmayın.
Düzgün rəng seçimi də dodaqların görünüşünə təsir edir. Belə ki, daha tünd rəngli boyaladan istifadə kiçik, açıq və parlaq rənglərdən istifadə isə böyük və canlı görüntü yaradır.
Dodaq boyası ilə eyni rəngdə qələmdən istifadə edin. Bu zaman daha iri dodaqlar əldə etmək üçün qələmi, dodaq xətlərin bir az xaricinə çəkin. Ardından isə qələm ilə eyni tonda olan boyadan istifadə edib, gözəl nəticə əldə edə bilərsiniz.
Həcmli dodaqlar üçün bir digər üsul isə, xüsusi dolğunlaşdırıcı boyalardır. Həssas cildə sahib olan insanlara bu boyalardan istifadə etmək məsləhət deyil.
Qüsursuz tonal krem üçün süngərdən istifadə qaydası
Gözəllik qarışdırıcıları, yəni makiyaj süngərləri, göz altı örtük, tonal krem, hətta krem rəngli ənlikləri zolaqlar qoymadan tətbiq etməyin ən asan yoludur. Bu süngərlərin necə istifadə ediləcəyinə tam əmin deyilsinizsə
Yağlı dərilər üçün maskalar
Yağlı dəriyə qulluq edilməsində əsas məqsəd onu təmiz saxlamaq və məsamələrini daraltmaqdan ibarətdir. Sizə təklif edəcəyimiz maskalar təmizləyici, qidalandırıcı və ağardıcı effeklərə malikdirlər. - Dərini bir qədər qurutma
Qaşların, kirpiklərin rənglənməsi və burulması
Qadın üzünün cazibədarlığı əksər hallarda qaşların forması və rəngindən asılı olur. Kosmetik salonda rəngi solmuş qaşları məhz qaşlar üçün nəzərdə tutulan xüsusi boyalarla rəngləmək olar. Kosmetik salonda kirpiklərin rənglənməs
Makiyajsız gözəl olmağın sirləri
Yuxunuza fikir verin. Kifayət qədər yatmaq çox əhəmiyyətlidir. Yorğunluq insanın üzünün çökməsini, gözlərinin solğun görünməsini təmin edən bir problemdir. Bu səbəblə yuxunuzu almağa diqqət edin. Soyuq suyun əhəmiyyəti. Üz
Dodaq boyası çəkərkən edilən 6 səhv
Makiyajın tamamlayıcısı olan dodaq boyası doğru şəkildə çəkilmədiyi zaman xoş olmayan bir görünüş yaradır. Bəzi günlərdə dəri və göz makiyajı etməsək də, dodaq boyası qadınların tamamlayıcısı kimidir. Dodaq boyası çəkmə
Tonal kreminizin rəngi niyə gün ərzində dəyişir?
Makiyajdan bir neçə saat sonra tonal kremin oksidləşib narıncı rəngə çevrilməsinin qarşısını almaq üçün məsləhətlərimizi oxuyun. Rəngini xüsusi diqqətlə seçdiyiniz, dərinizlə bütünləşən sevimli tonal kreminizin bir neçə saa
Göz formasına uyğun makiyaj etmək üsulları
Gözlərə makiyaj edərkən gözün forması əsas tutulmalı və gözlərdə olan qüsurları örtəcək şəkildə bir makiyaj edilməlidir. Gözlərə vurulan göz kölgələri çox açıq və canlı rənglərdə olmamalıdır. Yüngül tonlarda olan göz kölgələr
Dəri tipinizə uyğun tonal krem necə seçmək
Dəri tipinizə uyğun tonal krem necə seçməli . Tonal krem seçimi gözəl makiyaj üçün olduqca vacibdir. Seçim zamanı dəri tipinizi nəzərə almağınız daha yaxşı nəticə əldə etməyinizə səbəb olacağından bunu mümkün qədər gözard
Tonal krem seçərkən nələrə diqqət etməliyik?
Kosmetika əsas hissəsini təşkil edən tonal kremlər, hər nə qədər dərinin nəfəs almasını çətinləşdirsə də dəri rəngində bərabərlik təmin edən və qüsurları bağlayan yeganə məhsuldur. Tonal Krem alarkən diqqət etməyiniz lazı