Tonal krem nəyə əsasən seçilməlidir?
Bu sualın bir çox cavabı var, lakin doğru tonal krem seçmənin ən yaxşı yolu yoxlamaqdır. Bir neçə gün istifadə etdikdən sonra sizə uyğun olub-olmadığını anlaya bilərsiniz. Digər bir üsul isə dərinizin tipi və nəyə ehtiyacı olduğudur. Yağlı, quru və qarışıq dəri tipləri bir-birindən fərqli tonal kremlərə ehtiyac duyur. Eyni zamanda, yüngül struktulu, yoxsa qüsurları gizləyən qapadıcı və yaxud dərinizin fərqli bir xüsusiyyətinə görə tonal krem axtardığınıza qərar verməlisiniz.
Yağlı bir cild üçün pudra formalı və matlaşdırıcı tonallar, quru dəri üçün nəmləndirici və nəm qalmasını təmin edəcək tonal kremlər seçilməlidir. Əgər dəriniz problemlidirsə, o zaman mineral tərkibli tonal kremlərə üstünlük verməniz gərəkir.
Doğru tonal krem rəng seçimi necə aparılmalıdır?
Qətiyyən əldə yoxlayaraq deyil! Adətən bir çox insan tonal rəngini əllərində yoxlayaraq təyin edir və nəticədə yanlış ton seçmiş olur. Əlinizin, biləyinizin və ya qolunuzun iç hissəsinin həm rəngi, həm də forması üzünüzdən fərqlidir. Bu səbəbdən tonalın rəngini üzdə görmək daha yaxşıdır. Seçim etmək istədiyiniz tonal kremləri üzünüzün bir hissəsində, çənə hissəsində və ya boynunuzda yoxlamanız daha doğru seçim etmənizə kömək edəcəkdir.
Sadə makiyaj tövsiyələri
Hər şeydən əvvəl təmizlənmiş və nəmlənmiş dərinizə BB kremi və ya nazik bir tonal krem çəkin. Ancaq bunu edərkən bütün dərinizi krem və ya tonal kremlə örtməyin. Dərinizin təbii vəziyyəti görünməlidir. Məsələn, burnunuza
Evdə saç boyası hazırlamaq
Kimyəvi tərkibli saç boyaları saçlarımızın qırılmasına və zədələnməsinə səbəb olur. Çox boyanmış saçlar daha çox tökülür, saçların ucları qırılır və kimyəvi maddələr səbəbindən saçın quruluşu pozulduğundan saç təbii formasın
Makiyaj seçimi dodaqların görünüşünə təsir edir
Dolğun və cəlbedici dodaqlara sahib olmaq bir çox xanımın arzusudur. Hazırda bunu müasir cərrahi yollarla, botoks və dolğu vasitəsi ilə əldə etmək çox asandır. Əgər siz bu üsullardan istifadə etmədən, təbii yollarla dah
Qüsursuz tonal krem üçün süngərdən istifadə qaydası
Gözəllik qarışdırıcıları, yəni makiyaj süngərləri, göz altı örtük, tonal krem, hətta krem rəngli ənlikləri zolaqlar qoymadan tətbiq etməyin ən asan yoludur. Bu süngərlərin necə istifadə ediləcəyinə tam əmin deyilsinizsə
Yağlı dərilər üçün maskalar
Yağlı dəriyə qulluq edilməsində əsas məqsəd onu təmiz saxlamaq və məsamələrini daraltmaqdan ibarətdir. Sizə təklif edəcəyimiz maskalar təmizləyici, qidalandırıcı və ağardıcı effeklərə malikdirlər. - Dərini bir qədər qurutma
Qaşların, kirpiklərin rənglənməsi və burulması
Qadın üzünün cazibədarlığı əksər hallarda qaşların forması və rəngindən asılı olur. Kosmetik salonda rəngi solmuş qaşları məhz qaşlar üçün nəzərdə tutulan xüsusi boyalarla rəngləmək olar. Kosmetik salonda kirpiklərin rənglənməs
Makiyajsız gözəl olmağın sirləri
Yuxunuza fikir verin. Kifayət qədər yatmaq çox əhəmiyyətlidir. Yorğunluq insanın üzünün çökməsini, gözlərinin solğun görünməsini təmin edən bir problemdir. Bu səbəblə yuxunuzu almağa diqqət edin. Soyuq suyun əhəmiyyəti. Üz
Dodaq boyası çəkərkən edilən 6 səhv
Makiyajın tamamlayıcısı olan dodaq boyası doğru şəkildə çəkilmədiyi zaman xoş olmayan bir görünüş yaradır. Bəzi günlərdə dəri və göz makiyajı etməsək də, dodaq boyası qadınların tamamlayıcısı kimidir. Dodaq boyası çəkmə
Tonal kreminizin rəngi niyə gün ərzində dəyişir?
Makiyajdan bir neçə saat sonra tonal kremin oksidləşib narıncı rəngə çevrilməsinin qarşısını almaq üçün məsləhətlərimizi oxuyun. Rəngini xüsusi diqqətlə seçdiyiniz, dərinizlə bütünləşən sevimli tonal kreminizin bir neçə saa