Məsamələri bu yağlarla sıxlaşdırın

Məsamələri bu yağlarla sıxlaşdırınArıqlayarkən dərinin deformasiyaya uğramasının, yaş artdıqca dəri sallanmasının qarşısını almaq üçün bitki yağlarından istifadə edə bilərsiniz. Sistemsiz dəriyə qulluq, kimyəvi kosmetik məhsullar, yaşın artması və ya həddindən artıq makiyaj səbəbiylə cilddə bəzi problemlər ortaya çıxır. Kosmetika.az estetik əməliyyat etdirmədən ev şəraitində bu problemlərdən qurtulmaq üçün lazım olan vasitələri təqdim edir.
Portağal yağı
Tərkibindəki vitamin və minerallar sayəsində dərinizi sıxan və gərən portağal yağı müntəzəm istifadə edildikdə təsirli olur. Bir parça pambığı isladın, üzərinə az miqdarda portağal yağı damladın və silin. Bu üsuldan 2 gündə bir dəfə müntəzəm olaraq istifadə edə bilərsiniz. Dəriniz həssasdırsa, mütəxəssislər tərəfindən həftədə bir dəfə tətbiq edilməsi tövsiyə olunur.
Adi dazı yağı
Dəri hüceyrələrinin sürətli bərpasını təmin edən bu yağı yara və yanıq müalicələrində çox təsirlidir. Yağın dəriyə nüfuz edə bilməsi üçün barmağınıza bir damla adi dazı yağı damladıb üzünüzü masaj edin. Həftədə bir dəfə təkrarladığınız zaman dəriniz zamanla daha sıx və hamar olacaq. Qırmızılıq və allergiya kimi hallarda yağdan istifadə edilməməlidir.
Fındıq yağı
Dərini sıxan və çatlamanı önləyən təsirləri ilə tanınan fındıq yağını barmağınızın ucu ilə az miqdarda alaraq üzünüzə çəkin.
Yosun yağı
Dərinizi yumşaq bir şəkildə pilinq edən yosun yağı ölü dərini soyaraq parlaq görüntü verir. Onu barmaq ucuna 3 damcı damladıb və cildinizə çəkin. 2 saatdan sonra durulayın və prosesin sonunda nəmləndirici tətbiq edin. Həftədə yalnız bir dəfə istifadə etməlisiniz.
Avokado yağı
E vitamini ilə zəngin olan avokado yağı su və ya sabit yağla yumşaltdıqdan sonra dəriyə çəkilməlidir. Yaş pambığın üzərinə bir neçə damcı avokado yağı damladıb dərinizə çəkin. Həftədə 2-3 dəfə müntəzəm istifadə etsəniz, qısa müddətdə təsirini görə bilərsiniz.
Yasəmən yağı
Yasəmən yağı hüceyrə yenilənməsi və möhkəmləndirici təsirləri ilə bilinir. 5-6 damcı yağı nəmli pambıq köməyi ilə ölçüsünü kiçiltmək istədiyiniz məsamələrin üzərinə çəkin. Bu prosesi 2 gündə bir dəfə tətbiq edin.
Çiyələk yağı
Sıxlaşdırıcı və qidalandırıcı xüsusiyyətləri ilə məsamələrdə çox təsirli yağdır. Çiyələk yağını dəriyə sürərkən az miqdarda nəmlənmiş pambıq köməyi ilə tətbiq olunmalıdır. Həftədə 2 və ya 3 dəfə istifadə oluna bilər.
Küncüt yağı
Təbii antioksidanlar ehtiva edən və yağ turşuları ilə zəngin olan küncüt yağı dərinin yaşlanmasının qarşısını alır və dəri hüceyrələrinin daha sağlam işləməsini təmin edir. Su ilə yumşaldıb masaj edərək üzünüzə çəkin. Bu üsuldan həftədə bir dəfə istifadə edin.

Tarix: 9 oktyabr 2021

Xəbərlər

Parlaq dəri üçün bunu edin

Sağlam və parlaq üz dərisinə sahib olmaq üçün evdə əlinizin altında olan məhsullardan istifadə edə bilərsiniz. kartof maskasını təqdim edir. Bir ədəd kartofu çiy halda rəndələyib, suyunu qaba sıxın. Üzərinə 6 çay qaşığı u

Dərini canlandıran maska

Dərini canlandırmaq üçün evdəki məhsullardan istifadə edərək müxtəlif maskalar hazırlaya bilərsiniz. süd tozu maskasını təqdim edir. Su stəkanının yarısına qədər süd tozu əlavə edin. Xəmir halına gələnə kimi üzərinə su tökün

Saçları düzgün qurutmağın qaydası

Havaların soyuması qadınların bir çox işini çətinləşdirib. Bunlardan biri də saçları qurutmaqdır. Soyuq havada saçları qurutmağa daha çox önəm verənlər və hər gün saçını yuyanlar asan üsullar axtarır. Saçları qurutmamaq sinuzi

Bu qarışımla dırnaqlarınız bir daha qırılmayacaq

Tez-tez qırılan dırnaqlar bütün xanımların kabusudur. Bəzən vaxt azlığından dıqnaqlara qulluq arxa planda qalır. Davamlı olaraq boya ilə qüsurları gizlətmək isə dırnaq səddinin keyfiyyətini zəiflədir. Ev şəraitində dırnaqlar

Həcmli saçlar üçün nə etməli?

Zədələnmiş saçlar nəm və parlaqlıqdan məhrum olur. Yanlış saç baxımı məhsullarından istifadə, pis qidalanma, sərt kimyəvi maddələr və həddindən artıq istilik vasitələrindən istifadə kimi bir çox amillər saçlarınızı zamanl

Üz, saç və dəri üçün 1 vasitə

Tərkibindəki probiyotiklərlə sağlamlığınızı müdafiə edən qatıq həm də bədən, üz, və saç baxımında ən təsirli vasitədir. Dərinizin parlaq olması üçün bir neçə yemək qaşığı qatığı cildə çəkməyiniz kifayətdir. 15-20 dəqiqə saxladıqda

Saçı ən qısa zamanda uzatmağın asan yolu

Saçları tez-tez fenləmək, rəngləmək onun cansızlaşmasına və getdikcə gec uzanmasına gətirib çıxarır. Amma canlı saçlara qovuşmaq o qədər də çətin deyil. Daim edilən baxım saçlarınızı həm canlandıra, həm də tez uzada bilər

Dərini yumşaldan və parlaqlığını artıran üz maskası

Balqabaq hüceyrələri yeniləyən fermentlər və alfa hidroksi turşuları ilə zəngindir. Tərkibində antioksidanlar, A və C vitamini olan balqabaq dərini yumşaldır və parlaqlığını artırır. balqabaq və almadan hazırlanan üz maskasın

Üzdəki tükləri tökən maska

Bir çox qadınlar üzlərindəki tüklərə görə kompleksə girir və müxtəlif üsullarla onlardan qurtulmağa çalışırlar. Üzdəki tüklənmənin ciddi bir sağlamlıq problemi olmadığı bilinir, ancaq bəzən hormonal dəyişikliklər də bun