Üz, saç və dəri üçün 1 vasitə
Tərkibindəki probiyotiklərlə sağlamlığınızı müdafiə edən qatıq həm də bədən, üz, və saç baxımında ən təsirli vasitədir. Dərinizin parlaq olması üçün bir neçə yemək qaşığı qatığı cildə çəkməyiniz kifayətdir. 15-20 dəqiqə saxladıqdan sonra isti su ilə yaxşıca yuyun və nəmləndiricidən istifadə edin. Üzünüzə, saçınıza və dərinizə tətbiq edə biləcəyiniz digər maskalar.
Tərkibi:
2 xörək qaşığı qatıq
1-2 çay qaşığı bal
4-5 damcı limon suyu
bir ovuc qaragilə
Krem halına gələnə qədər hamısını birlikdə qarışdırın. Fırça və ya barmağınızla üzünüzə və boynunuza çəkin. 15-20 dəqiqə gözləyib, isti su ilə yuyun.
Tərkibi:
2 xörək qaşığı düz qatıq
5-6 çiyələk
Yaxşıca qarışdırıb təmiz dəriyə çəkin və 10 dəqiqə saxlayın. İlıq su ilə yuyun. Sonda nəmləndiricidən istifadə edin.
Tərkibi:
1/3 fincan bişmiş yulaf əzməsi
2 xörək qaşığı qatıq
Qarışdırıb dərinizə çəkin, 10-15 dəqiqə gözləyib və isti su ilə yuyun.
Tərkibi:
1 fincan qəhvəyi şəkər
1/2 fincan zeytun yağı
1/2 fincan qatıq
2 xörək qaşığı bal
Qarışımı dairəvi hərəkətlərlə dərinizə yumşaq bir şəkildə tətbiq edin. Daha sonra duş qəbul etməyi unutmayın.
Tərkibi:
2 xörək qaşığı qatıq
2 xörək qaşığı bal
1/2 çay qaşığı zeytun yağı
Maskanı baş dərinizə masaj edərək tətbiq edin və yumazdan əvvəl maskanı ən az 15 dəqiqə saxlayın. Saçdan yaxşı təmizləmək üçün şampunlayıb ilıq su ilə yuyun.
Saçı ən qısa zamanda uzatmağın asan yolu
Saçları tez-tez fenləmək, rəngləmək onun cansızlaşmasına və getdikcə gec uzanmasına gətirib çıxarır. Amma canlı saçlara qovuşmaq o qədər də çətin deyil. Daim edilən baxım saçlarınızı həm canlandıra, həm də tez uzada bilər
Dərini yumşaldan və parlaqlığını artıran üz maskası
Balqabaq hüceyrələri yeniləyən fermentlər və alfa hidroksi turşuları ilə zəngindir. Tərkibində antioksidanlar, A və C vitamini olan balqabaq dərini yumşaldır və parlaqlığını artırır. balqabaq və almadan hazırlanan üz maskasın
Üzdəki tükləri tökən maska
Bir çox qadınlar üzlərindəki tüklərə görə kompleksə girir və müxtəlif üsullarla onlardan qurtulmağa çalışırlar. Üzdəki tüklənmənin ciddi bir sağlamlıq problemi olmadığı bilinir, ancaq bəzən hormonal dəyişikliklər də bun
Ayaqlara düzgün qulluq metodları
Yorğun keçən iş gününün sonunda ayaq əzələləri gərginləşir, ağrılar və sancma yaranır. Ev şəraitində ayaqlara düzgün qulluq metodlarını təqdim edirik. 1. Pilinq edin. Ayaqlardakı yorğunluğu aradan qaldırmaq üçün masajla yanaş
Bu maska dərini cavanlaşdırır
Dərinizin daha təravətli və gözəl görünməsini istəyirsinizsə, ona davamlı olaraq baxım göstərməlisiniz. Cökə maskası dərinin yaşlanmasını gecikdirir və ona rahatlıq bəxş edir. Maskanın tərkibi:. - Cökə yarpağı. - 1 finca
Evdə hazırlanan makiyaj təmizləyici
Dərinin sağlamlığını və gözəlliyini qorumaq üçün onu təmiz tutmaq vacibdir. Bu səbəbdən makiyajı üzünüzdən tam təmizlədiyinizə əmin olmalısınız. evdə hazırlaya biləcəyiniz makiyaj təmizləyicini təqdim edir. Tərkibi. 2 xörə
Üzünüzə və saçlarınıza bununla qulluq edin
Bəzən ləzzətli yemək hazırlayarkən fərqində olmadan hər hansı ərzağın faydalı hissəsini atırıq. Bunlardan biri də düyünü saxladığınız sudur. Gecədən suya yumşalması üçün qoyduğunuz düyü dənəciklərinin sudakı təsirindən cildinizi
Dodaqları daha həcmli göstərəcək addımlar
Daha dolğun dodaqlara sahib olmaq üçün estetik müdaxilələrlə yanaşı təbii yollar da var. Bəzi idman hərəkətləri sayəsində özünüz üçün problem olaraq gördüyünüz bu vəziyyəti aradan qaldıra bilərsiniz. Dodaqları büzmək. Dodaqlarınız
Dərini parıldadan alma maskaları
Alma dəridən ölü hüceyrələri təmizləmək sızanaqlar, qara nöqtələrdən xilas olmanıza köməkçi olan bir meyvədir.Bu gün sizlərə almadan hazırlanan 2 gözəl maskanı təqdim edirəm əziz xanımlar.Təqdim etdiyim maska hər növ dər