Həcmli saçlar üçün nə etməli?

Həcmli saçlar üçün nə etməli?Zədələnmiş saçlar nəm və parlaqlıqdan məhrum olur. Yanlış saç baxımı məhsullarından istifadə, pis qidalanma, sərt kimyəvi maddələr və həddindən artıq istilik vasitələrindən istifadə kimi bir çox amillər saçlarınızı zamanla cansız göstərə bilər. Bəs, gümrah və sağlam görünən saçların sirri nədədir?
Kosmetika.az saça düzgün qulluq üsullarını, nədən başlamalı olduğunuzu təqdim edir.
İsti fenlə düzüm etməyə ara verin
Saçı tez -tez düzləşdirmək və ya burmaq xəyalınızdakı modeli əldə etməyinizə yardımçı olsa da, zamanla vurduğu zədələr üzə çıxır. Saçın quruluq faizi artdıqca daha tez qırılır. Eyni zamanda saçqurutma vasitələrindən düzgün istifadə etmək lazımdır. Aləti ən az 15 sm uzaqda saxlayaraq qurudun. Saçınıza forma verərkən aşağı dərəcədən və ya başqa vasitələrdən istifadə etməyə çalışın. Məsələn, hörün, parça və biqudi ilə burun. Fen və maşadan müəyyən aralıqlarla istifadə edin.
Düzgün daraq seçin
Duşdan sonra çox insan saçlarını darayır. Lakin onlar nəm olduğu üçün son dərəcə həssasdır. Buna görə əvvəlcə barmaqlarınızla yumşaq bir şəkildə darayın. Bir az quruduqdan sonra geniş dişli daraqdan istifadə edin. Çox dişli daraqlarla daramağa üstünlük verin. Bu zaman saç dibləri masaj olur ki, bu da qan damarlarının fəaliyyətini artırır.
Saçınızı qidalandırmaq üçün təbii vasitələrdən istifadə edin
Zədələnmiş saç baxımına gəldikdə, saçlarınız üçün faydalı maddələrlə hazırlanmış bir çox qulluq məhsulu tapmaq mümkündür. Məsələn, qreypfrut toxumu yağı saçları parlaq və ipək kimi yumşaq edir. Ümumiyyətlə, saç baxım kremləri, balzamı və şampun seçərkən tərkibinə diqqət yetirin. Saçı qidalandıran tərkibli vasitlərə üstünlük verin.
Düzgün qidalanın
Cansız, donuq və zədələnmiş saçlarınızı daxildən də müalicə edə bilərsiniz. Düzgün qidalanmadıqda pəhriz saçı sağlamlığı üçün vacib olan vitamin və minerallarla təmin edə bilməyəcəksiniz. Mövsümi tərəvəz və meyvələrə üstünlük verin. Bundan başqa həkim məsləhəti ilə vitamin də qəbul edə bilərsiniz.

Tarix: 9 oktyabr 2021

Xəbərlər

Üz, saç və dəri üçün 1 vasitə

Tərkibindəki probiyotiklərlə sağlamlığınızı müdafiə edən qatıq həm də bədən, üz, və saç baxımında ən təsirli vasitədir. Dərinizin parlaq olması üçün bir neçə yemək qaşığı qatığı cildə çəkməyiniz kifayətdir. 15-20 dəqiqə saxladıqda

Saçı ən qısa zamanda uzatmağın asan yolu

Saçları tez-tez fenləmək, rəngləmək onun cansızlaşmasına və getdikcə gec uzanmasına gətirib çıxarır. Amma canlı saçlara qovuşmaq o qədər də çətin deyil. Daim edilən baxım saçlarınızı həm canlandıra, həm də tez uzada bilər

Dərini yumşaldan və parlaqlığını artıran üz maskası

Balqabaq hüceyrələri yeniləyən fermentlər və alfa hidroksi turşuları ilə zəngindir. Tərkibində antioksidanlar, A və C vitamini olan balqabaq dərini yumşaldır və parlaqlığını artırır. balqabaq və almadan hazırlanan üz maskasın

Üzdəki tükləri tökən maska

Bir çox qadınlar üzlərindəki tüklərə görə kompleksə girir və müxtəlif üsullarla onlardan qurtulmağa çalışırlar. Üzdəki tüklənmənin ciddi bir sağlamlıq problemi olmadığı bilinir, ancaq bəzən hormonal dəyişikliklər də bun

Ayaqlara düzgün qulluq metodları

Yorğun keçən iş gününün sonunda ayaq əzələləri gərginləşir, ağrılar və sancma yaranır. Ev şəraitində ayaqlara düzgün qulluq metodlarını təqdim edirik. 1. Pilinq edin. Ayaqlardakı yorğunluğu aradan qaldırmaq üçün masajla yanaş

Bu maska dərini cavanlaşdırır

Dərinizin daha təravətli və gözəl görünməsini istəyirsinizsə, ona davamlı olaraq baxım göstərməlisiniz. Cökə maskası dərinin yaşlanmasını gecikdirir və ona rahatlıq bəxş edir. Maskanın tərkibi:. - Cökə yarpağı. - 1 finca

Evdə hazırlanan makiyaj təmizləyici

Dərinin sağlamlığını və gözəlliyini qorumaq üçün onu təmiz tutmaq vacibdir. Bu səbəbdən makiyajı üzünüzdən tam təmizlədiyinizə əmin olmalısınız. evdə hazırlaya biləcəyiniz makiyaj təmizləyicini təqdim edir. Tərkibi. 2 xörə

Üzünüzə və saçlarınıza bununla qulluq edin

Bəzən ləzzətli yemək hazırlayarkən fərqində olmadan hər hansı ərzağın faydalı hissəsini atırıq. Bunlardan biri də düyünü saxladığınız sudur. Gecədən suya yumşalması üçün qoyduğunuz düyü dənəciklərinin sudakı təsirindən cildinizi

Dodaqları daha həcmli göstərəcək addımlar

Daha dolğun dodaqlara sahib olmaq üçün estetik müdaxilələrlə yanaşı təbii yollar da var. Bəzi idman hərəkətləri sayəsində özünüz üçün problem olaraq gördüyünüz bu vəziyyəti aradan qaldıra bilərsiniz. Dodaqları büzmək. Dodaqlarınız